Məhkəmə qərarları › İş №2(031)-696/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-696/2025

21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-696/2025 21.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahələrinin bölünməsi, payların ayrılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahələrinin bölünməsi, payların ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağm mülkiyyətə verilməsinə dair JN-039F, kod 30405058 olan şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.36 ha torpaq sahəsinin bölünməsi, şəhadətnamədə qeyd olunan hər bir mülkiyyətçinin payının 1/6 hissə olaraq müəyyən edilməsi, xx.xx.2025- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.866 ha torpaq sahəsinin bölünməsi, çıxarışda qeyd olunan hər bir mülkiyyətçinin payının 1/7 hissə olaraq müəyyən edilməsi,xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.7863 ha torpaq sahəsinin bölünməsi, çıxarışda qeyd olunan hər bir mülkiyyətçinin payının 1/7 hissə olaraq müəyyən edilməsi, xx.xx.2025- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 2.74 ha torpaq sahəsinin bölünməsi, çıxarışda qeyd olunan hər bir mülkiyyətçinin payının 1/7 hissə olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X1, Cavabdeh, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 ümumi birgə mülkiyyətinə Şabran rayonu, Xəlfələr kəndi ərazisindən 0.36 ha həyətyanı torpaq sahəsi ayrılmış və mülkiyyətçilərin adına torpağın mülkiyyətə verilməsinə dair JN-039F, kod 30405058 olan şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, X4, İddiaçı3, X1, İddiaçı4, İddiaçı5, Cavabdeh ümumi birgə mülkiyyətində Şabran rayonu, Xəlfələr kəndi ərazisində 0.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, Cavabdeh, X4, İddiaçı5, İddiaçı4, X1, İddiaçı3 ümumi birgə mülkiyyətində Şabran rayonu, Xəlfələr kəndi ərazisində 0.7863 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. xx.xx.2025- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, Cavabdeh, X4, İddiaçı5, İddiaçı4, X1, İddiaçı3 ümumi birgə mülkiyyətində Şabran rayonu, Xəlfələr kəndi ərazisində 2.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onlar iddiaçılar olaraq hal-hazırda qeyd olunan torpaq sahələrinin bölünməsini və paylarının ayrılmasını istəyirlər. Bununla əlaqədar mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilməlidir. Torpaq sahələri bölündükdə hər birinin payı bərabər hissələrlə ayrılmalıdır. Cavabdeh ilə həmin torpaq sahələrinin bölünməsinə dair razılıq əldə edə bilmirlər. Üstəlik ümumi birgə mülkiyyətçilərdən X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən ondan miras qalmış əmlak payları üzərində mübahisəli hal mövcuddur. Göründüyü kimi məhkəmədən kənar qaydada ümumi birgə əmlakın bölgüsünü həyata keçirmək mümkün deyil. Ona görə də məcbur olub ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin bölünməsi və hər birinin payının ayrılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçılar İddiaçı5 və İddiaçı4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materialına əlavə edilmiş AZ-İİ seriyalı 113451 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materialına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 039F KOD 30405058 saylı Şəhadətnamədə və Torpağa Mülkiyyət Hüququna Dair JN-0055 KOD 30405058 saylı Dövlət aktında mülkiyyətçi səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədlərin X2 və digər mülkiyyətçilərə məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Xəlfələr kəndi ərazisindən 0.866 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Xəlfələr kəndi ərazisindən 0.7863 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Xəlfələr kəndi ərazisindən 2.74 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materialına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-039F, kod 30405058 saylı şəhadətnamədən görünür ki, X1 və ailə üzüvlərinin mülkiyyətinə Şabran rayonu Xəlfələr kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.36 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X1, Cavabdeh, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 ümumi birgə mülkiyyətinə Şabran rayonu, Xəlfələr kəndi ərazisindən 0.36 ha həyətyanı torpaq sahəsi ayrılmış və mülkiyyətçilərin adına torpağın mülkiyyətə verilməsinə dair JN-039F, kod 30405058 olan şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4, İddiaçı5, Cavabdeh ümumi birgə mülkiyyətində Şabran rayonu, Xəlfələr kəndi ərazisində 0.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı5, İddiaçı4, X1, İddiaçı3 ümumi birgə mülkiyyətində Şabran rayonu, Xəlfələr kəndi ərazisində 0.7863 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. xx.xx.2025- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı5, İddiaçı4, X1, İddiaçı3 ümumi birgə mülkiyyətində Şabran rayonu, Xəlfələr kəndi ərazisində 2.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçılar hal-hazırda qeyd olunan torpaq sahələrinin bölünməsini və paylarının ayrılmasını istəyirlər.Tərəflər arasında hər hansı razılaşma olmadığından mülkiyətçilər arasında paylar bərabər sayılmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-039F, kod 30405058 olan şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.36 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin payları 1/6 hissə olaraq müəyyən edilməli, xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.866 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçilərin payları 1/7 hissə olaraq müəyyən edilməli, xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.7863 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin payı 1/7 hissə olaraq müəyyən edilməli, xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 2.74 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin payı 1/7 hissə olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-039F, kod 30405058 olan şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.36 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh) payları 1/6 hissə olaraq müəyyən edilsin. xx.xx.2025- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.866 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh) payları 1/7 hissə olaraq müəyyən edilsin. xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.7863 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh) payı 1/7 hissə olaraq müəyyən edilsin. xx.xx.2025- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 2.74 ha torpaq sahəsi üzrə hər bir mülkiyyətçinin (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh) payı 1/7 hissə olaraq müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar