Məhkəmə qərarları › İş №2(031)-714/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-714/2023

07.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-714/2023 07.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ: X2 CAVABDEH: Cavabdehnə qarşı Borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə ona hesablanmış 518.40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsindəki imzanın ona məxsus olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini iş materialları ilə bir yerdə araşdıraraq müəyyən etdi ki, işə əlavə edilmiş AR-İİİ seriyalı 110518 saylı etibarnamə 04 sentyabr 2023-cü il tarixdə verilmişdir. Lakin iddia ərizəsi məhkəmənin icraatına 24 iyul 2023-cü ildə daxil olmuşdur. Yəni iddia ərizəsi məhkəməyə verilərkən iddiaçının nümayəndəsinin iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Bu səbəbdən də iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən məhkəmə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-cv maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki iş üzrə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar