Məhkəmə qərarları › İş №2(031)-759/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-759/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-759/2020 04.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı MMC-nin CAVABDEH: Cavabdeh qarşı Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Saipa 132 SE» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2367.35 manat gecikdirilmiş əsas borc, 282.48 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 919.69 manat dəbbə pulu, cəmi 3569.52 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Ə.A.Fərəcov məhkəməyə müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq müqaviləsi»nə əsasən X1 müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxlışlı, «Saipa 132 SE» markalı **-PT- *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 17% hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 294.18 manat, ümumilikdə isə 7060 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 7060 manatın 5950 manatı əsas məbləğ təşkil edir. xx xxx 2019-cu il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında CAR-1887 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə 308 manat məbləğində olmuşdur. Eyni zamanda, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli CAr-1887 saylı «Daxili Liznq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2367.35 manat əsas, 282.48 manat mükafat və həmin günə hesablanmış 919.69 manat dəbbə pulu, cəmi 3569.52 manat borcu yaranmışdır. Xahiş edir, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2018ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Saipa 132 SE» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2367.35 manat gecikdirilmiş əsas borc, 282.48 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 919.69 manat dəbbə pulu, cəmi 3569.52 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı MMC ilə X2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı Daxili lizinq müqaviləsindən görünür ki, X1 müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxlışlı, «Saipa 132 SE» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. İşə əlavə edilmiş AC seriyalı 213015 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2013-cü il buraxlışlı, «Saipa 132 SE» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC -nin mülkiyyətindədir. İşə əlavə edilmiş xx xxx 2019-cu il tarixli CAR-1887 saylı Öhdəliklərin Ötürülməsi Müqaviləsindən görünür ki, xx xxx 2019-cu il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında CAR-1887 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 676 saylı və xx xxxxxx 2020-ci il tarixli 772/3 saylı xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı MMC-ti tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-ti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1027 saylı arayışdan görünür ki, borcu Cavabdeh xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili Lizinq müqaviləsi» üzrə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 2367.35 manat, mükafat borcu 282.48 manat, cərimə borcu 919.69 manat, cəmi 3569.52 manatdan ibarətdir. Azərbaycan Respublikası MM-nin 747.1. maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 747-2. maddəsinə əsasən Lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericilikdə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3. maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1. maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2. maddəsində qeyd olunur ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4. maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektinimübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli CAR- 1887 saylı «Daxili lizinq» müqaviləsi ləğv edilməli, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Saipa 132 SE» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyətçi İddiaçı MMC-nə geri qaytarılmalı, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2367.35 manat gecikdirilmiş əsas borc, 282.48 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 19.69 manat dəbbə pulu, cəmi 2669.52 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmaslıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Saipa 132 SE» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141483 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyətçi İddiaçı MMC-nə geri qaytarılsın. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli CAR-1887 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2367.35 manat gecikdirilmiş əsas borc, 282.48 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 19.69 manat dəbbə pulu, cəmi 2669.52 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar