Məhkəmə qərarları › İş №2(031)-768/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-768/2020

19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-768/2020 19.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X14 Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktında soyadı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktında soyadı Ərizəçi yerinə səhvən X10 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktında soyadı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X13 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, X5 xx xxx 1970ci ildə anadan olmuşdur. Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktında Ərizəçi adı həqiqətən də səhv olaraq X4 yazılmışdır. İşə əlavə edilmiş AZ-İ seriyalı 440699 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxxx 2010-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZB 109509 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxx 1970-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Ağalıq İƏd-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 19 saylı arayışdan görünür ki, JN-482 (KOD 30403005) nömrəli torpaq şəhadətnaməsində Ərizəçi adı həqiqətən də səhv olaraq X4 yazılmışdır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X7 xx xxxxxx 1998-ci il tarixli 09 saylı qərarına əsasən X1 və X8 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.49 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli **********35 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktında hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə vətəndaşın soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktının Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN 4xx xxx 30403005 saylı Dövlət Aktının Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar