Məhkəmə qərarları › İş №2(032)-125/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-125/2023

27.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-125/2023 27.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı nümayəndəsi X2, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 217089 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2.017 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, sayğac öz adınadır və fərdi yaşayış evinin hər ay bütün kommunal xərclərini o, cümlədən elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəyir. Mart aylarında təbii fəlakət səbəbindən qopub yerə düşmüşdür. "xxxx" ASC-yə zəng edib bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Şirvan RETSİ-in əməkdaşları onun yaşadığı evə gələrək sayğac yenisi ilə əvəz etmişdirlər. Köhnə sayğac rəy verilməsi üçün götürülmüşdür. Həmin müddət evdə olmamışlar, həmçinin sayğacı apararkən onlara qol çəkdirməyiblər. Yeni sayğac qoyandan bir müddət sonra kartdan işığa pul yükləyərkən, pulun müəyyən məbləğinin tutulmasını müşahidə etdi. Bir müddət sonra "xxxx" ASCyə müraciət etdi. Onlar bildirdilər ki, sayğacın alt qapağı yerində olmadığı üçün cərimə yazılıb. Pulu tam şəkildə ödəməli olduğunu, əks halda işığı kəsəcəylərini bildirdilər. İmkanı olmadığı demişdir. Həmin aktla razı deyil. 2010-cu ildən abonent kimi X1 edir və aylıq pul ödəyir, ödənişlər saldosunda da öz əksini tapmışdır. Əgər sayğaca müdaxilə etmiş olsaydı, bu zaman aylıq sərfiyyat hesablanmazdır. Bundan başqa "xxxx" ASC tərəfindən tərtib olunmuş aktda sayğacın rəqəmlərində müdaxilə izləri olduğunu və sayğacın üst hissədən delik olduğu müəyyən olunsada bununla bağlı hər hansı çəkiliş, fotoşəkil və ya şahidlərin iştirakı ilə sayğaca baxış keçirilməsi barədə sənəd mövcud deyildir. Halbuki əgər sayğaca müdaxilə olunmuşdursa, bununla bağlı ona məlumat verilməli, onun və digər şəxslərin iştirakı ilə sayğaca baxış keçirilməli idi. Lakin qeyd olunan proses "xxxx" ASC tərəfindən icra olunmamışdır. Ümumiyyətlə "xxxx" ASC-də sayğaca onun tərəfindən müdaxilə olunması və zədələnmə barədə hər hansı sübut yoxdur. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək 217089 № aktın ləğv edilməsi və 1700 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli 217089 № aktdan görünür ki, EEİQ-na uyğun elektrik sayğacına baxış keçirən zaman İddiaçı məxsus mənzilin EEİQ-na uyğun sayğaca baxış keçirildi. Baxış zamanı məlum oldu ki, sayğacdan keçən yüklü kabelin en kəsiyindən keçən yüklə fərq yaranıb. Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında 216816 № protokolun surətindən görünür ki, sayğac -84,5% xəta ilə işləyir. D/m-in simi qırıqdır, daxili sxemində c/t-nın İİ tərəf naqili kəsilib, hesablama blokunda şuntlama aparılıb. Sayğac müdaxiləlidir. Məişət istehlakçılarında sayğacların dəyişdiirlməsi yoxlanılması və quraşdırılması haqqında 1593788№ protokoldan görünür ki, 217089 saylı akta əsasən istismarda olan sayğac yenisi ilə əvəz olundu, sayğac laboratoriyaya rəy verilməsi üçün götürüldü, abonent sayğacın yoxlanılmasında iştirak etməkdən imtina etdi. Yeni sayğac möhürlənmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “X1 Qaydaları”-nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “X1 Qaydaları”-nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğa clarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. “X1 Qaydaları”-nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektriksayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Cavabdeh təşkilat bildirir ki, sayğaca baxış keçirildiyi zaman abonent sayğacdan kənar X1 edir. İddiaçı iddia edir ki, sayğaca onun tərəfindən müdaxilə olunmamış və zədələnməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları akt tərtib edərkən abonentin iştirakını təmin etməmiş, bu barədə abonentin akta müvafiq qeydlər aparılması üçün şərait yaratmamışdır. Odur ki, məhkəmə işin hallarına qiymət verərək, qeyd olunan qaydaları əsas götürərək bildirir ki, akt qüvvədə olan qaydalara zidd tərtib olunduğuna görə aktın əsaslı hesab edilməsi mümkün deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-nin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan cavabdeh tərəf mübahisəsiz və yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh tərəf aktın qəbul edilməsi üçün əsas olmuş halları sübuta yetirə bilmədiyi üçün iddiaçının dəlilləri əsas götürülməli və bununla da onun iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 217089 saylı akt ləğv edilsin və abonentə hesablanmış cərimənin 1700 manatı silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar