Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-997/2024 04.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına Bərdə ZAQS Bürosu (Bərdə rayon qeydiyyat şöbəsi) tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 173 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamənin xx.xx.1951-ci ildə anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci il tarixində Bərdə rayonunda anadan olmuşdur. Bərdə ZAQS Bürosu (Bərdə rayon qeydiyyat şöbəsi) tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 173 saylı doğum haqqında akt qeydində səhvən doğum tarixi xx.xx.1951-ci il, adı Zubayil, ata adı Teyub olaraq qeyd olunmuşdur. Həmin qeyd əsasında ona Bərdə ZAQS Bürosu (Bərdə rayon qeydiyyat şöbəsi) tərəfindən 02 iyun 1951-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Sübut olaraq qeyd edə bilər ki, əmək kitabçamda, pasportumda, nikahın bağlanması haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1951-ci il, soyadı Məmmədzadə, ad Zubail, ata adı Teyyub oğlu olaraq qeyd olunmuşdur. Lakin, doğum haqqında akt qeydində məlumatlar səhf qeyd olunduğundan ziddiyyətli halların aradan qaldırılması üçün doğum haqqında akt qeydində müvafiq düzəlişlər aparılmalıdır. O, 02 iyun 1951-ci il tarixli doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda ərizəsinə cavab olaraq göstərilmişdir ki, siz qeydiyyat şöbəsinə həqiqətən xx.xx.1951-ci ildə doğulmağınızı təsdiq edən tibbi arayışı təqdim etmədiyiniz üçün tərəflərindən Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli doğum haqqında akt qeydində doğum tarixinizin xx.xx.1951-ci ildən xx.xx.1951-ci ilə dəyişiklik edilməsi mümkün deyil. Bu səbəbdən də doğum tarixinidə dəyişiklik olunması üçün məhkəməyə müraciət etməlisiniz. Ona görə də Bərdə ZAQS Bürosu (Bərdə rayon qeydiyyat şöbəsi) tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli doğum haqqında akt qeydinə əsasən ona verilmiş doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Ərizəsində göstərdiyi kimi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmin düzəlişin edilməsi ona şəxsiyyət vəsiqəsi əldə edilməsi və pensiya təyin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi məqsədi ilə lazımdır. Ərizəçi nümayəndəsi X3 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İE seriyalı 621087 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1951-ci ildə anadan olmuşdur. İş materiallarında olan İİ-JQ seriyalı 455006 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1951-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı S03776609 saylı ümumvətəndaş pasportundan görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə anadan olmuşdur. Maraqlı şəxs ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarına əsasən həyata keçirilir. Lakin Ərizəçi qeydiyyat şöbəsinə həqiqətən xx.xx.1951-ci ildə doğulmağını təsdiq edən tibbi arayışı təqdim etmədiyi üçün tərəflərindən Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli 140 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1951 -ci ildən xx.xx.1951 -ci ilə dəyişiklik edilməsi mümkün olmamışdır. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə məhkəmə hesab edir ki, işə əlavə edilmiş İİ-JQ seriyalı 455006 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951ci ildə anadan olmuşdur. Eyni zamandan, işə əlavə edilmiş AZE seriyalı S03776609 saylı ümumvətəndaş pasportundan da görünür ki, X2 adı Zubail, ata adı Teyyub, doğum tarixi xx.xx.1951-ci il kimi qeyd olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 adına Bərdə ZAQS Bürosu (Bərdə rayon qeydiyyat şöbəsi) tərəfindən qeydə alınmış xx.xx.1951ci il tarixli, 173 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamənin xx.xx.1951-ci ildə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 adına Bərdə ZAQS Bürosu (Bərdə rayon qeydiyyat şöbəsi) tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 173 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamənin xx.xx.1951-ci ildə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-997/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-997/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver