Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-805/2025 24.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı İddiaçı nümayəndəsi və vəkili Xaçmaz şəhər Vəkil Bürosunun Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “miras payların bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 xx.xx.2025-i il tarixdə Cavabdeh qarşı “miras payların bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Notariat Ofisinin A9009176 il tarixli, “daşınmaz əmlakın alqı-satqı müqaviləsi"- nə əsasən Xaçmaz şəhəri, Ü. Bünyatzadə küçəsi yerləşən, cavabdehin adına alınmış torpaq sahəsini vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 şəhəri, İ. Qayıbov küçəsi, ev 47 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayır. İddiaçı X2 oğlu X9 ilə Cavabdeh birgə nikahda olmuşlar və onların həmin nikahlarından övladları yoxdur. İddiaçı X2 oğlu X9 xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində rəhmətə getmişdir. İddiaçı X2 oğlu X9 Cavabdeh ilə birgə nikahda olduğu zaman adına Xaçmaz rayon Notariat Ofisinin A9009176 il tarixli, “daşınmaz əmlakın alqı-satqı müqaviləsi"- nə əsasən xx.xx.2021-cü il tarixdə Xaçmaz şəhərinin Ü. Bünyatzadə küçəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsini X3 almışdır. İddiaçı X7 oğlunun birinci dərəcəli vərəsələrindən biri olaraq hesab edir ki, oğlundan miras qalmış həmin əmlak qanunvericiliyə uyğun bölüşdürülməlidir. Bununla yanaşı İddiaçı nümayəndəsi və vəkili Xaçmaz şəhər Vəkil Bürosunun Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Xaçmaz şəhərinin Ü. Bünyatzadə küçəsi ərazisində yerləşən cavabdehin adına qeydə alınmış ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən torpaq sahəsinin vərəsələr arasında bölüşdürlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə İddiaçı ona qarşı “miras payların bölüşdürülməsi” tələbinə dair iddiasına etirazı təqdim edərək, həmin iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran Rayon Məhkəməsinə müraciət edərək, oğlu X9 ilə birgə nikah dövründə, Xaçmaz rayon Notariat Ofisində xx.xx.2021-ci il tarixində bağlanmış AN seriyalı, ******* saylı "Daşınmaz Əmlakın Alqı-Satqı" müqaviləsi ilə, əldə edilmiş Xaçmaz şəhəri, Ü. Bünyadzadə küçəsində yerləşən 0,149 (iddiaçı 0,2 kimi qeyd etmiş) ha torpaq sahəsinin vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin iddia ərizəsinə etiraz edərək həmin torpaq sahəsinin onunla xx.xx.2024-cü il tarixdə vəfat etmiş həyat yoldaşı X9 ilə birgə nikah (nikahlarıxx.xx.2016-cı il tarixində Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmışdır) dövründə alınmasına baxmayaraq, həmin torpaq sahəsi qardaşı Nümayəndə tərəfindən ona verilmiş 3000 manat pul müqabilində alınmışdır. Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur. Xaçmaz rayon Notariat Ofisində xx.xx.2021-ci il tarixində bağlanmış AN ******* saylı "Daşınmaz Əmlakın Alqı-Satqı " müqaviləsi ilə ,əldə edilmiş Xaçmaz şəhəri ,Ü. Bünyadzadə küçəsində yerləşən 0,149 (iddiaçı 0,2 kimi qeyd etmiş) ha torpaq sahəsinin qardaşı Nümayəndə tərəfindən Cavabdeh verilmiş 3000 manat pul müqabilində alınması səbəbindən cavabdehin mərhum həyat yoldaşının anası tərəfindən həmin əmlakdan miras payın tələb edilməsi qanunsuzdur. Ümumiyyətlə cavabdehin ayrıca yaşayış yeri yoxdur (hal-hazırda valideyinlərinin evində qalır) və cavabdeh gələcəkdə həmin torpaq sahəsində ev inşa edərək, orada yaşamağımı düşünür. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Xaçmaz rayon Notariat Ofisində xx.xx.2021-ci il tarixində bağlanmış AN ******* saylı "Daşınmaz Əmlakın Alqı-Satqı " müqaviləsi ilə ,əldə edilmiş Xaçmaz şəhəri ,Ü.Bünyadzadə küçəsində yerləşən 0,149(iddiaçı 0,2 kimi qeyd etmiş) ha torpaq sahəsi üzrə cavabdehin hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı xx.xx.2021-ci il tarixində alınıb. X9 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir, həmin dövrdən bu günə kimi 1 il 4 ay vaxt keçib. Bu dövr ərzində qarşı tərəf mirasın qəbulu ilə bağlı cavabdehə, notariat orqanına və məhkəməyə müraciət etməyib. Cavabdeh hesab edir ki, onun mirasın qəbulu hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi (uzun müddət hərəkətsiz qalması) halında bu hüququn xitamına səbəbdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Xaçmaz şəhər Vəkil Bürosunun Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “miras payların bölüşdürülməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/Q- 17569 saylı arayışdan görünür ki, X9 xx.xx.1989-cu il tarixdə Xaçmaz rayonunun Xaçmaz şəhərində anadan olmuş, bu barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsində xx.xx.1990-cı il tarixdə 0030 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X6 atası X4, anası isə İddiaçıdır. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 ölümü xx.xx.2024-cü il tarixdə 0387 nömrəli akt qeydi ilə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. - AZ-İ seriyalı, 125202 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə Xaçmaz şəhərində ölmüşdür (ölüm səbəbi - insult). - AZ-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Cavabdeh Xaçmaz şəhəri, Ülvü Bünyatzadə küçəsi ərazisində yerləşən 0,02 hektar torpaq sahəsinin 4000 (dörd min) manat müqabilində satmışdır. - Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 822 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir. - AZ-İİ seriyalı, 125990 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır. -********** saylı mədaxil qəbzdən görünür ki, hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar İddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Şabran Rayon Məhkəməsinin 2(031)-805/2025 saylı mülki işi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli sorğudan görünür ki, Şabran Rayon Məhkəməsinin icraatına olan İddiaçı Cavabdeh qarşı “miras payların bölüşdürülməsi” tələbinə dair iddiası üzrə 2(031)- 805/2025 saylı mülki işlə bağlı yaranmış zərurət ilə əlaqədar Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış AN seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi ilə bağlı Cavabdeh adına mülkiyyət sənədinin (daşınmaz əmlaka dair çıxarışın) verilib verilməməsi barədə məlumatın, habelə mülkiyyət sənədi verildiyi təqdirdə həmin sənədin surətinin də Şabran Rayon Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-11072/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-805/2025 saylı mülki işi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2025ci il tarixli sorğuya cavab olaraq sorğunuzda qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.02 ha torpaq sahəsinə Cavabdeh adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verildiyi bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-11072/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində Xaçmaz şəhərində 0,02 hektar torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabərsayılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının "Notariat haqqında” xx.xx.1999-cu il tarixli, 762-İQ nömrəli Qanununun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E. Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E. Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilmişdir. Hazırki iş üzrə Cavabdeh iddia ərizəsində qeyd edilmiş torpaq sahəsinin ona qardaşı tərəfindən hədiyə edilmiş 3000 (üç min) manat məbləğində pul vəsaiti hesabına alındığını bildirsə də, qardaşı ilə aralarında yazılı şəkildə belə əqdin bağlanmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir və AZ-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən də torpaq sahəsi 3000 (üç min) manata yox, 4000 (dörd min) manat müqabilində alınmışdır. Cavabdehin sözü gedən torpaq sahəsinin ölçüsünün 0,149 hektar olduğu təqdirdə iddiaçı tərəfindən torpaq sahəsinin 0,02 hektar olaraq göstərilməsinə gəldikdə isə, həmin AZ-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində, həm də xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda sözü gedən torpaq sahəsi 0,02 hektar olaraq qeyd edilib. Bununla yanaşı X6 xx.xx.2024-cü il tarixində vəfat etməsinə, həmin dövrdən bu günə kimi 1 il 4 ay vaxt keçməsinə və bu dövr ərzində iddiaçının mirasın qəbulu ilə bağlı cavabdehə, notariat orqanına və məhkəməyə müraciət etməməsinə gəldikdə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarın əsasən də Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “miras payların bölüşdürülməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 atası xx.xx.2005-ci il tarixdə Xaçmaz şəhərində vəfat etdiyindən və ondan Cavabdeh ilə birgə nikah dövründə Cavabdeh adına əldə etdikləri Xaçmaz şəhəri, Ülvü Bünyatzadə küçəsi ərazisində yerləşən 0,02 hektar torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) 0,01 hektar (ümumi əmlakın 1/2 hissəsi) miqdarında hissəsi miras qaldığından, həmin 0,01 hektar miras əmlakın üzərində İddiaçı miras payı 1/2 hissədə, Cavabdeh miras payı isə 1/2 hissədə müəyyən edilməklə, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 miras qalmış və sonuncunun Cavabdeh ilə birgə nikah dövründə Cavabdeh adına əldə etdikləri Xaçmaz şəhəri, Ülvü Bünyatzadə küçəsi ərazisində yerləşən 0,02 hektar torpaq sahəsi üzərində (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) İddiaçı payı 1/4 hissədə, Cavabdeh payı isə 3/4 hissədə müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 miras qalmış və sonuncunun Cavabdeh ilə birgə nikah dövründə Cavabdeh adına əldə etdikləri Xaçmaz şəhəri, Ülvü Bünyatzadə küçəsi ərazisində yerləşən 0,02 hektar torpaq sahəsi üzərində (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) İddiaçı payı 1/4 hissədə, Cavabdeh payı isə 3/4 hissədə müəyyən edilsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-805/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-805/2025
24.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver