Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1239/2024 26.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin məcburi icraya yönəldilməsi ” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış 29 fevral 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilərək icraya yönəldilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 01 iyul 2016-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuş, nikahı 5 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində 3492 saylı qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşlar. İlk dövrlərdə ailə münasibətlərinin normal olmasına baxmayaraq, sonradan bu münasibətlər həyat yoldaşının müəyyən hərəkətləri üzündən kəskin şəkildə pisləşmiş və birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən, 1 saylı Sabirabad Mediasiya təşkilatına müraciət etmiş, nikahın pozulması barədə aralarında xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə cavabdeh nikahın pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X2 Ərizəçi himayəndəsinə yaşamasına razılıq vermiş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimenti Ərizəçi ödəməyə dair öhdəlik götürmüşdür. Şirvan Şəhər Məhkəməsinin 2(032)-599/2024 saylı mülki iş üzrə 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Maraqlı şəxs və Ərizəçi Şahib qızı arasında 01 iyul 2016-cı il tarixdə 5 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsində bağlanmış 3492 nömrəli nikah qeydinin pozulması, birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdeh Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Lakin uşaqların saxlanması üçün aliment barədə barışıq sazişində razılıq imzaladıqlarına görə bu xüsusat qətnamədə qeyd olunmamışdır. 29 fevral 2024-cü il tarixindən bu günə kimi cavabdeh ona heç bir ödəmə etməmişdir. Ona müraciət edərək öhdəliyinin yerinə yetirməsini xahiş etsə də, hər dəfə bir bəhanə ilə aliment ödəməkdən yayınmış, son zamanlarda ümumiyyətlə telefon zənglərinə cavab vermir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi Maraqlı şəxs sazişə əməl etməkdən imtina edərək razılaşdırılmış alimenti ona ödəmədiyini bildirmiş və mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 29 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-599/2024 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 01 iyul 2016-cı il tarixdə 5 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsində bağlanmış 3492 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014 cü il təvəllüdlü X2 cavabdeh Ərizəçi himayəsində saxlanılması qət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024 saylı barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Həmin Sazişə əsasən : 1.1. Mən, Maraqlı şəxs Ərizəçi ilə xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən 3492 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasına razıyam. 1.2. Birgə nikahımızdan doğulmuş övladlarımız xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014 cü il təvəllüdlü X2 anaları Ərizəçi himayəsində qalmasına razıyam. 1.3. Övladlarımızın saxlanılması üçün hər uşağa hər ay 235 (iki yüz otuz beş) manat olmaqla 470 (dörd yüz yetmiş) aliment ödəyəcəyimi öhdəmə götürürəm. 1.4. Övladları analarının himayəsində olduğu müddət ərzində onlarla uyğun vaxtlarda daimi olaraq ünsiyyətdə olacağımı öhdəmə götürürəm. 1.5. Başqa heç bir iddiam və tələbim yoxdur. 2.1 Mən, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən 3492 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasına razıyam. 2.2. Birgə nikahımızdan doğulmuş övladlarımız xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014 cü il təvəllüdlü X2 mənim himayəmdə qalmalarına razıyam. 2.3. Övladlarımızın saxlanılması üçün Maraqlı şəxs hər uşağa hər ay 235 (iki yüz otuz beş) manat olmaqla 470 (dörd yüz yetmiş) aliment ödəməsinə razıyam. 2.4. Övladlarım mənim himayəmdə olduğu müddət ərzində ataları Maraqlı şəxs ilə istənilən vaxt ünsiyyətdə ola bilər. Bunun üçün lazımı şərait yaradacağımı öhdəmə götürürəm. 2.5. Başqa heç bir iddiam və tələbim yoxdur. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi dövlət rüsumu üçün 100 manat məbləğində pul ödəmişdir. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda, məhkəmə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-599/2024 saylı qətnaməsi ilə nikahın pozulması və uşaqların hansı valideynin yanında qalması məsələsinə hüquqi qiymət verildiyini nəzərə alaraq hesab edir ki, Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X1 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024 saylı barışıq sazişi icra olunmayan hissədə yəni qismən (1.3-cü, 1.4-cü, 2.3-cü 2.4-cü bəndlərə münasibətdə) təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X1 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Mən, Maraqlı şəxs, 1.3. Övladlarımızın saxlanılması üçün hər uşağa hər ay 235 (iki yüz otuz beş) manat olmaqla 470 (dörd yüz yetmiş) aliment ödəyəcəyimi öhdəmə götürürəm. 1.4. Övladları analarının himayəsində olduğu müddət ərzində onlarla uyğun vaxtlarda daimi olaraq ünsiyyətdə olacağımı öhdəmə götürürəm. Mən, Ərizəçi, 2.3. Övladlarımızın saxlanılması üçün Maraqlı şəxs hər uşağa hər ay 235 (iki yüz otuz beş) manat olmaqla 470 (dörd yüz yetmiş) aliment ödəməsinə razıyam. 2.4. Övladlarım mənim himayəmdə olduğu müddət ərzində ataları Maraqlı şəxs ilə istənilən vaxt ünsiyyətdə ola bilər. Bunun üçün lazımı şərait yaradacağımı öhdəmə götürürəm.” Qalan hissədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1239/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1239/2024
26.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver