Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1304/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» X3 X8 İdarəsinə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» X4 X8 İdarəsi tərəfindən hesablanmış 161.40 manat borcun **********00150 saylı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Ünvan üzrə “Azəriqaz” X3 X8 İdarəsi ilə xx.xx.2017-ci il tarixli Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satıqısına dair müqavilə yenilənmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğacın istismar müddəti bitdiyi üçün baxış keçirilmiş, ******* nömrəli akt tərtib edilməklə G4 markalı, ******* nömrəli qaz sayğacı dəyişdirilmiş, zavod nömrəsi 10338460, plomb nömrəsi 04344574 olan qaz sayğacı quraşdırılmış və akt tərtib etmişlər. Məlumatı olmadan akt tərtib edilmişdir. Aktı qanunsuz və əsassız olaraq tərtib etmişlər. Onun iştirakı olmadan tərtib edilmiş aktda qeyd edilən qaz sayğacının hesablanmasının xətaları normaya uyğun olmaması qeyd edilmişdir. İstehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X5 sayğacının yoxlanılması barədə 29/1710-099-3 nömrəli bildirişə əsasən, G-4 markalı ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, qaz sayğacının hesablanmasının xətaları normaya uyğun olmaması qeyd edilmişdir. Sayğacın istismara yararsız olması qeyd edilmişdir. Qaz sayğacının hesablanmasının xətaları normaya uyğun olmaması barədə heç bir məlumatı olmamışdır. Belə ki, sayğac çıxarılan kənar müdaxilə və ya zavod plomblarının qırılması qeyd edilməmişdir. Hər ay cavabdeh təşkilatın nümayəndəsi tərəfindən qaz sərfiyyatı üzrə sayğac üzərindən oxunma aparılır. Bu səbəbdən ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmamışdır. Nəticə etibarı ilə qaz sayğacının hesablanmasının xətaları normaya uyğun olmaması səbəbindən barəsində 161.40 manat borc hesablanmışdır. Dəfələrlə əsassız hesablanmış borcun silinməsi barədə cavabdeh təşkilata müraciət etmək məcburiyyətindədir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1304/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh «Azəriqaz» X3 regional Qaz İstismar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X6 bildirmişdir ki, abonentin ünvanına qaz sayğacı qoyulmuş, sonradan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İddiaçının qeyd etdiyi borc məbləği hər hansı bir akt əsasında hesablanmış borc deyildir. Həmin abonentin sayğac üzrə təbii qazdan istifadə etməsi ilə bağlı yaranmış borcdur. Belə ki, abonent saldosundan görünür ki, abonent tərəfindən təbii qazdan istifadəsi nəticəsində hesablanmış olan borc məbləği tam olaraq ödənilməmiş və nəticədə abonentin illər üzrə borcu toplanmışdır. Qeyd edilənlərə əsasən iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan paylayıcı “Azəriqaz” X2 RQİİ ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2015-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğac karroziyaya uğraması keçirilməsi səbəbindən çıxarılmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanına Zenner G4T Mexaniki tipli abonent kodu **********00150 olan sayğac quraşdırılmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, abonent 2018-ci ildə təbii qazın sərfi üzrə 195.80 manat dəyərində istifadə edilmiş, 190 manat ödəniş etmiş, 238.20 manat təbii qaz sərfi üzrə borcu qalmış, 2019-cu il üzrə 197.80 manat dəyərində istifadə edilmiş, 246.60 manat ödəniş etmiş, 189.40 manat təbii qaz sərfi üzrə borcu qalmış, 2020ci il üzrə 178 manat dəyərində istifadə edilmiş, 169.50 manat ödəniş etmiş, 197.90 manat təbii qaz sərfi üzrə borcu qalmış, 2021-ci il üzrə 208.88 dəyərində istifadə edilmiş, 223 manat ödəniş etmiş, 188.90 manat təbii qaz sərfi üzrə borcu qalmış, 2022-ci il üzrə 241.72 manat dəyərində istifadə edilmiş, 210 manat ödəniş etmiş, 246.30 manat təbii qaz sərfi üzrə borcu qalmış, 2023-cü il üzrə 139.80 manat dəyərində istifadə edilmiş, 214.10 manat ödəniş etmiş, 172 manat təbii qaz sərfi üzrə borcu qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı qaz sayğacının hesablanmasının xətaları normaya uyğun olmaması səbəbindən barəsində 161.40 manat borcun cavabdeh tərəfindən hesablanmasını iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə olaraq iş materiallarına əlavə edilmiş olan abonent saldosu üzrə abonentin 2023-cü il tarixə qədər ödənilməmiş 172 manat borcunun mövcud olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh «Azəriqaz» X3 X8 İdarəsinə qarşı cavabdeh «Azəriqaz» X4 X8 İdarəsi tərəfindən hesablanmış 161.40 manat borcun **********00150 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1304/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1304/2023
24.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver