Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-98/2021 09.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ VƏ VƏKİL: X22 CAVABDEHLƏR: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şabran rayon Notariat Ofisinə qarşı NÜMAYƏNDƏ VƏ VƏKİL: Vəkil Vərəsəlikdə payların müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmə iclasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şabran rayon Notariat Ofisinə qarşı iddia qaldıraraq mərhum yoldaşı X5 Şabran rayon Sincanboyad kənd ərazisində yerləşən torpaq sahəsini və onun üzərində yerləşən evi qanuna uyğun miras paylarına ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2020-ci il tarixində «ürək çatışmamazlığı» səbəbindən vəfat etmiş həyat yoldaşı X12 ilə xx.xx.2012ci ilin tarixində Şabran rayonu Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar və o vəfat edənədək ər-arvad münasibətində olmuşlar. Həyat yoldaşı vəfat edəndən sonra o, faktiki olaraq ünvan 3ində yerləşən torpaq sahəsi və onun üzərindəki evi idarə etməyə başlamış, lakin həyat yoldaşının əvvəlki ailəsindən olan övladı Cəfərsadıq onu evdən qovmuşdur və onun evinə qayıtmağa maneə yaratmışdır və hal-hazırda da yaradır. Həyat yoldaşına məxsus torpaq sahəsinin müvafiq sənədlərin mövcudluğu ilə əlaqədar DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavab məktubunda ona bildirdilər ki, mərhum həyat yoldaşı X11 məxsus Şabran rayonu, Sincanboyad kəndində yerlələşən fərdi yaşayış evinə Şabran rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. X24 miras qalmış əmlakın bölgüsü ilə əlaqədar müraciət etdikdə, Şabran rayon Notariat Ofisindən ona məktub verildiki, vərəsələr arasında mübahisə yarandığı üçün və miras qəbuluna dair MM-nin 1246-cı maddəsinə əsasən Şabran rayon məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Xahiş edir, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şabran rayon Notariat Ofisinə qarşı iddia qaldıraraq mərhum yoldaşı X5 Şabran rayon Sincanboyad kənd ərazisində yerləşən torpaq sahəsini və onun üzərində yerləşən evi qanuna uyğun miras paylarına ayrılması barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi və vəkili X22 da məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu ifadə verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, X14 onun atası olmuşdur. X4 ilə anası X6 rəsmi nikahla 1988-ci ildə ailə qurmuşlar. Lakin atasının İddiaçı ilə əlaqəsi olduğu üçün valideynlərinin arasında olan ailə münasibətləri pozulmuş, atası ilə anası rəsmi olaraq ayrılmışlar. Üç qardaş analarının himayəsində qalmışlar. Ataları analarından ayrıldıqdan sonra Nahayətlə rəsmi nikahla ailə qurmuşdur. Onlar mütəmadi olaraq ataları ilə maraqlanmışlar, ona köməklik etmişlər. Nahayət onları atalarının yanına gəlib getməyə qoymamışdır. Atası xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Atasının yas mərasimini onlar vermişlər, lakin atasının qəbir daşını Nahayət onların xəbəri olmadan özü qoydurmuşdur. 2016-cı ildə o, mübahisəli torpaq sahəsində arpa əkmişdir. Torpaq sahəsinə baxmağa gedərkən Nahayətlə aralarında mübahisə baş vermiş, hətta bu barədə polisə də düşmüşlər. Mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsusdur. Atası Əlizadə ilə bələdiyyə arasında 15 illik icarə müqaviləsi bağlanmış, müqavilənin müddəti bitdikdən sonra 2020-ci ildə atasının xahişi ilə onunla bələdiyyə arasında yenidən xx xxxxxx 2020-ci il tarixdən 15 illik müddətə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə bələdiyyə tərəfindən verilmişdir, torpaq sahəsində olan tikili gözətçi otağıdır. Bələdiyyə tərəfindən ona icarəyə verilən torpaq sahəsi vərəsəliklə qəbul oluna bilməz. Xahiş edir, iddiaçının iddiası əsassız olduğundan rədd edilsin. Cavabdeh2 da məhkəmə iclasında Cavabdeh1 ifadəsinə uyğun eyni məzmunlu izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında cavabdeh Şahin Fərzəliyin ifadəsinə uyğun analoji ifadə verdi və əlavə olaraq göstərdi ki, mübahisəli torpaq sahəsi və tikililərlə bağlı məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin dövrdə o, özü həmin daşınmaz əmlakın mülkiyyət kimi tanınmasına çalışsa da nəticəsi olmamışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X20 bildirdi ki, o, Şabran rayonu Dəvəçi bələdiyyəsinin sədri vəzifəsində işləyir. Onun Cavabdeh1 Əlizadə oğluna icarə verdiyi torpaq sahəsində ferma tikilisi (20x4) və gözətçi otağı vardır. Həmin torpaq sahəsində İddiaçı iddia etdiyi kimi yaşayış evi yoxdur. ünvan 3i ərazisində yerləşən 0.05 hatorpaq sahəsi mərhum X11 15 illik icarə müqaviləsi əsasında verilmişdir. 2020-ci ildə 15 illik müqavilənin müddəti başa çatdığı üçün Əlizadə Fərzəliyevin xahişi ilə oğlu Cavabdeh1lə yenidən icarə müqaviləsi bağlanmışdır. Tikililərin olduğu torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir və örüş sahəsi olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin yerdə olan tikiliyə mülkiyyət verilə bilməz. Çünki, həmin tikililər özbaşına tikinti sayılır. İşə əlavə edilmiş AZ-İİ seriyalı 043512 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx xxxxxx 2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ seriyalı 775947 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X8 xx xxxxxx 2012-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Şabran rayon İH-nin Dəvəçi İƏD-si üzrə Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 04 saylı məktubdan görünür ki, nümayəndəliyin təsərrüfat uçotu kitablarına əsasən xx.xx.2020-ci ildə vəfat etmiş mərhum həyat yoldaşınıza məxsus, Sincanboyad kənd yaşayış məntəqəsini sərhədlərindən kənarda olan fərdi yaşayış evində qeydiyyatda tək mərhumun özü olmuşdur. Siz və onun birinci nikahdan olan ailə üzvləri nümayəndəlikdə qeydiyyatda olmadığınıza görə sizin özünüz və mərhumun övladları barədə hər hansı bir məlumat vermək imkanı xaricindədir. Mərhum vəfat etdikdən sonra qeyd olunan ailə üzvləri qalmışdır. Ailə üzüvləri, həyat yoldaşı İddiaçı, övladları X9, Cavabdeh1 və Cavabdeh3 ibarətdir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən X7 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 200 saylı məktubdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X5 miras qalmış əmlakın bölgüsünə dair vərəsələr arasında mübahisə yarandığından və miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinizə görə Azərbaycan Respublikası MM-nin 1248-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinə müraciət etməlisiniz. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X28 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, 5 saylı X25 arxiv sənədlərndə mərhum X11 məxsus Şabran rayonu, Sincanboyad kəndində yerləşən fərdi yaşayış evinə Şabran rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. İşə əlavə edilmiş Şabran rayon Tİ və MHQ idarəsi tərəfindən verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Dəvəçi (Şabran) rayonu Sincinboyad kəndində yerləşən fərdi yaşayış evi X10 adına göstərilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 3i ünvanında yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 icarəyə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon Bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 409 saylı arayışdan görünür ki, Cavabdeh3 Əlizadə oğlu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3i ərazisində yerləşən 0.05 ha torpaq sahəsi xx xxxxxx 2020-ci il tarixdən 15 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X28 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Şabran rayonu, Sincanboyad kəndi ərazisində X10 adına qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2/031/- 273,2012 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahları dövründə qazanılmış əmlakın-135 qoyunun və 93 quzunun yarısı-68 baş qoyun və 46 baş quzu cavabdeh X5 alınıb iddiaçı X2 verilməsi, məhkəmə qərarı əsasında siyahıya alınmış birgə nikahda qazanışmış əmlaklar-bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşın, «Şimşək» markalı 1 tonluq su çəni, «Super MAX» və «SİSSAT» markalı krosna antennalaı, 550-600 ədəd ot tayı, 1 ədəd at, 1 eyvanlı yaşayış evi, üç otaqlı heyvan saxlanılması üçün yer, 30 metr uzunluğunda və 12 metr enində tövlə, 30 metr uzunluğunda 10 metr enində üstü örtülü naves, 4 ədəd döşək, 3 ədəd yorğan, 4 ədəd yastıq, 10 ədəd 3 mm-lik 6 metrlik taxta reyka, iki ədəd taxıl saxlamaq üçün dəmir çən, 4 evi işıqlandırmaq gücündə olan transformator, 1 ədəd at arabası, 1 dəst qorka servantı tərəflər arasında bölünməklə 1/2 hissəsi X1 mülkiyyətinə verilməsi, Şabran rayon Sincanboyad bələdiyyəsinin «Ala-yer» adlı ərazidə yerləşən 5 ha torpaq sahəsi üçün bələdiyyə ilə X12 arasında bağlanmış, xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsində dəyişiklik edilərək, icarəçi kimi X1 həmin müqavilə ilə istifadəyə verilmiş torpaq sahəsinin yarısına istifadə hüququnun tanınması qət edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, Şabran rayon məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(031)-273/2012 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X1 iddiası qismən təmin edilmiş, cavabdeh X3 birgə nikah dövründə əldə edilmiş 110 manat qiymətləndirilən bir ədəd «Şimşək» plastik su çəni, bir dəst 55 manat qiymətləndirilən «Supermax» antenası və «Bisat» markalı peyk antenası, 650 manat qiymətləndirilən «Qorka» (köhnə servant) mebeli, 250 manat qiymətləndirilən atın dəyərinin yarısı-532 manat 50 qəpik, habelə bir ədəd ot bağlamasının bazar qiyməti 3 manat təşkio edən 550 ədəd ot bağlamasının yarısı, ot bağlaması olmadıqda isə onun dəyərinni yarısı-yəni 825 manat alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-eıe xx xxxxx 2014-cü il tarixli 1(102)-1289/2014 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli tikili Şabran rayonu Dəvəçi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində tikilmiş, həmin tikiliyə mülkiyyət sənədi verilməmişdir. Qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəmsində tikilmiş tikili qeyri qanunidir, özbaşına tikilidir, miras əmlak toplusuna daxil deyildir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinin məzmununa görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyesterində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şabran rayon Notariat Ofisinə qarşı vərəsəlikdə payların müəyyən edilməsi tələbi barədə iddiası əsassızdır, ona görə də təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şabran rayon Notariat Ofisinə qarşı vərəsəlikdə payların müəyyən edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin olunmasın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-98/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-98/2021
09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver