Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-933/2025 11.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Maraqlı şəxs qismində cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1972-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci il təvəllüdlü X3 onun oğludur. O, “mühüm dərəcəli triventrikular hidrosefaliya” diaqnozu ilə xəstədir. Onunla yaşayı və ona qulluq edir. Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ona qəyyum təyin edilməyi üçün müraciət etmişdir. Она izah olunmuşdur ki, mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2025ci il tarixli, 3766 nömrəli rəyindən görünür ki, X2 doğuş zədəsi keçirmiş hidrosefaliyalı şəxsdə orta dərəcəli əqli gerilik müəyyən edilir. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən doğuş zədəsi keçirmiş hidrosefaliyalı şəxsdə orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-933/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-933/2025
11.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver