Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-717/2025 25.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 2 saylı Mediasiya Təşkilatına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 2 saylı Mediasiya Təşkilatına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, MBŞ/2-00121 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədənkənar həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin müraciət əsasında MBŞ/2-00121 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs1 ilə aralarında xx.xx.2025-ci il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər ata Maraqlı şəxs1 övladının saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini ödəməyə razılıq vermişdir. 2. Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən ata Maraqlı şəxs1 övladı X2 yetkilik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 01- dən 10-na qədər Ərizəçi şəxsi bank hesabına aliment ödəməyi öhdəsinə götürmüşdür. 3. Tərəflərin birgə razılıqlarına əsasən ata Maraqlı şəxs1 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini aprel ayının 1-dən 10-na qədər ana Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 4. Tərəflər Barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləyirlər və barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd edilənləri Maraqlı şəxs1 tərəfindən vaxtında icra edilmədiyi təqdirdə Ərizəçi məhkəməyə müraciət etmək hüququna malikdir. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Mediasiya təşkilatının möhürü ilə möhürlənmişdir. X3 imzalanmasına baxmayaraq, Maraqlı şəxs1 tərəfindən Barışıq sazişinin şərtləri icra olunmamışdır. Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 2 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 871981 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü ildə Sara adlı uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış Bakı şəhəri 2 saylı mediasiya təşkilatının mediatoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı barışıq sazişindən görünür ki, 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər ata Maraqlı şəxs1 övladının saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 6/1 hissəsini ödəməyə razılıq vermişdir. 2. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən ata Maraqlı şəxs1 övladı X5 oğlunun yetkinlik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 01-dən 10-na qədər Ərizəçi şəxsi bank hesabına alimenti ödəməyi öhdəsinə götürmüşdür. 3. Tərəflər birgə razılıqlarını əsasən ata Maraqlı şəxs1 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 6/1 hissəsini aprel ayının 1-dən 10-na qədər ana Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 4. X4 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləyirlər və barışıq sazişinin 1-ci 2-ci və 3-cü bəndələrində qeyd edilənləri Maraqlı şəxs1 tərəfindən vaxtında icra edilmədiyi təqdirdə Ərizəçi məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 2 saylı mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı barışıq sazişi bağlanmışdır. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Mediasiya təşkilatının möhürü ilə möhürlənmişdir. X3 imzalanmasına baxmayaraq, Maraqlı şəxs1 tərəfindən Barışıq sazişinin şərtləri icra olunmamışdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Belə olan halda, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 2 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı barışıq sazişi məhkəmədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 2 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı barışıq sazişi "1. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər ata Maraqlı şəxs1 övladının saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 6/1 hissəsini ödəməyə razılıq vermişdir. 2. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən ata Maraqlı şəxs1 övladı X5 oğlunun yetkinlik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 01dən 10-na qədər Ərizəçi şəxsi bank hesabına alimenti ödəməyi öhdəsinə götürmüşdür. 3. Tərəflər birgə razılıqlarını əsasən ata Maraqlı şəxs1 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 6/1 hissəsini aprel ayının 1-dən 10-na qədər ana Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 4. X4 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləyirlər və barışıq sazişinin 1-ci 2-ci və 3-cü bəndələrində qeyd edilənləri Maraqlı şəxs1 tərəfindən vaxtında icra edilmədiyi təqdirdə Ərizəçi məhkəməyə müraciət etmək hüququna malikdir." təsdiq edilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 2 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı barışıq sazişi "1. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər ata Maraqlı şəxs1 övladının saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 6/1 hissəsini ödəməyə razılıq vermişdir. 2. Tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında razılığa əsasən ata Maraqlı şəxs1 övladı X5 oğlunun yetkinlik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 01-dən 10-na qədər Ərizəçi şəxsi bank hesabına alimenti ödəməyi öhdəsinə götürmüşdür. 3. Tərəflər birgə razılıqlarını əsasən ata Maraqlı şəxs1 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 6/1 hissəsini aprel ayının 1-dən 10-na qədər ana Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 4. X4 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləyirlər və barışıq sazişinin 1-ci 2-ci və 3-cü bəndələrində qeyd edilənləri Maraqlı şəxs1 tərəfindən vaxtında icra edilmədiyi təqdirdə Ərizəçi məhkəməyə müraciət etmək hüququna malikdir." təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-717/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-717/2025
25.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver