Məhkəmə qərarları › İş №2(031)-99/2022

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-99/2022

24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-99/2022 24.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu sədrliyi; Məhkəmə iclas katibi X1, İddiaçı Azərbaycan Respublikası Şabran rayonunun Əmirxanlı Bələdiyyəsinin sədri X4, Cavabdeh "xxxx" X6 Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Şabran rayonunun Əmirxanlı Bələdiyyəsinin cavabdeh "xxxx" X6 Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Şabran rayonunun Əmirxanlı Bələdiyyəsi cavabdeh "xxxx" X6 Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Şabran rayonunun Əmirxanlı Bələdiyyəsinin sədri X4 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" X6 Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X5 məhkəmə iclasında iddianı etiraf etməyərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq “ QƏRARA ALDİ: “ İddiaçı Azərbaycan Respublikası Şabran rayonunun Əmirxanlı Bələdiyyəsinin cavabdeh "xxxx" X6 Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar