Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1317/2024 06.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçılar Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, İddiaçılar Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 cavabdeh "xxxx" MMC-yə qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC arasında bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiklərini, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı Ərizəçi3 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə digər iddiaçı Ərizəçi3 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı Ərizəçi1 tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 cavabdeh "xxxx" MMC-yə qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (Əməliyyat İD:550609515, qəbzin nömrəsi: 3074, terminal nömrəsi: K0141011, xx.xx.2024-cü il tarixli) iddiaçı Ərizəçi1 geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1317/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1317/2024
06.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver