Məhkəmə qərarları › İş №2(032)-1060/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1060/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1060/2024 01.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonentin hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R 331414 nömrəli aktın ləğv edilməsi, cəmi 822.89 manat borc əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Xaqani küçəsində yerləşən 470 nömrəli fərdi yaşayış evində elektik enerjisindən istifadə edilməməsi üçün enerji təchizatı müəssiəsi ilə onun arasında elektirk eneriisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. (abunet kodu: **********82008) Sayğac smart tipli olduğu üçün nə işlətmişdirsə onun pulunu ödəmişdir. xx.xx.2024-cü il tarixdə ona məlum oldu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin evinə quraşdırılmış PAUD markalı, **********6 nömrəli işıq sayğacın üzərinə yoxlama aparılmış və xx.xx.2024cü il tarixli R 331414 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən ona qanunsuz 822,89 (səkkiz yüz iyirmi iki manat 89 qəpik) manat cərimə olunduğu bildirimişdir. Hesab edir ki, "xxxx" ASC-nin Nəzarət Departamenti Satış İdarəsi tərəfindən aparılan hərəkətlər qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satış İdarəsinin nümayəndələri tərəfindən Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 470 nömrəli fərdi yaşayış evimin çölündə quraşdırılmış PAUD markalı, **********6 nömrəli işıq sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2024-cü il tarixli R 331414 nömrəli akt tərtib edilməsi Elektrik Enerjisindən istifadə Qaydalarının kobud surətdə pozulması nəticəsində aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Ener/isindən istifadə Qaydaları”na əsasən abonenti tərəfindən elektrik enerfisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentinə verir. Şirvan şəhərl, Xaqani küçəsində yerləşən 470 nömrəli Fərdi yaşayış evimə quraşdırılmış PAUD markalı, **********6 nömrəli işıq sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2024-cü il tarixli R 331414 nömrəli akt tərtib edilməsi elektrik enerhisindən istifadə qaydalarının kobud surətdə pozulması nəticəsində aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT R 331414 nömrəli aktda qeyd edilmişdir ki, Şirvan şəhəri Xəqani küçəsi ev 470 saylı evində (abunə kodu **********82008 nömrəli) X2 məxsus ünvana EEİQ-na uyğun baxış apararkən abonentin “0” xətti vasitəsi ilə sayğacı sxemdən kənarlaşıraraq sayğacdan kənar enerjidən istifadə etməsi halı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT 331414 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, 822.89 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının rəisi Ceyhun Rzayev tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, Azərişıq"ASC-nin nümayəndələri tərəfındən ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilən zaman “0” xətti vasitəsi ilə sayğacın sxemdən kənarlaşdırılaraq sayğacdan kənar birbaşa elektrik enerjisindən istifadə edilməsi barədə xx.xx.2024-cü il tarixli, R 331414 nömrəli akt tərtib edilmişdir. Akta abonentin imzadan imtina etməsi barədə qeyd aparılmışdır. Akt tərtib edilərkən həm xətdən axan yük amper maşa ilə ölçülmüş (2 A qeydə alınmış), həm də aktda naqilin en kəsiyi qeyd ediılmışdır. Akta əsasən 90 gün müddətinə istifadə yükü 20 A nəzərə alınmaqla, 822.89 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılmış və hesablanmış məbləğ abunə haqqında cədvələ daxil edilmişdir. Təqdim edilən video çəkilişdə, əməkdaşlar tərəfindən sayğacda amper maşa vasitəsi ilə ölçmə aparılan zaman çıxış faza və “Ü” xəttində birlikdə 2 A olması, sayğacın ekranında həmin anda qeyd edilən yükün sayğacdan keçib-keçməməsinin və sayğac sxeminin yoxlanılmadığı, həmçinin kənar “0” xətti vasitəsi ilə sayğacın sxemdən kənarlaşdırılmasının sübuta yetirilmədiyi görünür. Faza və “0” xəttində birlikdə ölçmə zamanı yük olması o halda mümkündür ki, cərəyan dövrəsi qapanmamış olsun və sayğacın qoşulma sxemi dəyişdirilsin. Həmçinin təqdim edilmiş aktda sayğacın dövlət möhürünün və sıxaclar yuvasının qapağına vurulmuş möhürün olduğu qeyd edilmişdir. Digər tərəfdən abunə haqqında vərəqə əsasən hesabat aparılan 90 gün müddətində Sayğacla müəyyənləşən sərfiyyatlar qeydə alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, sayğacın kənar “O” xətti vasitəsilə sxemdən kənarlaşdırıldığı sübuta yetirilmir və akta görə hesabatın aparılması məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış cərimə borc iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R 331414 saylı, xx.xx.2024-cü il tarixli akt ləğv olunsun, həmin akt əsasında hesablanmış 822.89 manat borc məbləği (abonent kodu **********82008) abonentin hesabından silinsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 (otuz) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar