Məhkəmə qərarları › İş №2(032)-108/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-108/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-108/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı nümayəndəsi X2, Cavabdeh Səftər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Səftər oğluna qarşı uşağın himayədə saxlanılmasının müəyyən olunması və aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü X4 himayəsində saxlanılmasının müəyyən edilməsi və Cavabdeh Səftər oğlundan xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Səftər oğlu ilə 2019-cu ildən qeyri-rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2020-ci ildə X7 anadan olmuş, xx.xx.2022-ci il tarixdə Cavabdeh Səftər oğlu uşağın atası hesab edilmiş və Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 443917 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Səftər oğlu ilə ailə münasibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamaqları artıq mümkün deyildir. Belə ki, cavabdeh daimi olaraq onunla mübahisə edir və bu səbəbdən o, atasının evində yaşayır. Sonuncu dəfə 2022-ci ildə onu döyərək xəsarət yetirmiş və o, həmin vaxtdan atasının evində yaşayır. Hal-hazırda uşaq onun himayəsində qalır. Onun uşaqları saxlamağa maddi imkanı yoxdur, cavabdehdə maddi köməklik göstərmir. Onların gələcəkdə ailə həyatını qoruyub saxlamaqları mümkün olmadığı üçün cavabdehlə aralarında formal xarakter daşıyan qeyri-rəsmi nikah pozulmuşdur. Uşağın saxlanılması üçün tutulacaq məbləğ haqqında cavabdehlə aralarında heç bir razılığa gəlməmişlər. Həmçinin uşağın yaşayış yeri, saxlanılması və tərbiyə olunması barədə cavabdehlə aralarında razılaşma əldə olunmadığından, uşağın azyaşlı olması səbəbindən onunla qalmağını istəyir. Cavabdeh yalnız uşağın dünyaya gəlməsinə maddi köməklik göstərmiş, bundan sonra uşağı ilə maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Cavabdehin rəsmi iş yeri olmasada Bakı şəhərində Meyvəli adlanan bazarda fəhləlik edərək fərdi əməklə məşğul olur. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Səftər oğlu məhkəmə iclasında iştirak edərək uşağın ananın himayəsində qalmasına, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat məbləğində alimenti ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Səftər oğlu İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 72 № ilə qeyd edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən Beynəlxalq konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflər arasında rəsmi nikah münasibətlərinin olmadığını, uşağın hazırda anasının himayəsində saxlanılmasını, tərəflərin bu halı mübahisələndirməməsini, cavabdehin 170 manat məbləğində aliment verməyə razı olduğunu, uşağın mənafeyini nəzərə alır və belə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılmaqla cavabdehdən uşağın saxlanılması üçün hər ay 170 manat alimentin tutulması mümkündür. Beləliklə, məhkəmə tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılmalı, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 18 noyabr 2022-ci ildən hesablanmaqla xx.xx.1992-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh Səftər oğlundan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qəbul edildikdən dərhal sonra aliment hissəsində icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumundan və 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 manat, cəmi 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 Leyla Eynulla qızının himayəsində saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 18 noyabr 2022-ci ildən hesablanmaqla xx.xx.1992-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh Səftər oğlundan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən darhal sonra aliment hissəsində icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh Səftər oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar