Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-121/2025 10.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X4rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən yaşadığı Şirvan şəhəri Həzi Aslanov küçəsi dalan 1 6 nömrəli fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 542 manat 71 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsasladırmışdır ki, Şirvan şəhəri, H.Aslanov küçəsi, dalan 1, 6 nömrəli fərdi yaşayış evi həyat yoldaşı X1 məxsus olmuşdur. Həmin evin təbil qaz, elektrik eneriisi və su verilişi ilə əlaqədar bütün sənədləşməsi də həyat yoldaşının adına olmuşdur. Həyat yoldaşı X2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etməzdən əvvəl özünə məxsus bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmiş və bu barədə Şirvan şəhər 1 saylı Notariat Kontorunun notariusu tərəfindən xx.xx.2017-ci il tarixli vəsiyyətnamə verilmişdir. Cavabdehin nümayəndələri tərəfindən ona su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2024-cü il tarixə 542,71 manat borcun olması barədə bildiriş verilmişdir. Həmin evdə xidmətlərə görə xx.xx.2011-ci ildə kod açılmış və 3 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açıldıqdan sonra həmin evdə yaşayış olmaması barədə sənəd təqdim olunmağına baxmayaraq təqdim edilmiş sənəd cavabdeh tərəfindən nəzərə alınmamış və əsassız olaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Mərhum həyat yoldaşı xidmətlərdən istifadəyə görə borcun olmamasını ona bildirmişdir, lakin sonradan məlum olmuşdur ki, ünvanda borc hesablanmışdır. Hesablanmış borc məbləği ilə razı deyil. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən bu günkü tarixədək “su təchizatı və kanalizasiya xidmətləri”nə görə hesablanmış borc əsassızdır və həmin borcu tələb etmək hüququ yoxdur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi "xxxx" ASC-ni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsi ilə əvəz edilməsini xahiş etdiyindən cavabdeh əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin nümayəndəsi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə hesab edir ki, məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X4rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-121/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-121/2025
10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver