Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1555/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçünçü şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X25 Xidmətinin X1 baş əmək müfəttişi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X25 Xidmətinin X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X2rşı «işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Milli Elmlər X14 X40 işlər üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanıb ona ödənilməsi və mediasiya üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan X16 Rügional Elmi Mərkəzində 2017-ci ildən 2025-ci ilədək Aparıcı elmi işçi vəzifəsində, 06 yanvar 2025-ci ildən 05 fevral 2025-ci ilədək Elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç bir əmək münasibətlərinin pozuntusuna yol vermədiyindən barəsində nə xəbərdarlıq, nə də hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 28 saylı əmri ilə o, X34 Mərkəzinin Elmi işlər üzrə direktor müavini 5 fevral 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Sözügedən əmrin verilməsi üçün əsas olaraq AMEA X34 X10 5 fevral 2025-ci il tarixli 2 nömrəli iclas protokolu olmuşdur. Bundan sonra ona tarixsiz və nömrəsiz, X34 Mərkəzin İnsan resursları şöbəsi müdirinin imzası ilə məktub ünvanlanmış, əmək kitabçasının götürülməsi üçün gəlməyi bildirilmişdir. Sonra onun müraciətinə X25 Xidməti X7ndə baxılsa da, nəticəsi barədə ona məlumat verilməmişdir. Bundan sonra, o, qanunvericliyə müvafiq olaraq Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən, Lənkəran 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00302 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış almışdır. Bu zaman 50 manat mediasiya rüsumu ödəmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi ilə fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət edə bilmək müddəti üçün nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmamış hesab edilməlidir. Belə ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Aşağıda qeyd olunanlara əsasən cavabdehin xx.xx.2025-ci il tarixli 28 saylı əmri ləğv edilməli, o, əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq ona ödənilməlidir. İşdən çıxarılmanın (yəni, xx.xx.2025-ci il tarixli 28 nömrəli əmrin verilməsi) əsası kimi X8 5.02.2025-ci il tarixli iclas protokolu çıxış edir. İştirakı olmadan keçirilmiş Həmkarlar Təşkilatının iclas protokolundan məlum olur ki, işdən çıxarılmağa səbəb xx.xx.2025-ci ildə Mərkəzdə baş vermiş xoşagəlməz hadisə olmuşdur. İclasda çıxış edən Mərkəzin əməkdaşları Sərraf Talıbov, İltifat Əhmədov, Şamil Quliyev öz çıxışlarında guya onları və Mərkəzin rəhbərliyini təhqir etməyini, onlara şər-böhtan atmağını qısa iş günündən sonra, saaat 17:00-dan sonra iş yerindən kənarda baş verdiyini göstəririlər. Daha sonra, İnsan resursları şöbəsinin müdiri Validə Seyfullayeva iclasda çıxışında qeyd edir ki, hadisə baş verən günü onun iş otağında Mərkəzin direktoru barədə nalayiq sözlər demiş, işdən azad edilməyi barədə tamamlanmamış ərizəni onun üzərinə atmışdır. Elmi katib Nümayəndə1 də oxşar ifadə vermişdir. Bununla bağlı qeyd edir ki, tərəfindən Mərkəzin nə rəhbərliyi, nə də əməkdaşları barədə nalayiq, təhqiredici sözlər söyləməmiş, hər hansı bir söyüş söyməmişdir. O, sadəcə yazdığı ərizəni bir az əsəbi şəkildə insan resursları şöbəsinin müdirinə təqdim etmiş ki, bu da tərəfindən əmək müqavilə üzrə öhdəliklərinin kobud pozuntusu hesab edilə bilməz. Bundan əlavə, Mərkəzin əməkdaşları Sərraf Talıbov, İltifat Əhmədov, Şamil Quliyevin dedikləri isə yalandır, onlar rəhbərlik tərəfindən öyrədilərək qəsdən belə ifadə verməyə məcbur edilmişlər. Onların dediklərinin hətta həqiqət olduğunu fərz etsə də belə, hadisə iş saatlarında və iş yerində baş verməmişdir və bu da bilavasitə vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı deyildir. Daha sonra, qeyd etməyi zəruri hesab edir ki, həmin əmrin ləğv edilməsini onun rəsmiləşdirilməsi zamanı yol verilmiş digər pozuntular da şərtləndirir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı adım atılmamış, bir cümlə belə yazılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret bir şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş imperativ xarakterli müddəa bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Əmrin əsaslandırılmasına olan zərurət də məhz bu şərtin real olaraq mövcud olmasını təsdiq edən bir haldır. Lakin buna baxmayaraq, qeyd edilən əmrdə onun tərəfindən əmək və icra intizamının (intizam qaydalarının) pozuntusunun nədə ifadə olunması (nədən ibarət olması), əmək funksiyasına, vəzifə borcuna daxil olan hansı işin (xidmətin) yerinə yetirilmədiyi, habelə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayn-ayn üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi göstərilməmişdir. Başqa sözlə, söhbət əmrdə pozuntuların sadalanmasmdan getmir. Belə ki, tərəfindən yol verilmiş və intizam xətası kimi qiymətləndirilən pozuntular X8 4 vərəqlik protokolunda göstərilənlərdən ibarətdir. Bu baxımdan qanunvericiliyin bu tələbinə əmrin məzmununda əməl edilməsə də, məhz həmin intizam tənbehinin tətbiq edilməsinin zəruriliyi ən azı Protokolun məzmunundan irəli gəlməli idi ki, bu edilməmişdir. Diqqətə çatdırır ki, qanunvericiliyin bu tələbinin əsas məqsədi öz ağırlığı ilə seçilən (ən ağır olan) və işçiyə gələcəkdə bir çox məhrumiyyətlər yaradan, onun gələcək həyatma bilavasitə təsir edən bu intizam tənbehinin verilməsi ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılmasından və məsələnin digər tənbeh tədbirlərinin hər hansı birinin tədbiq edilməsinin mümkünlüyünün tam istisna olmasının müəyyən edilməsindən ibarətdir. Lakin qanunvericiliyin bu tələbinə cavabdeh tərəfindən əməl edilməmiş, məhz həmin intizam tənbehinin verilməsinin zəruriliyi əmrdə əsaslandırılmamışdır. Protokolun məzmunundan da məhz bu intizam tənbehinin tədbiq edilməsinin zəruri olduğu müəyyən edilmir. Məhkəmədən o halı da mütləq nəzərə almasını xahiş edir ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsinin tələb edilməsi də imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazıb izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır.Qanunvericilik işçinin yazılı izahat verməkdən imtina etməsini də istisna etmir və imtina halı intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtina işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Bildirir ki, hadisə ilə bağlı ondan yazılı izahat tələb edilməmişdir. Göründüyü kimi, bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olaraq yazılı izahatın verilməsi tələb edilməmişdir. Elə təkcə bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün ayrıca əsas yaradır. Bundan əlavə qeyd edirəm ki, əmrin məzmun və forması üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə də cavabdeh tərəfindən əməl edilməməsi sözügedən əmrin ləğvini əsaslandırır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarm) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı və s. göstərilməlidir. Ona təqdim edilmiş əmrin surətində işəgötürənin imzası, Mərkəzin möhürü yoxdur. Bundan əlavə, nə əmrin surəti, nə əmək kitabçam, nə də son haqq-hesab sonuncu iş günü ona təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən onunla bağladığı əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən işçinin mütləq qaydada işdən çıxmalı olmasının zərurəti əsaslandırılmamışdır. Belə olan halda, işəgötürənə hər hansı bir ziyan vurulmasından söhbət gedə bilməz və əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun işdən çıxarılması tamamilə qanunsuzdur. Onun işə getməməyi ilə bağlı tərtib edilmiş aktlar da qanunsuz tərtib edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddianın əsassız olduğunu, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini, habelə iddiaçının bundan əvvəl də iş yoldaşına qarşı Elmir Mərkəzin əməkdaşına yaraşmayan hərəkət etdiyini və buna görə polisdə araşdırma aparıldığını, iddiaçının 28 yanvar 2025—04 fevral 2025-ci il tarixlərdə işə gəlmədiyini və buna görə aktlar tərtib edilyini, lakin Həmkarlar İttifaqının iclasında bu halın müzakirə edilmədiyini bildirib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X25 Xidmətinin X1 nümayəndəsi Nümayəndə2 bildirdi ki, Azərbaycan Milli Elmlər X14 Elm Mərkəzi barəsində İddiaçı son – haqq hesab verilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və bu barədə İddiaçı məlumat verilmişdir. Məhkəmə iclasında dindirilən şahid X17 ifadəsində göstərdi ki, Azərbaycan Milli Elmlər X14 X19 Tədqiqatlar Şöbəsinin müdiri vəzifəsində, İddiaçı isə həmin Mərkəzdə direktor müavini işləmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı onun Mərkəzdə olarkən xidməti otağında çəkilən şəkilini paylaşmış və bununla bağlı o, İddiaçı şikayət etmiş və polisdə araşdırma aparıldıqdan sonra cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında dindirilən şahid X11 ifadəsində göstərdi ki, car ilin yanvarın 28də qısa iş günü olduğundan saat 17.00-da radələrində işdən çıxmış, şöbənin əməkdaşlarından Ağamir Cavadov və İltifat Əhmədovla birgə X37 parkına yaxınlaşarkən Mərkəzin elmi işlər üzrə direktor müavini İddiaçı və ümumi işlər üzrə direktor müavini Namik Qasımovla rastlaşmışlar. Onlarla görüşmək istəyərkən İddiaçı üzünü onlara tutaraq “o qədər sukalıq etdiniz mən də ərizə yazıb çıxdım işdən. Hamınız sukasız”- deyib onlardan cəld aralanmışdır. Namik Qasımovdan nə baş verdiyini soruşanda, o heç nə bilmədiyini demişdir. Məhkəmə iclasında dindirilən şahid X15 ifadəsində göstərdi ki, car ilin yanvarın 28də qısa iş günü olduğundan saat təqribən 17.00 radələrində şöbə müdiri Sərraf Talıbov, əməkdaşlarından Ağamir Cavadov və o, işdən çıxıb X37 parkına doğru getmişlər. Bu vaxt Lənkəran REM-in elmi işlər və ümumi işlər üzrə direktor müavinləri İddiaçı və Namik Qasımovla üz-üzə gəlmişlər. Onlar çatan kimi İddiaçı ictimai yerdə, adamların eşidə biləcəyi tərzdə, gur səslə hər üçünə üzünü tutaraq demişdir ki “hamınız o qədər sukalıq (!!!) etdiniz, mən də işdən çıxmaq barədə ərizəmi yazdım. hammız sukasız”. Onlar üçü də mat qalmışlar. Namik Qasımovdan nə baş verdiyini soruşanda o, cavab vermişdir ki, heç nədən xəbəri yoxdur. Məhkəmə iclasında dindirilən şahid X24 ifadəsində göstərdi ki, ifadəsində göstərdi ki, 28 yanvar 2025-ci il tarixində saat 16.45 radələrində iş yoldaşları Sərraf Talıbov və İltifat Əhmədovla birgə işdən evə gedərkən qarşıdan Namik Qasımovla elmi işlər üzrə direktor müavini İddiaçıla rastlaşmışlar. Onlar yaxınlaşanda onunla salamlaşmışlar. İddiaçı isə əvəzində onları təhqir edərək ayrılmışdır. Məhkəmə iclasında dindirilən şahid X32 ifadəsində göstərdi ki, 28 yanvar 2025-ci il tarixində işdən çıxıb evə gedərkən elmi işlər üzrə direktor müavini İddiaçı insanların sıx olduğu ictimai yerdə yaxınlaşaraq etik davranış qaydalarına uyğun olmayan ifadələrlə mərkəzin rəhbərinə və əməkdaşlarına şər, böhtan yağdırmaqla küçə söyüşləri söymüşdür. O, da İddiaçı demişdir ki, Mehman müəllim hər bir əməkdaşa doğmalıq göstərir, onların problemi ilə maraqlanır və imkan daxilində köməklik əlini uzadır. Ayıbdır ziyalıya yaraşmayan ifadələr işlətməsin. Məhkəmə iclasında dindirilən şahid X12 ifadəsində göstərdi ki, hadisə baş verən günü iş otağında olub. Elmi işlər üzrə direktor müavini İddiaçı kobud şəkildə otağına daxil olub Mərkəzin direktoru barədə nalayiq, insan ağzına yaraşmayan, etik davranış qaydalarına zidd olan, tutduğu vəzifəyə layiq olmayan əxlaqsız ifadələr işlədərk, işdən azad olunma barədə yazdığı tamamlanmamış ərizəni üstünə atmışdır. Onun səsinə otağına gələn elmi katib Nümayəndə1 itələyərək otaqdan çıxmışdır. Məhkəmə iclasında dindirilən şahid X29 ifadəsində göstərdi ki, 28 yanvar 2025-ci il tarixində növbədə olmuşdur. Saat 16.15-də elmi işlər üzrə direktor müavini İddiaçı içəri daxil olmuş və sürətli addımlarla öz otağına tərəf getmişdir. Təqribən 10 dəqiqədən sonra Mərkəzin foyesində uca səslə nalayiq küçə söyüşləri söyə-söyə çıxıb getmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AMEA X34 X5 xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokolundan görünür ki, Validə Seyfullayeva AMEA X34 X6 sədr müavini seçilməsi, Mərkəzin elmi işlər üzrə direktor müavini İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış müqaviləyə 5 fevral 2025-ci il tarixdən xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AMEA X34 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 ay sınaq müddəti təyin olunmaqla Azərbaycan Respulikası Əmək Məcəlləsinin 47-ci maddəsinə “f“ bəndinə əsasən xx.xx.2025-ci il tarixədək X34 işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AMEA X34 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əsas: AMEA X34 X5 xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokolu göstərilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmət X7 xx.xx.2025-cü il tarixli, 3-17-5/2-K-21748/2025 nömrəli məktubdan görünür ki, AMEA X34 Mərkəzi tərəfindən X25 Xidmət X4 təqdim olunan sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının Prezidenti X30 Komissiyasının xx.xx.2013-cü il tarixli (16 nömrəli protokol) qərardan görünür ki, İddiaçı Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X13 şikayət ərizəsi əsasınsda toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı, İnsan resusları şöbəsinin müdri Seyfullayeva Validənin otağına kobud şəkildə daxil olaraq, mərkəzin direktoru Mehman Əliyev haqqında təhqiramiz, vulqar sözlər işlədərək iş yerində etik davranış qaydalarını pozmuş və mərkəzin elmi katibi Nümayəndə1 xəbərdarlıqlarına baxmamışdır. Bununla kifayətlənməyən İddiaçı müəssisədən çıxarkən yolda rastlaşdığı mərkəzin əməkdaşlarına qarşı da xuliqanlıq hərəktləri edərək yüksək səsələ müəssisənin rəhbərinə və işçilərin çərəf və ləyaqətini alçaldaraq vulaq ifadələr işlədərək asayişi pozmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli 01 nömrəli, 31.012025-ci il tarixli 02 nömrəli, xx.xx.2025-ci il tarixli 03 nömrəli, xx.xx.2025-ci il tarixli 04 nömrəli və xx.xx.2025-ci il tarixli 05 nömrəli aktlardan görünür ki, İddiaçı heç bir səbəb göstərmədən və məlumat vermədən işə getməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00302 saylı mediasiya arayışından görünür ki, İddiaçı tətəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xasiyyətnamədən görünür ki, İddiaçı iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənmin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəlləni 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Belə ki, həmin maddəyə əsasən bu əsaslardan biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu haldan ibarətdir. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X8 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinin tələbinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin tələbinə görə isə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinin tələbinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı AMEA X34 Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmr qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qeyd olunan əmrdən görünür ki, əmrin giriş hissəsində “İddiaçı - AMEA X34 Mərkəzinin elmi işlər üzrə direktor müavini, 05 fevral 2025-ci il tarixdənAzərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin” göstərilmiş, Əmrin məzmununda isə əmək müqaviləsinin ləğv edilməsinin əsası isə AMEA X34 X5 05 fevral 2025-ci tarixli, 2 nömrəli iclas protokolunun olması göstərilmişdir. Odur ki, AMEA X34 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmrində İddiaçı konkret olaraq hansı əsasa görə işdən çıxarılması müəyyən deyil. Halbuki qanunvericilik yuxarıda da göstərildiyi kimi əmək müqaviləsinin ləğv edilmə əsaslarını konkret olaraq dəqiq göstərmişdir və həmin əsaslar arasında X8 protokolu yoxdur. Qanunun mənasına görə, X8 razılığı işəgötürünənin işçini işdən azad etməsi üçün əsas deyil, həmin hal prosedur qayda kimi nəzərdə tutulmuşdur. Prosedur qaydaya riayət edilməsi isə işəgötürənin birbaşa vəzifə səlahiyyətlərinin yerinə yetirilməsindən irəli gəlir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Hazırda mübahisələndirilən əmrdən isə işəgötürənin işçini hansı əsasla işdən çıxarması müəyyən edilmir, çünki işəgötürən əsas qismində qanunda nəzərdə tutulmayan protokolu göstərmişdir ki, bu da hüquqi təbiət etibarı ilə əmək qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özlüyündə konkret norma müəyyən etməklə yanaşıı blanket norma kimi digər maddədə olan halların siyahısını dəqiq göstərmişdir. Nəzərə alınmalıdır ki, həm “ç” bəndinin özündə göstərilmiş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” müddəası və blanket norma kimi göstərilən və həmin Məcəllənin 72-ci maddəsində göstərilən “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi” müddəaları genişləndirici təfsir edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin hallarından İddiaçı barəsində olan xx.xx.2025-ci il tarixli Həmkarlar Təşkilatının protokolunun hansı əsasla çağırılması və hansı əsasa görə onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi müəyyən deyil. Belə ki, ilk öncə qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixli Həmkarlar Təşkilatının protokolunda İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixədək işdə olmaması barədə hər hansı qeyd yoxdur və bu barədə hər hansı müzakirə aparılmamışdır. Bu baxımdan məhkəmə cavabdeh tərəfəindən məhkəməyə təqdim edilmiş həmin aktları mötəbər sübut növü kimi qəbul etmir. Bundan başqa, xx.xx.2025-ci il tarixli Həmkarlar Təşkilatının protokolunda İddiaçı hərəkətlərində, yəni iş yerində və iş yerindən kənarda (H.Əliyev adına xatirə parkında) hər hansı inzibati və ya cinayət xarakterli əmələ yol verməsi də müəyyən deyil. Bu barədə məhkəməyə qərar və ya hökm təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliyin təhlilindən görünür ki, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Həmin şərtlərə xüsusilə əmək müqaviləsinə xitam verilməsi əsasının konkret müəyyən edilməsi aiddir. Məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh Azərbaycan Milli Elmlər X14 Elm Mərkəzinə tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Milli Elmlər X14 Elm Mərkəzinin xx.xx.2025-ci il tarixli, 28 saylı əmr etibarsız hesab edilsin, məcburi iş buraxma müddəti üçün xx.xx.2025-ci il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə İddiaçı Azərbaycan Milli Elmlər X14 X40 İşlər üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. İş üzrə mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1555/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1555/2025
03.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver