Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1054/2023 04.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının cəlb edilməsi ilə anası xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə açıq məhkəmə icasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının cəlb edilməsi anası xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, anası xx.xx.1967-ci il təvəllüdlü X6 ümumi xəstəlik səbəbi ilə müddəsiz olaraq 1-ci dərəcəli əlildir. Ona “üzvi hallisionoz, koqnitiv funksiyaların enməsi və davranış pozuntuları ilə F06.0” diaqnoz xəstəliyi təyin edilmişdir. Halhazırda anasına aid bəzi sənədlərin alınmasında, vərəsəlik işlərinin aparılması ilə bağlı və xüsusən də 1-ci qrup əlillərə qulluq edən şəxslərə təyin edilmiş “Prezident” təqaüdünün” alınmasında bir sıra çətinliklər yaranmışdır. DSMF-nin Şirvan şəhər şöbəsi həmin təqaüdün verilməsindən imtina edir. DSMF-nin Şirvan şəhər şöbəsi bu barədə məhkəmə qətnaməsi olmadığı təqdirdə ona 1-ci dərəcəli əlil anasına qulluq göstərən şəxs kimi təqaüdün verilməsinin mümkün olmadığını bildirirlər. Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək ərizəni müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş maraqlı tərəfin Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ekspertiza rəyini, işə əlavə olunmuş sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə verilmiş ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nəbiyev Emil X1 arasında nikah Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci ildə 251 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərizəçi Nəbiyeva soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 4024 saylı arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Fuad İsmayılov tərəfindən müayinə olunub və ona “Üzvi hallisinoz, koqnitiv funksiyaların enməsi və davranış pozuntuları ilə” diaqnozu təyin edilib. Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X6 xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Oliqofreniya imbesillik dərəcəsində dərin psixi deffekt” diaqnozu ilə Salyan rayonlararası Psixiatriya Xəstəxanasında müayinə və müalicədə olmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 2628 saylı ekspertiza rəyindən görünür ki, X4 üzvi, əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və halhazırki psixiatrik müayinənin nəticələri sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən üzvi, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyatı olmayan sayıla bilər.Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.3-cü maddəsinə əsasən məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tələbin xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparmaq üçün və xx.xx.1967-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1054/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1054/2023
04.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver