Məhkəmə qərarları › İş №2(032)-1147/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1147/2023

01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1147/2023 01.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsi və borcun hesabından silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Şirvan RETSİ X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, NDQ 015421 nömrəli akt etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan üzrə çöl şəraitində elektrik enerjisinin ölçülməsi məqsədi ilə sayğac quraşdırılmışdır. Bundan əlavə həyətyanı sahəyə istifadəsində dülgər sexi vardır. Qeyd edilən dülgər sexinə xx.xx.2007-ci il tarixli texniki şərt əsasında elektrik enerjisinin ölçülməsi məqsədi ilə sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən NDQ 015421 nömrəli akt tərtib etməklə sayğacdan kənar xəttin aşkar edilməsi qeyd edilmişdir. Sayğac qeyriəhali kodu üzərində olmasına baxmayaraq, fərdi yaşayış evinə eyni zamanda xidmət etməsi qeyd edilmişdir. Qeyd edilən hərəkətlərin (aktləraın tərtib edilməsində) heç birində onun iştirakı təmin edilməmişdir. Yaşadığı ünvan üzrə fərdi yaşayış evinə dair "xxxx" ASC Şirvan RETS idarəsinin əməkdaşları tərəfindən 10 mart 2023-cü il tarıxındə tərtib edilmiş 015421 nömrəli akta əsasən cərimə hesablansa da cərimə məbləği barədə sənədlər təqdim edilməmişdir. Belə ki, akt xx.xx.2023-cü il tarixdə yazılmış, lakin cari ilin mart ayı bitmədiyindən sistem üzərindən borc məbləğinə dair sənədlər təqdim edilməsi müəyyən vaxt tələb edilməsi bildirilmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış aktın və borcun əsassızlığını sübut etmək üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Həmin AKT-ı aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir: AKT tərtib olunarkən 2 hal şahidinin iştirakı nə üçün təmin olunmamışdır? Küçədə quraşdırılmış sayğaca evin mülkiyyətçisi necə cavabdeh olur? Hesabat dövrü hansı vaxtı əhatə edir və izahı? Pozuntunu AKT-ı tərtib etmiş şəxslərdən başqa görən olmuşdurmu? Pozuntu və bu barədə tərtib olunmuş AKT nə üçün təqdim olunmamışdır? İştirak etmədiyi halda abonentin nümayəndəsi kimi adı aktda niyə qeyd olunur? Qeyd edilən pozuntularla əlaqədar müraciətim əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X3 tərəfindən ona ünvanlanmış cavabında bildirilmişdir ki, "xxxx" ASC-nin “Şirvan” RETSİ-dən təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “Azərişıq" ASC-nin nümayəndələri tərəfindən yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış qeyri-əhali kodunda olan 3 fazalı, ********** hesablaşma elektrik sayğacına ona məxsus yaşayış evinin işlədicilərinin qoşulduğu, eyni zamanda “0” xətti həmin sayğacdan götürülməklə yaşayış evinə kənar faza xəttinin çəkildiyi barədə xx.xx.2023-cü il tarixli NDQ 015421 nömrəli akt tərtib edilmişdir. Akta tərəfinizdən imza edilməmişdir. Akta əsasən faktiki istifadə gücü 2.6 kVt nəzərə alınmaqla, 365 gün müddətinə 1753.73 manat məbləğində xx.xx.2023-cü il tarixli hsabat aparılmış və hesablanmış məbləğ qeyri-əhali kodunun dövriyyəsinə daxil edilmişdir. Araşdırma müddətində əməkdaşın Azərişıq” ASCnin "Şirvan" RETSİ-nin nümayəndələrinin və onun iştirakı ilə yerində qeyd olunan ünvana baxış keçirilərək akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, ona məxsus fərdi yaşayış evinin girişində həyətyanı sahənin xaricində divarda quraşdırılmış yaşayış evinə məxsus 1 fazalı və fəaliyyətdə olmayan (sökülmüş) dülgər sexinə aid 3 fazalı elektrik sayğacı mövcuddur. Baxış zamanı tərəflərindən dülgər sexinə aid 3 fazalı sayğacın çıxışında quraşdırılmış ayırıcı vasitəsi ilə yaşayış evinizin işlədiciləri həmin sayğaca qoşulmuş və ölçü işləri aparılmışdır. Ölçmə zamanı üçfazalı sayğacın bir fazasından 8,5 A yükün keçdiyi, həmin anda sayğacın ekranında yükə uyğun 1,9 kVt gücün olduğu və sayğacın sərf olunan eneriini düzgün qeyd etdiyi məlum olmuşdur. “Şirvan” RETSİ-nin təqdim etdiyi videoçəkilişdə nümayəndələr tərəfindən sayğacdan kənar xəttin olması və evinizdə kənar xətdən istifadə edildiyi sübuta yetirilmir. Araşdırmanın nəticəsi olaraq, sayğacdan kənar xətdən istifadə olması faktı sübuta yetirilmədiyindən, akta görə aparılmış hesabata qanunvericiliyə uyğun baxılması məqsədilə tərəflərindən "xxxx" ASC-yə məktub ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktubunda akta əsasən aparılan hesabatın heç bir bəndə istinad edilmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005cı ıl tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik eneriisindən istifadə Qaydaları”na (bundan sonra Qaydalar) uyğun aparıldığı qeyd edilmişdir. Akta əsasən aparılan hesabatla bağlı Qaydaların 8.35-cı bəndinə əsasən enerji təchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi ünvan üzrə sayğacdan kənar xəttin olması və evində kənar xətdən istifadə edildiyi sübuta yetirilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 015421 nömrəli aktda qeyd edilmişdir ki, Şirvan şəhəri Xəqani küçəsi ev 745 saylı evində (abunə kodu **********5 nömrəli) İddiaçı məxsus ünvana EEİQ-na uyğun baxış apararkən fərdi yaşayış evində sayğac sxemindən kənar faza xəttindən istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 015421 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, (2,6 kv/ts x (0,7) x 24 saat x 365 gün = 15943 kv/ts taarif (0,11 manat) -15493 kv/ts = 1753,73) 1753.73 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının rəisi Ceyhun Rzayev tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC-nin “Şirvan" RETSİ-dən təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “Azərişıq" ASC-nın nümayəndələri tərəfindən yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış qeyri-əhali kodunda olan 3 fazalı, ********** hesablaşma elektrik sayğacına Sizə məxsus yaşayış evinin işlədicilərinin qoşulduğu, eyni zamanda “0” xətti həmin sayğacdan götürülməklə yaşayış evinizə kənar faza xəttinin çəkildiyi barədə xx.xx.2023-cü il tarixli NDQ 015421 nömrəli akt tərtib edilmişdir. Akta tərəfinizdən imza edilməmişdir. Akta əsasən faktiki istifadə gücü 2.6 kVt nəzərə alınmaqla, 365 gün müddətinə 1753.73 manat məbləğində xx.xx.2023-cü il tarixli hsabat aparılmış və hesablanmış məbləğ qeyri-əhali kodunun dövriyyəsinə daxil edilmişdir. Araşdırma müddətində əməkdaşımızın "xxxx" ASC-nin “Şirvan” RETSİ-n nümayəndələrinin və Sizin iştirakınız ilə yerində qeyd olunan ünvana baxış keçirilərək akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, Sizə məxsus fərdi yaşayış evinin girişində həyətyanı sahənin xaricində divarda quraşdırılmış yaşayış evinə məxsus 1 fazalı və fəaliyyətdə olmayan (sökülmüş) dülgər sexinə aid 3 fazalı elektrik sayğacı mövcuddur. Baxış zamanı tərəfinizdən dülgər sexinə aid 3 fazalı sayğacın çıxışında quraşdırılmış ayırıcı vasitəsi ilə yaşayış evinizin işlədiciləri həmin sayğaca qoşulmuş və ölçü işləri aparılmışdır. Ölçmə zamanı üçfazalı sayğacın bir fazasından 8,5 A yükün keçdiyi, həmin anda sayğacın ekranında yükə uyğun 1,9 kVt gücün olduğu və sayğacın sərf olunan enerjini düzgün qeyd etdiyi məlum olmuşdur. “Şirvan” RETSİ-nin təqdim etdiyi videoçəkilişdə nümayəndələr tərəfindən sayğacdan kənar xəttin olması və evinizdə kənar xətdən istifadə edildiyi sübuta yetirilmir. Araşdırmanın nəticəsi olaraq, sayğacdan kənar xətdən istifadə olması faktı sübuta yetirilmədiyindən, akta görə aparılmış hesabata qanunvericiliyə uyğun baxılması məqsədilə tərəfimizdən "xxxx" ASC-yə məktub ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktubunda akta əsasən aparılan hesabatın heç bir bəndə istinad edilmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik eneriisindən istifadə Qaydaları”na (bundan sonra Qaydalar) uyğun aparıldığı qeyd edilmişdir. Sizin akta əsasən aparılan hesabatla bağlı Qaydaların 8.35-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının "xxxx" ASC-nin “Şirvan” RETSİ-dən təqdim olunan sənədlər əsasında aparmış olduğu araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Azərişıq" ASC-nın nümayəndələri tərəfindən yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış qeyri-əhali kodunda olan 3 fazalı, ********** hesablaşma elektrik sayğacına abonentə məxsus yaşayış evinin işlədicilərinin qoşulduğu, eyni zamanda “0” xətti həmin sayğacdan götürülməklə yaşayış evinə kənar faza xəttinin çəkildiyi barədə xx.xx.2023-cü il tarixli NDQ 015421 nömrəli akt tərtib edilmişdir. Akta əsasən faktiki istifadə gücü 2.6 kVt nəzərə alınmaqla, 365 gün müddətinə 1753.73 manat məbləğində xx.xx.2023-cü il tarixli hsabat aparılmış və hesablanmış məbləğ qeyri-əhali kodunun dövriyyəsinə daxil edilmişdir. Araşdırma müddətində Agentliyin "xxxx" ASC-nin “Şirvan” RETSİ-n nümayəndələrinin və istehlakçının iştirakı ilə yerində qeyd olunan ünvana baxış keçirilərək akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evinin girişində həyətyanı sahənin xaricində divarda quraşdırılmış yaşayış evinə məxsus 1 fazalı və fəaliyyətdə olmayan (sökülmüş) dülgər sexinə aid 3 fazalı elektrik sayğacı mövcuddur. Baxış zamanı abonent tərəfindən dülgər sexinə aid 3 fazalı sayğacın çıxışında quraşdırılmış ayırıcı vasitəsi ilə yaşayış evinizin işlədiciləri həmin sayğaca qoşulmuş və ölçü işləri aparılmışdır. Ölçmə zamanı üçfazalı sayğacın bir fazasından 8,5 A yükün keçdiyi, həmin anda sayğacın ekranında yükə uyğun 1,9 kVt gücün olduğu və sayğacın sərf olunan enerjini düzgün qeyd etdiyi məlum olmuşdur. “Şirvan” RETSİ-nin təqdim etdiyi videoçəkilişdə nümayəndələr tərəfindən sayğacdan kənar xəttin olması və evinizdə kənar xətdən istifadə edildiyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış cərimə borc iddiaçının abunə hesabından silinməlilidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 37.54 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş AKT NDM 015421 saylı, xx.xx.2023-cü il tarixli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 1753.73 manat borc məbləği (abonent kodu **********5) abonentin hesabından silinsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 37.54 (otuz yeddi manat əlli dörd qəpik) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar