Məhkəmə qərarları › İş №2(031)-787/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-787/2020

26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-787/2020 26.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X18 Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ata adı və digər mülkiyyətçinin adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, Şirəliyeva Qalina Əlövsət qızına, X4, X5 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ata adı Ərizəçi yerinə səhvən Ərizəçi Xəlil oğlu və yaxınlarının adı X9 yerinə səhvən X10 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ata adı və digər mülkiyyətçinin adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, Şirəliyeva Qalina Əlövsət qızına, X4, X5 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X14 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İ-İE seriyalı 412687 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 1939-cu ildə anadan olmuşdur. İşə əlavə edilmiş V-Jq seriyalı 458075 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxx 1978-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 329 saylı arayışdan görünür ki, JN 2xx xxx 30408036 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında yazılmış Ərizəçi Xəlil oğlu, ilkin sənəddə olduğu kimi Ərizəçi kimi oxunsun. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 330 saylı arayışdan görünür ki, JN 2xx xxx 30408036 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında yazılmış X10, ilkin sənəddə olduğu kimi X1 oxunsun. İşə əlavə edilmiş JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Dəvəçi rayon X8 xx xxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən Ərizəçi Xəlil oğlunun, Şirəliyeva Qalina Əlövsət qızının, X2, X3 və X6 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.11 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən X4 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli **********20 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə vətəndaşların adı və ata adı onların şəxsiyyətlərini təsdiq edən sənəddəki ad və ata adları ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi, Şirəliyeva Qalina Əlövsət qızına, X4, X5 və X7 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN 2xx xxx 30408038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi, Şirəliyeva Qalina Əlövsət qızına, X4, X5 və X7 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar