Məhkəmə qərarları › İş №2(031)-960/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-960/2023

18.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-960/2023 18.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X20 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi X3 və Maraqlı şəxs iştirakları ilə Ərizəçi X3 Maraqlı şəxs qismində cəlb elədiyi “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 İsmayıl Hüseynbala oğlunu maraqlı şəxs qismində cəlb elədiyi “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X1 İsmayıl Hüseynbala oğlunu maraqlı şəxs qismində cəlb elədiyi “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsini onunla əsaslandırmışdır ki, aliment tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlanmış, mediator X9 özlərinə mediator seçərək, xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan anadan olmuş azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğdə aliment ödəməyə razılaşmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. 10 günlük könüllü vaxt keçmişdir. Xahiş edir, onunla Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə iclasında iştirak edən ərizəçi X11 ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini və onunla Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəçi X3 onu maraqlı şəxs qismində cəlb elədiyi ərizənin təmin edilməsinə və onunla ərizəçi X11 arasında mediator X5 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizəçi X3 Maraqlı şəxs qismində cəlb elədiyi “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ərizəçi X11 ilə Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, hazır ki iş üzrə ərizəçi və maralı şəxs arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: “Tərəflər” birgə nigah dövründə dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdü X7, xx.xx.2017-ci il təvəllüdü X2 və xx.xx.2017-ci il təvəllüdü X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs hər ay hər uşağa 75 (yetmiş beş ) manat məbləğində aliment birinci tərəf Ərizəçi xx.xx.2023-ci ildən başlayaraq bank (kart) və nağd vasitəsi ilə alimenti ödəməyi öz öhdəsinə götürür və tərəflər birgə olaraq könüllü razılaşdılar. İkinci tərəf aliment ödəməyə etiraz etmir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X11 ilə Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğdə aliment tutularaq ərizəçi X8 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar