Məhkəmə qərarları › İş №2(032)-1276/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1276/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1276/2025 25.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 903 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 95 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixli 329 manat ümumi borc məbləği üzrə onunla 903 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən 903 nömrəli nisyə alğı-satqı müqaviləsi əsasında 329 manat məbləğində cavabdehə mobil telefon verilmişdir. Tərəflər arasında bağlanmış 903 nömrəli nisyə alğı-satqı müqaviləsi 7 ay müddətinə bağlanmaqla, müqavilənin son icra müddəti xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. Cavabdeh borclu olduğu məbləğdən hissə-hissə ödəniş etməklə (son ödəniş 46 manat xx.xx.2023-cü il tarixdə) cəmi 234 manat ödəniş etmiş və nəticədə 95 manat məbləğində borcu qalmışdır. Cavabdeh götürdüyü mobil telefon borclu olduğu məbləğini ödəmədiyindən ona dəfələrlə borcun bağlanması barədə xəbərdarlıqlar edilmişdir. Lakin cavabdeh pulun ödənilməsindən müxtəlif bəhanələrlə yayınır. Cavabdeh tərəfindən vurulmuş ziyanın könüllü qaytarmaq istəmədiyi üçün məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 903 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 329 manat olan mobil telefon kredit şərtlərinə uyğun olaraq 7 ay müddətinə ödəniş etmək şərtilə almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixinə müqavilə üzrə qalıq borcu 95 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, İddiaçı mövcud nisyə alğı-satqı müqaviləsinə görə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımı qaydada məlumatlandırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2008-ci il tarixdə qeydə alınmış və bu barədə ona ********** nömrəli VÖEN verilmişdir. O, ünvan 1 ünvanda qarışıq malların satışı ilə məşğul olur. Həmin malları nağd və kredit şəklində borc müqaviləsi tərtib etdirməklə satışını həyata keçirir. Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı dəyəri 329 manat olan mobil telefonu nisyə almışdır. Tərəflər arasında bağlanmış 903 nömrəli nisyə alğı-satqı müqaviləsi 7 ay müddətinə bağlanmaqla, müqavilənin son icra müddəti xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. Cavabdeh borclu olduğu məbləğdən hissə-hissə ödəniş etməklə (son ödəniş 46 manat xx.xx.2023-cü il tarixdə) cəmi 234 manat ödəniş etmiş, 95 manat ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhəkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 903 nömrəli nisyə alğı-satqı müqavilə üzrə ödənilməmiş 95 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 125 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar