Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-773/2024 19.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1496A saylı kod 30501004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də soyadı və ata adı səhv yazıldığından həmin hüquq müəyyənedici sənədin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, mülkiyyət hüquqlarından istifadə etmək istəyir. X12 və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1496A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də soyadı İbrəhimova yerinə İbrahimova, atasının adı Nurbala yerinə səhvən Nurbaba yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1496A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ərizəçi soyadı İbrəhimova yerinə İbrahimova, atasının adı Nurbala yerinə səhvən Nurbaba olaraq qeyd olunmuşdur. İş materiallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli çıxarışdan görünür ki, X5 ilə X3 08 avqust 1955-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-seriyalı 372007 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi birgə nikahlarından 18 aprel 1963-cü ildə Xaspolad adlı uşaqları olmuşdur. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1496A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Siyəzən Rayon İHB-nın 21 aprel 2006-cı il tarixli 93 saylı sərəncamına əsasən X1 mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı müraciətə baxılması barədə xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-J-00xx-xx/2024 nömrəli bildirişdə qeyd olunur ki, ərizənizə əlavə olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluqlar müəyyən edildiyi üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1496A saylı kod 30501004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-773/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-773/2024
19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver