Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1245/2024 15.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət X3 “İri şəhərlərin X5 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 “İri şəhərlərin X5 Xidməti” X6rşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək hesablanmış 445 (dörd yüz qırx beş) manat borcun silinməsini tələb etmişdir. Tələb onunla əsaslandırılmışlar ki, Şirvan şəhəri Naxçıvan küçəsi 295A (Yeni qaydalarla AZ1801 Şirvan şəhəri Şövkət Məmmədova küçəsi ev 68 nömrəli ev) onun mülkiyyətindədir. Həmin mənzili 2021-ci ildə notariat xidmətdə alğı-satqı yolu ilə almışdır. DƏDRX-də qeydiyyatdan keçərək adına məxsus çıxarış almışdır. Hazırda həmin mənzilin mülkiyyətçisidir. 2016-cı il üçün - 62.50 manat, 2017-ci il üçün - 131.40 manat , 2018-ci il üçün - 128.70 manat, 2019-cu il üçün - 106.20 manat, 2020-ci il üçün - 16.20 manat, 2022-ci il üçün - 45 manat, ümumi 490 manat borc yazılmışdır. 2016-cı ildən 2020-ci ilə kimi ümumi borc 445 manat onun borcu deyil, yəni 445 manat əvvəlki mülkiyyətçinin, 45 manat borc isə onun borcudur. O, 2022-ci il üçün olan borcu 45 manatı ödəməyə hazırdır. Digər 445 manat həm onun borcu olmadığı üçün silinməlidir, digər tərəfdən də Mülki Məcəlləyə əsasən pul tələbinə dair iddia müddəti ötürülmüşdür. Cavabdehin Şirvan Sukanal idarəsinə tərəfindən pretenziya qaydasında rəsmi müraciət göndərilmişdir. Lakin cavabdeh göndərdiyi pretenziyanı almasına baxmayaraq bu günə kimi də rəsmi hər hansı cavab verməmişdir. Yəni cavabdeh hərəkətsiz göstərməklə bərabər həm də qanunu kobud surətdə pozmuş hətta pozmağa davam edir. Sonradan iddiaçı cavabdehin əvəz edilməsi barədə ərizə verərək cavabdehin “İri şəhərlərin X5 Xidməti” X7 əvəz edilməsini xahiş etdiyindən cavabdeh əsl cavabdehlə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şirvan şəhər Sukanal İdarəsi ilə bağ evinə su xidmətinin göstərilməsi ilə əlaqədar müqavilə bağlamamışdır, hazırkı müqavilə isə onun qayınanası Nazilə Əliyevanın adınadır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət X3 “İri şəhərlərin X5 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, sudan istifadəyə görə yaranmış hazırkı borc məbləği Şirvan şəhəri Naxçıvan küçəsi 295A nömrəli bağ evi iddiaçının mülkiyyətində olmadığı vaxt yaranmışdır. Həmçinin iddiaçı Azərbaycan Dövlət X3 “İri şəhərlərin X5 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsi ilə bağ evinə su xidmətinin göstərilməsi ilə əlaqədar müqavilə bağlamamış, qanunsuz su xətti çəkməklə sudan istifadə etmişdir. Hesab edir ki, həmin vaxt bağ evi iddiaçının mülkiyyətində olmadığından onun tələb hüququ yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri Naxçıvan küçəsi ev 295 A ünvanında yerləşən ümumi sahəsi 66.6 kv.m olan bağ evini alıcı İddiaçı 10000 manat qiymətinə satmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri ünvan 2 (Yeni qaydalarla: AZ 1801 Şirvan şəhəri Şövkət Məmmədova küçəsi ev 68) saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abonent kartından (saldo) sənədindən görünür ki, Şirvan şəhəri ünvan 2 ünvanı üzrə abonent Nazilə Əliyevaya 2016-cı il tarixə 62 manat 50 qəpik, 2017-ci il üzrə 131 manat 40 qəpik, 2018-ci il üzrə 128 manat 70 qəpik, 2019-cu il üzrə 106 manat 20 qəpik, 2020-ci il üzrə 16 manat 20 qəpik, 2022-ci il üzrə 45 manat, 2023-cü il üçün 3 manat 60 qəpik, 2024-cü il üzrə 37 manat 80 qəpik, yekun 402 manat 40 qəpik borc hesablanmışdır. İddia ərizəsinin məzmunundan və işin hallarından göründüyü kimi, hazırkı iş üzrə İddiaçı Şirvan şəhəri Naxçıvan küçəsi ev 295 A (Yeni qaydalarla: AZ 1801 Şirvan şəhəri Şövkət Məmmədova küçəsi ev 68) saylı bağ evini xx.xx.2021-ci il tarixdə almış, onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı həmin vaxt ona məxsus olmayan Şirvan şəhəri ünvan 2 saylı bağ evində 2016-2021-ci illər üçün sudan istifadəyə görə yaranmış borcun silinməsini tələb etmişdir. Həmçinin İddiaçı ilə cavabdeh Azərbaycan Dövlət X3 “İri şəhərlərin X5 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsi arasında Şirvan şəhəri ünvan 2 saylı bağ evinə su xidmətinin göstərilməsi ilə əlaqədar müqavilənin bağlanması müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləcə, hazırkı mülki işin mübahisəsiz hallarına əsasən silinməsi xahiş edilən borc məbləğinin hesablandığı Şirvan şəhəri ünvan 2 (Yeni qaydalarla: AZ 1801 Şirvan şəhəri Şövkət Məmmədova küçəsi ev 68) saylı bağ evi İddiaçı mülkiyyətinə 2021-ci ildə keçmiş və buna görə də, o həmin borcun ödənilməsi öhdəliyini daşımır. Bununla da, iddiaçı adıçəkilən dövrləri əhatə edən borcun silinməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Şirvan şəhəri ünvan 2 (Yeni qaydalarla AZ 1801 Şirvan şəhəri Şövkət Məmmədova küçəsi ev 68) saylı bağ evində sudan istifadəyə görə yaranmış 445 (dörd yüz qırx beş) manat borcun silinməsi tələbini irəli sürmək subyektiv hüququna malik olmadığından, iddiası təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 “İri şəhərlərin X5 Xidməti” X6rşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1245/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1245/2024
15.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver