Məhkəmə qərarları › İş №2(032)-116/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-116/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-116/2024 18.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı oğunun, Cavabdeh İB-in nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı oğunun cavabdeh Azəriqaz İB-yə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyi tərəfindən 25 noyabr 2022-ci il tarixli ******* saylı aktının etibarsız hesab edilməsi və 2022-ci il 29 noyabr ayından etibarən quraşdırılmış smart tipli sayğaca yüklənən 292 manat ödənişdən borca silinmiş 146 manat məbləğin hesablanmış ziyanın həcmindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şirvan şəhər F.Cavadov ev 8 fərdi yaşayış evində mənzil mülkiyyətçisinin ailə üzvü olaraq həmin evdə yaşayır. İstehlakçı kimi göstərilmiş şəxs X3 onun mərhum atasıdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci il ilin noyabr ayı ərzində yoxlama keçirilmiş, qazdan qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və akt əsasında 4022 manat borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istifadəsində olan sayğaca və qaz xəttinə baxılıb təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilənə qədər qaz nəzarətçiləri tərəfindən son 2-3 aya qədər baxış keçirilmiş və heç bir nöqsan aşkar edilməmişdir. Noyabr ayı ərzində yoxlamada sayğacdan kənar qaz xətti aşkar olunmuş və akt əsasında 32659 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə tərəfindən ödənilməsi tələb olunmuşdur. Qaz xətti dərhal aşkar edildikdən sonra ləğv edilmiş, yeni tipli qaz sayğacı quraşdırılmış və itirmiş qaza görə hesablanan borcun tutulmasını sayğac vasitəsi ilə həyata keçirilməsi kodlaşdırılmışdır. Belə ki, hazırda sayğaca yüklənən məbləğin yarısı borcdan çıxılır. Akt əsasında cərimə düzgün hesablanmamışdır. Əvvəla ərzində istifadə etdiyi qazdan 10 dəfə artığını yazmışlar. İkincisi cavabdeh təşkilatın aktda göstərdiyi dəymiş ziyanın həcmi əlaqəli qanunvericilik aktlarına uyğun hesablanmamışdır. Cərimənin düzgün hesablanmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. 2022-ci ilin noyabr ayından etibarən yeni quraşdırılmış sayğaca edilən ödənişlərin yarısı borca tutulmuşdur. Həmin tarixdən bu günə qədər sayğaca 292 manat ödəniş edilmiş və bu məbləğin yarısı 146 manat borca silinmişdir. Hesab edir ki, borca silininən məbləğ dəymiş ziyanın həcmindən silinməlidir. 04 dekabr 2024-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, X7 Salyan X9 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və akta görə hesablanmış 3919 manat 08 qəpik məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent kənar xətt vasitəsi ilə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Cavabdeh Salyan X9 İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, kombi 24 maksimal saatlıq qaz sərfi 2.58 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itrilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış, 1.2x24x360=10368m3, 2.58x24x360=22291m3 , cəmi 32659 m3 hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri F.Cavadov küçəsi ev 8 ünvanındakı fərdi yaşayış evi (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri F.Cavadov küçəsi ev 8) X1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 iyun 2023-cü il tarixdə 222 nömrə ilə qeyd edilmişdir. Abonentin saldosu sənədindən görünür ki, X1 ünvan 2 ünvanına quraşdırılmış ZENNER G- 4T Smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il sentyabr ayı üçün 3919 manat 08 qəpik debitor borcu yaranmışdır . Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı oğunun atası X2, Mənzər Şirəliyevadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə istehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalar”ına dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, istismarda olmuş qaz sayğacının sərfiyyat göstəricisi Cavabdeh Salyan X9 İdarəsinin nəzarətçisi tərəfindən sonuncu dəfə 2022-ci ilin noyabr ayında qeydə alınmış, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Cavabdeh Salyan X9 İdarəsi tərəfindən təsdiq olunmuş 30 noyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, kombi 24 maksimal saatlıq qaz sərfi 2.58 m3/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün itrilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış, 1.2x12x90=1296m3, 2.58x12x90=2786,40 m3, cəmi 1296x0,12=155 manat 52 qəpik, 2786,4x0,12=334 manat 36 qəpik hesablanmalı, cəmi 489 manat 88 qəpik hesablanmalıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı oğu tərəfindən 3919 manat 08 qəpik borcdan 3429 manat 20 qəpik məbləğində hissəsi silinməli, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 3429 manat 20 qəpik məbləğində hesablanmış ziyan məbləği **********00490 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar