Məhkəmə qərarları › İş №2(031)-979/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-979/2024

24.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-979/2024 24.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "X9 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "X9 Company" MMC) qarşı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “əmək müqaviləsinin müvəqqəti bağlanması barədə əmrin və intizam tənbehinin verilməsi barədə əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "X9 Company" MMC-yə qarşı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “əmək müqaviləsinin müvəqqəti bağlanması barədə əmrin və intizam tənbehinin verilməsi barədə əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X9 Company” MMC ilə aralarında bağlanmış 131 saylı, xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi sayılması, əmək müqaviləsinə xitam verilməsi barədə 148/24 saylı xx.xx.2024cü il tarixli əmrin ləğv edilməsi, İT seriyalı, GHSO15/24 saylı, xx.xx.2024-cü il tarixli töhmət verilməsi barədə əmrin ləğv edilməsi, həkim-kardioloq vəzifəsinə işə bərpa olunması, xx.xx.2024-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 08 (səkkiz) gün əlavə işə cəlb olunduğuna görə ödənilməmiş maddi ziyan kimi 52653,12 (əlli iki min altı yüz əlli üç manat on iki qəpik) manat manat pulun, mənəvi ziyan kimi 10000 (on min manat) manat pulun və mediasiyaya ödədiyi 60 (altmı manat) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X9 Company” MMC ilə aralarında bağlanmış 131 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı əlavə iş yeri üzrə həkim-kardioloq vəzifəsinə qəbul edilmiş və əmək funksiyalarını aidiyyəti strukturun yerləşdiyi iş yerlərində icrasına başlamışdır. Həmin müqavilənin müddəti bölməsinin 2.1-ci bəndində əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f ’ bəndinə uyğun olaraq hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 03 (üç) ay müddətinə bağlandığı, 2.2-ci bəndində işin İ ayının sınaq müddəti hesab edildiyi, sınaq müddəti ərzində tərəflərdən biri digərini 03 (üç) iş günü əvvəl xəbərdar etməklə əmək müqaviləsini birtərəfli qaydada poza biləcəyi, 2.3-cü bəndində isə işçinin xx.xx.2022-ci il tarixdən işə başladsığı göstərilmişdir. Həmin müqavilənin işçinin əmək funksiyası adlanan hissəsinin 3-cü bölməsinin 3.3-cü bəndində işçimim Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini və bu müqavilə ilə müəyyən edilmiş əmək funksiyasını vaxtında, lazımı qaydada və keyfiyyətlə yerinə yetirməli olduğu nəzərdə tutulmuşdur. Həmin müqavilənin əmək şəraitinin şərtləri, əmək haqqı üzrə, iş və istirahət vaxtı üzrə və əmək məzuniyyəti üzrə 4-cü bölməsinin 4.1-ci bəndində işçiyə hər ay 1012,57 (min on iki manat əlli yeddi qəpik) manat məbləğində vəzifə maaşı təyin edildiyi və ona qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra xalis məbləğ ödənildiyi, 4.3-cü bəndində işçinin qanunauyğun qaydada istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günləri işlədikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ikiqat məbləğdə tarif maaşı və ya onun arzusu ilə əlavə istirahət günü verildiyi, 4.13-cü bəndində bir istirahət günü olan 06 (altı) günlük iş həftəsi üzrə gündə 06 (altı) saat 40 (qırx) dəqiqə, həftə ərzində isə 18 saatdan çox olmayan iş rejimində, 4.15-ci bəndində istirahət günü növbə qrafikinə uyğun olaraq həftədə bir gün müəyyənləşdirildiyi, 4.16-cı bəndində bu əmək müqaviləsində əsasən işçinin iş ilinin xx.xx.2022-ci il-xx.xx.2023-cü il tarixli dövr əhatə etdiyi və ona hər növbəti iş ili üçün müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət verildiyi göstərilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsi hər dəfə 03 (üç) ay uzadılaraq 03 (üç) ildən çox davam etmiş və sonuncu bağlanmış müqaviləsinə işəgötürənin 148/24 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən öncə isə işəgötürənin (cavabdeh) İT seriyalı, GHS015/24 saylı xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin ‘‘a” bəndinə əsasən töhmət verilmişdir. İşəgötürənlə aralarında bağlanmış müqavilənin məzmunundan göründüyü kimi müddətli əmək müqaviləsinin bağlanması üçün qeyd olunan maddədə göstərilmiş halların heç biri mövcud olmamış və hər dəfə aralarında müqavilə bağlanılarkən iddiaçı müddətli müqavilənin isin xarakterinin nəzərə alınaraq müddətsiz əmək müqaviləsinin bağlanmasına təkid etsə də, işəgötürən (cavabdeh) öz mövqeyindən istifadə edərək onunla müddətli əmək müqaviləsi bağlamışdır. İşçinin əmək şəraitinin şərtləri, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günləri işlədikdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ikiqat məbləğdə tarif maaşı və ya onun arzusu ilə əlavə istirahət günü verilməsi ilə bağlı iddiaçı məhkəmənin nəzərinə catdırmışdır ki, növbə cədvəlinə əsasən hər həftənin tək günləri, yəni 1-ci, 3-cü, 5-ci günlər iş günləri olsa da işəgötürən tərəfindən bütün bu müddət ərzində əlavə olaraq həftənin cüt günləri olan 2 və 4-cü günlər də işə cəlb edilmiş, ancaq işə əlavə cəlb olunduğu günlərdə ona işəgötürən tərəfindən heç bir ödəniş edilməmişdir. Əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən onun vəzifə maaşı 1012,57 (min on iki manat əlli yeddi qəpik) manat olmuşdur. Nəzərə alınsa ki, onunla əmək müqaviləsi 22.04 2022-ci il tarixdə bağlanmış və həmin vaxtdan vəzifələrinin icrasına başlamış, 148/24 saylı xx.xx.2024-cü il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə əmək müqaviləsinə xx.xx.2024-cii il tarixdə xitam verilmiş, işəgötürənlə (cavabdehlə) əmək münasibətləri 03 (üç) il, 03 (üç) ay davam etmişdir. Bu müddət ərzində hər ay 08 (səkkiz) gün əlavə işə cəlb olunmuş və bunun əvəzi ona ödənilməmişdir. Vəzifə maaşı ayda 1012,57 (min on iki manat əlli yeddi qəpik) manat, cəmi ayda 12 (on iki) iş gününə böldükdə günə 84,38 (səksən dörd manat qəpik otuz səkkiz qəpik) manat təşkil edir. 84,38 (səksən dörd manat qəpik otuz səkkiz qəpik) manat isə 312 (üç yüz on iki) günə vurulduqda (84,38X312=26 326,56) 26326,56 )iyirmi altı min üç yüz iyirmi altı manat əlli altı qəpik təşkil edir və həmin məbləğin iki misli də (26326,56X2=52653,12) 52653,12 (əlli iki min altı yüz əlli üç manat on iki) qəpik təşkil edir ki, həmin məbləğdə işəgötürən (cavabdeh) tərəfindən iddiaçıya ödənilməlidir. Onunla bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Əmr 01 avqust tarixdə verilmiş və 02 avqust 2024-cü il tarixdən əmək müqaviləmə xitam verilmişdir. Hər bir halda yuxarıda qeyd olunan normada işçi işə çıxdığı gün işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilinməsi nəzərdə tutulmuşdur və bu imperativ normadır. Həmin gün isə o, işdə olmamış, nəticədə işəgötürən tərəfindən göstərilən normanın da tələbləri pozulmuşdur. Son haqq-hesabın verilməsi ona sonuncu iş günü deyil xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, hazırki işə Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu tərəfindən baxılmasını istəmədiyini və məhkəmə tərkibinə etiraz verdiyini bildirmişdir. İş üzrə cavabdeh "X9 Company" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmış və onun nümayəndəsi və vəkili "Universal" vəkil bürosunun vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş üzrə tələb olunan sənədləri “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiklərini və səhhəti ilə əlaqədar hazırki iş üzrə xx.xx.2024-cü il tarixə, saat 10:15-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "X9 Company" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4 və 185.5-ci maddələrinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh "X9 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "X9 Company" MMC) qarşı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “əmək müqaviləsinin müvəqqəti bağlanması barədə əmrin və intizam tənbehinin verilməsi barədə əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı ilə cavabdeh "X9 Company" MMC arasında bağlanmış 131 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.20222-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı əlavə iş yeri üzrə “həkim-kardioloq” vəzifəsinə işə qəbul edilmişdir. - Bakı 10 saylı Mediasiya təşkilatından verilmiş ******* nömrəli, xx.xx.2024-ci il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı hazırki iş üzrə cavabdeh "X9 Company" MMC ilə aralarında olan mübahisə ilə bağlı mediasiya prosesinin həyata keçirilməsi üçün müraciət etmiş, lakin cavabdeh "X9 Company" MMC mediasiya prosesinda iştirak etəməməsi (müvafiq bildirişi qəbul etməkdən imtina etməsi) səbəbi ilə mediasiya prosesi baş tutmamışdır. - 148/24K nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İddiaçı ilə cavabdeh "X9 Company" MMC arasında bağlanmış xxxxxxx0007000 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - İT seriyalı, GHSO15/24 saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "X9 Company" MMC-də “həkim-kardioloq” vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdə "X9 Company" MMC-də “baş hakim” vəzifəsində çalışan X2 tibb şöbəsinin xidməti telefonu ilə gizli çəkilişini aparıb sözü gedən videogörüntünü sonradan əməkdaşlar arasında yayaraq xx.xx.2022-ci il tarixli, 131 saylı əmək müqaviləsi üzrə öz öhdəliklərini pozması səbəbi ilə barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən “töhmət” növündə intizam tənbehi tətbiq edilmişdir. - xx.xx.2022-ci il tarixdə imzalanmış xxxxxxx0007000 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində müddətli əmək müqaviləsi əsasında “həkim-kardioloq” vəzifəsinə işə qəbul edilmişdir. - GHS001/24 saylı, xx.xx.2024-cü il tarixli işçi tərəfindən nizam intizam qaydalarının pozulmasına dair aktdan görünür ki, İddiaçı "X9 Company" MMC-də “həkim-kardioloq” vəzifəsində çalışan İddiaçı "X9 Company" MMC-də “baş hakim” vəzifəsində çalışan X2 tibb şöbəsinin xidməti telefonu ilə gizli çəkilişini aparıb sözü gedən videogörüntünü sonradan əməkdaşlar arasında yayaraq xx.xx.2022-ci il tarixli, 131 saylı əmək müqaviləsi üzrə öz öhdəliklərini kobud şəkildə pozmuşdur. - İddiaçı ilə cavabdeh "X9 Company" MMC-nin əməkdaşı arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə 051 225 28 13 mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdə edilmiş yazışmadan görünür ki, cavabdeh "X9 Company" MMC-nin əməkdaşı tərəfindən İddiaçı əlavə günlərdə işə çıxmağa ehtiyacın olmadığı, “ekstra” işə çıxdığı günlərin əvəzgünlərinin istifadə etməli olduğu bildirilmiş və işlədiyi əlavə günlərə görə ödəniş alacağı da onun nəzərinə çatdırılaraq əvəz günlərindən istifadə etməsi ondan xahiş edilmişdir. İddiaçı isə buna cavab olaraq işə çıxması üçün ona şərait yaradılmasını xahiş etmişdir. - İddiaçı elektron poçt ünvanına cavabdeh "X9 Company" MMC tərəfindən göndərilmiş məktubdan görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən məlumatlandırılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin İddiaçı 3-17-5/1-P-30538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-P-53393/2024 saylı məktubundan görünür ki, İddiaçı müraciət ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba- Xaçmaz regional şöbəsi tərəfindən aparılan araşdırma zamanı “X9 Company” MMC-nin işəgötürəninin xx.xx.2024-cü il tarixli GHS 0007/24 nömrəli məktubuna, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) və digər sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli əmək müqaviləsi üzrə “X9 Company” MMC-də həkim-kardioloq vəzifəsi üzrə işə qəbul edilmiş, sonuncu dəfə onunla bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2024cü il tarixinədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə isə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 148/24K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və İddiaçı çatacaq son haqq-hesab hesablanaraq 7359,63 (yeddi min üç yüz əlli doqquz manat altmış üç qəpik) manat olmaqla əmək haqqı bank hesabınıza köçürülmüşdür. Bununla yanaşı İddiaçı nəzərinə catdırılmışdır ki, müraciətində istirahət və bayram günlərində işə cəlb edildiyi və bununla bağlı “X9 Company” MMC-nin ona “əvəzgün” borcu olduğu qeyd edilmiş və bu məsələ ilə bağlı olaraq təqdim edilmiş son haqq-hesab sənədlərində “extra” bölməsinə aydınlıq gətirilməsi və müvafiq sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə təqdim edilməsi məqsədilə “X9 Company” MMC-nə yenidən xx.xx.2024-cü il tarixli, 3-17-5/2-52760/2024 nömrəli məktub ünvanlanmış və müraciət ilə bağlı aparılan araşdırma yekunlaşdıqdan sonra ona əlavə məlumat veriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin İddiaçı 3-17-5/1-P-30538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-17-5/1-P-37166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətlərinə cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-17-5/2-P-63215/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Sizin “X9 Company” MMC tərəfindən əmək hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və Nazirliyin tabeleyində DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə ünvanladığınız müraciətlərə DƏMX-nin X1 baxılmışdır. Qeyd edirik ki, xx.xx.2024-cü il tarixli müraciətiniz ilə bağlı Sizə xx.xx.2024-cü il tarixli 3- 17-5/2- P-53393/2024 nömrəli məktub ünvanlanmışdır. Həmin məktuba əlavə olaraq bildiririk ki,xx.xx.2024-cü il tarixdə Sizinlə bağlanılmış əmək müqaviləsinə Cəmiyyətin 148/24K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və Sizə çatacaq son haqq-hesab Cəmiyyət tərəfindən hesablanaraq 7359.63 manat (yeddi min üç yüz əlli doqquz manat altmış üç qəpik) olmaqla əmək haqqı bank hesabınıza köçürülmüşdür. Lakin, 4 saylı Bakı DOST Mərkəzinə verdiyiniz xx.xx.2024-cü il tarixli izahatınızda son haqq- hesabınızın Sizə düzgün hesablanıb ödənilmədiyini qeyd etsəniz də bununla bağlı tərəfinizdən hər hansı təsdiqedici sənədlər təqdim edilməmiş, eyni zamanda qeyd edilən məsələ ilə bağlı tərəfimizdən müəssisəyə yenidən sorğu məktubu ünvanlanaraq işlədiyiniz dövr üçün iş vatının uçot tabelləri və son haqq-hesabınızın hesablanması sənədlərinin təqdim olunması tələb olunmuşdur. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01,2025-ci il tarixinədək dayandırıldığından müraciətinizdə son haqq-hesabınızın düzgün hesablanaraq Sizə ödənilmədiyi hissəsinin tərəfimizdən yerində araşdırılması mümkün deyil. Müraciətinizin qeyd edilən hissəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır. Bildiririk ki, müraciətinizdə istirahət və bayram günlərində işə cəlb edildiyinizi, bununla bağlı Cəmiyyətin Sizə əvəzgün borcu olduğunu qeyd etmisiniz. Qeyd edilən məsələ ilə bağlı olaraq Cəmiyyət xx.xx.2024-cü il tarixli GHS 008/24 nömrəli məktubunda Sizin əmək müqavilənizdə iş saatınızın gündəlik 4.5 saat olduğunu lakin, gündəlik 6 saat olmaqla öz təşəbbüsünüz ilə əlavə vaxtlarda (extra) işlədiyinizi və işdən azad olunarkən əlavə olaraq işlədiyiniz 36 günə görə 162 saat əlavə iş saatınızın olduğunu, həmin saatların extra olduğu üçün 2 qat hesablanaraq 324 saat qismində qeydə alındığını və aylıq əmək haqqınıza görə (1241.14-min iki yüz qırx bir manat on dörd qəpik) 1 saata uyğun hesablanan əmək haqqınızın 21.036 (iyirmi bir manat otuz altı qəpik) manat olduğunu nəzərə alaraq əlavə işlədiyiniz 324 saata görə Sizə 6815.75 (altı min səkkiz yüz on beş manat yetmiş beş) manat olmaqla son haqq hesabınızın hesablanıb əmək haqqı bank hesabınıza köçürüldüyü qeyd edilmişdir. Həmçinin məktubda əlavə saatlarda işləməyiniz ilə bağlı Cəmiyyətin işəgötürənin əmri (sərəncamı, qərarı) və Sizin razılığınızı təsdiq edən hər-hansı sənədin olmadığını qeyd edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55-ci maddəsinin (Əmək şəraitinin əlavə şərtləri), 99-cu maddəsinin (İş vaxtından artıq iş), 101-ci maddəsinin (İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar), 107-ci maddəsinin (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi) və 108-ci maddəsinin 1-ci hissəsinin (Bu Məcəllənin 91, 92 və 93- cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır) tələbləri pozulduğundan Cəmiyyətin işəgötürəni X3 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) əsasən xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında Protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir.” - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X9 Company” MMC-nin əməkdaşı (“HR”) X3 tərəfindən işçilərin əmək müqavilələrində nəzərdə tutulmuş iş vaxtından əlavə saatlarda işə cəlb etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsin dair protokol tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4630/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "X9 Company" MMC-nə qarşı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “əmək müqaviləsinin müvəqqəti bağlanması barədə əmrin və intizam tənbehinin verilməsi barədə əmrin ləğv olunması və s.” Tələbinə dair iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinda baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. - Hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixdə, saat 11:05-də keçirilmiş açıq məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, İddiaçı tərəfindən Şabran Rayon Məhkəməsinin bütün tərkibinə verilmiş etiraz baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilmiş açıq məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "X9 Company" MMC-nin nümayəndəsi və vəkili "Universal" vəkil bürosunun vəkili Vəkil bilmişdir ki, “X9 Company” MMC ilə İddiaçı arasında bağlanmış 131 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı həkim-kardioloq vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin müddəti bölməsinin 2.1-ci bəndində əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 03 (üç) ay müddətinə bağlandığı, 2.2-ci bəndində işin İ ayının sınaq müddəti hesab edildiyi qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 148/24K saylı əmrdən görünür ki, “X9 Company” MMC-nin müvafiq bölməsində həkim-kardioloq vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Beləliklə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə “X9 Company” MMC-nin 148/24K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və İddiaçı çatacaq son haqqhesab cavabdeh tərəfindən hesablanaraq 7359,63 (yeddi min üç yüz əlli doqquz manat altmış üç qəpik) manat olmaqla əmək haqqı bank hesabına köçürülmüşdür. İddiaçının iddia tələbini əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Bununla yanaşı hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilmiş açıq məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə “X9 Company” MMC-nin 148/24K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və İddiaçı çatacaq son haqq-hesab cavabdeh tərəfindən hesablanaraq 7359,63 (yeddi min üç yüz əlli doqquz manat altmış üç qəpik) manat olmaqla əmək haqqı bank hesabına köçürülmüşdür. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında son haqq- hesabının düzgün hesablanıb ödənilmədiyini qeyd etsə də bununla bağlı hər hansı təsdiqedici sənədlər təqdim edilməmiş, eyni zamanda qeyd edilən məsələ ilə bağlı müəssisəyə yenidən sorğu məktubu ünvanlanaraq İddiaçı işlədiyi dövr üçün iş vaxtının uçot tabelləri və son haqq-hesabın hesablanması sənədlərinin təqdim olunması tələb olunmuşdur. Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından İddiaçı son haqq-hesabın düzgün hesablanaraq ödənilmədiyi hissəsinin yerində araşdırılması mümkün deyildir. İddiaçı müraciətində istirahət və bayram günlərində işə cəlb edildiyi, bununla bağlı “X9 Company” MMC-nin ona borclu qaldığını qeyd etsə də, bu məsələ ilə bağlı olaraq “X9 Company” MMC xx.xx.2024-cü il tarixli GHS 008/24 nömrəli məktubunda əmək müqaviləsində iş saatının gündəlik 4.5 saat olduğunu, lakin gündəlik 6 saat olmaqla öz təşəbbüsü ilə əlavə vaxtlarda (extra) işlədiyi və işdən azad olunarkən əlavə olaraq işlədiyi 36 günə görə 162 saat əlavə iş saatının olduğunu, həmin saatların “extra” olduğu üçün İİ qat hesablanaraq 324 saat qismində qeydə alındığını və aylıq əmək haqqına görə (1241,14-min iki yüz qırx bir manat on dörd qəpik) 1 saata uyğun hesablanan əmək haqqının 21,036 (iyirmi bir manat otuz altı qəpik) manat olduğunu nəzərə alaraq əlavə işlədiyi 324 saata görə 6815.75 (altı min səkkiz yüz on beş manat yetmiş beş) manat olmaqla son haqq hesabının hesablanıb əmək haqqı bank hesabına köçürüldüyü qeyd edilmişdir. Həmçinin məktubda əlavə saatlarda işləməyi ilə bağlı “X9 Company” MMC-nin işəgötürənin əmri (sərəncamı, qərarı) və İddiaçı razılığını təsdiq edən hər-hansı sənədin olmadığı qeyd edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55ci maddəsinin (Əmək şəraitinin əlavə şərtləri), 99-cu maddəsinin (İş vaxtından artıq iş), 101-ci maddəsinin (İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar), 107-ci maddəsinin (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi) və 108-ci maddəsinin 1-ci hissəsinin (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, həmin Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır) tələbləri pozulduğundan, “X9 Company” MMC-nin işəgötürəni X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) əsasən xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın: 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilir. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Qərara əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Həmin Qərara əsasən məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin qərara əsasən məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini həmin Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 11-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırki iş üzrə cavabdeh "X9 Company" MMC-ə qarşı iddia ərizəsində cavabdehə qarşı cavabdeh “X9 Company” MMC ilə aralarında bağlanmış 131 saylı, xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi sayılması, əmək müqaviləsinə xitam verilməsi barədə 148/24 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, İT seriyalı, GHSO15/24 saylı, xx.xx.2024-cü il tarixli töhmət verilməsi barədə əmrin ləğv edilməsi, həkim-kardioloq vəzifəsinə işə bərpa olunması, xx.xx.2024-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 08 (səkkiz) gün əlavə işə cəlb olunduğuna görə ödənilməmiş maddi ziyan kimi 52653,12 (əlli iki min altı yüz əlli üç manat on iki qəpik) manat pulun, mənəvi ziyan kimi 10000 (on min manat) manat pulun və mediasiyaya ödədiyi 60 (altmı manat) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması tələbləri qaldırmışdır. Lakin, Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinin İV hissəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İş materiallarında olan sənədlərdən isə (131 nömrəli, xx.xx.2022-c il tarixli əmək müqaviləsi, xxxxxxx0007000 nömrəli əmək müqaviləsi bildirişi, İddiaçı elektron poçt ünvanına cavabdeh "X9 Company" MMC tərəfindən göndərilmiş məktub və İT seriyalı, GHSO15/24 saylı, xx.xx.2024-cü il tarixli əmr) görünür ki, İddiaçı ilə cavabdeh "X9 Company" MMC arasında tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 03 (üç) aylıq müddətlərlə xx.xx.2024-cü il tarixə kimi uzadılmış, İddiaçı iddia ərizəsində əmək müqaviləsinin müddətsiz bağlanmasını istədiyini cavabdeh "X9 Company" MMC-yə bildirdiyini qeyd etsə də, faktiki olaraq əmək müqaviləsinin müddətinə edilmiş dəyişikliklərə razılaşaraq həmin dəyişikliklərdən sonra da "X9 Company" MMC-də işləməyə davam etmiş, cavabdeh "X9 Company" MMC İddiaçı məlumatlandıraraq əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xx.xx.2024-cü il tarixdə xitam vermiş və iddiaçı tərəfindən işəgötürən (cavabdeh "X9 Company" MMC) tərəfindən bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər-hansı bir müddəasının pozulmasını təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İT seriyalı, GHSO15/24 saylı, xx.xx.2024-cü il tarixli töhmət verilməsi barədə əmrin ləğv edilməsi məsələsinə gəldikdə isə, həmin əmrdən görünür ki, "X9 Company" MMC-də “həkim-kardioloq” vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdə "X9 Company" MMCdə “baş hakim” vəzifəsində çalışan X2 tibb şöbəsinin xidməti telefonu ilə gizli çəkilişini aparıb sözü gedən videogörüntünü sonradan əməkdaşlar arasında yayaraq xx.xx.2022-ci il tarixli, 131 saylı əmək müqaviləsi üzrə öz öhdəliklərini pozması səbəbi ilə barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” növündə intizam tənbehi tətbiq edilmişdir. İddiaçı hazırki mülki iş üzrə iddia ərizəsində həmin əmrin ləğv edilməsini tələb etsə də, sözü gedən əmrin hansı səbəblərdən ləğv edilməli olduğunu iddia ərizəsində əsaslandırmamış və məhkəməyə həmin əmrin ləğv edilməli olması qənaətinə gəlməyə imkan verən hər-hansı bir mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı İddiaçı "X9 Company" MMC-də həkim-kardioloq vəzifəsinə işə bərpa olunması, xx.xx.2024-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 08 (səkkiz) gün əlavə işə cəlb olunduğuna görə ödənilməmiş maddi ziyan kimi 52653,12 (əlli iki min altı yüz əlli üç manat on iki qəpik) manat manat pulun, mənəvi ziyan kimi 10000 (on min manat) manat pulun və mediasiyaya ödədiyi 60 (altmı manat) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması tələbləri ilə bağlı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə cavabdeh “X9 Company" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi zaman cavabdeh tərəfindən iddiaçıya son haqq hesab və işlədiyi əlavə günlərə görə əmək haqqı ödənilmişdir. İddiaçı ilə cavabdeh "X9 Company" MMC-nin əməkdaşı arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə 051 *** ** ** mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdə edilmiş yazışmadan isə görünür ki, cavabdeh "X9 Company" MMC-nin əməkdaşı tərəfindən İddiaçı əlavə günlərdə işə çıxmağa ehtiyacın olmadığı və “ekstra” işə çıxdığı günlərin əvəzgünlərinin istifadə etməli olduğu bildirilmiş və işlədiyi əlavə günlərə görə ödəniş alacağı da onun nəzərinə çatdırılaraq əvəz günlərindən istifadə etməsi ondan xahiş edilmişdir. İddiaçı isə buna cavab olaraq işə çıxması üçün ona şərait yaradılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı cavabdeh "X9 Company" MMCnin tələbi ilə yox, öz arzusu ilə əlavə iş günləri işə çıxmış və buna baxmayaraq cavabdeh "X9 Company" MMC tərəfindən iddiaçıya həmin günlər üçündə müvafiq əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin İddiaçı 3-17-5/1-P-30538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-17-5/2-P-53393/2024 saylı və 3-17-5/1-P-30538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-17-5/1-P-37166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətlərinə cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-17-5/2-P-63215/2024 saylı məktublara və xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən isə “X9 Company” MMC-nin əməkdaşı (“HR”) X3 tərəfindən işçilərin əmək müqavilələrində nəzərdə tutulmuş iş vaxtından əlavə saatlarda işə cəlb etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsin dair protokol tərtib edilmiş və həmin şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinin əsassız olaraq cavabdeh tərəfindən ləğv edilməsini, işə bərpa edilməli olmasını, ona ödənilmiş son haqqhesabın məbləğinin düzgün hesablanmamsını, o cümlədən cavabdeh tərəfindən ona maddi və yaxud mənəvi ziyan vurulmasını təsdiq edən hər-hansı bir mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "X9 Company" MMC-yə qarşı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “əmək müqaviləsinin müvəqqəti bağlanması barədə əmrin və intizam tənbehinin verilməsi barədə əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh "X9 Company" MMC-nə qarşı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “əmək müqaviləsinin müvəqqəti bağlanması barədə əmrin və intizam tənbehinin verilməsi barədə əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar