Məhkəmə qərarları › İş №2(031)-766/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-766/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-766/2020 20.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X21 Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair 2384A KOD30401004 saylı Şəhadətnamədə həyat yoldaşının adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Quliyeva (Heydərova) Sevil Əbulfəz qızına, X2, X14, X9 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair 2384A KOD30401004 saylı Şəhadətnamədə həyat yoldaşı X18 yerinə səhvən X15 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə Dair 2384A KOD30401004 saylı Şəhadətnamədə həyat yoldaşının adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Quliyeva (Heydərova) Sevil Əbulfəz qızına, X2, X14, X9 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X16 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İ-JQ seriyalı 495614 saylı ə AZÖ 108589 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 ilə X5 birgə nikahlarından xx xxxx 1973-cü ildə Fərid vəxx xxxx 1971-ci ildə Fuad adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş V-JQ seriyalı 494944 saylınikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə Quliyeva (Heydərova) Sevil Əbulfəz qızı xx xxxx 1992-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair 2384A KOD30401004 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X6 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən X1 və ailə üzvləri – X3, X11, X8 və X7 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.08 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X21 tərəfindən X2 ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********90 saylı məktubdan görünür ki, sizin və ailə üzvlərinizin adına olan 0.08 ha torpaq sahəsinə verilmiş JN-2384 A KOD 30401004 nömrəli «Torpağın mmülkiyyətə verilməsinə dair şəhadətnamə» ləğv edilmiş DT və XK-si tərəfindən 5 saylı X19 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair 2384A KOD30401004 saylı Şəhadətnamənin Quliyeva (Heydərova) Sevil Əbulfəz qızına, X2, X14, X9 və X10 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair 2384A KOD30401004 saylı Şəhadətnamənin Quliyeva (Heydərova) Sevil Əbulfəz qızına, X2, X14, X9 və X10 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar