Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1105/2024 01.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinə 27 iyun 2024-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “Azəriqaz” İBnin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 888 manat 20 qəpik məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə İddiaçı poçt ünvanı ünvan 1 Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Əliyev X1 rayonu Yolüstü Ərazi dairəsi Düzənlik kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qeyd edilməlidir ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bundan əlavə, MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə yuxarıdakılarla yanaşı, diqqətə çatdırır ki, MPM-in 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə İddiaçı seçiminə görə iddianı rəsmi qeydə alındığı yer üzrə Salyan Rayon Məhkəməsinə və ya hüquqi şəxs “Azəriqaz” İB-nin olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verməli olduğu halda, ərazi aidiyyəti qaydalarının pozulması ilə Şirvan Şəhər Məhkəməsinə vermişdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 152, 263, 264-cü və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1105/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1105/2024
01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver