Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-716/2025 28.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Şabran Rayon Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Şabran Rayon Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-0322 nömrəli, kodu 30401004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında adı səhv yazıldığından, həmin hüquq müəyyənedici sənədin ona və digər mülkiyyətçilər olan X2, X17, X3, X4, X7, X11, X15 və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, mülkiyyət və vərəsəlik hüquqlarından istifadə etmək istəyir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında adı Turanə əvəzinə səhvən Təranə yazıldığından, hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİİİ-ЖГ seriyalı, 265072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5 və anası X7 olan X12 xx.xx.1993-cü ildə doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 720878 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X12 xx.xx.2011-ci ildə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 355 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0322 nömrəli, kodu 30401004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Dəvəçi Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 6 nömrəli Qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 3,74 ha torpaq sahəsi X2, X17, X3, X4, X7, X11, X13, X15 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda ərizə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0322 nömrəli, kodu 30401004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-716/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-716/2025
28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver