Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1347/2025 16.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əlavə hesablanmış borc silinməsi və ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 ünvan 1 ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin X5si barəsində artıq hesablanmış 120 manat borcun, sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sayğacsız istifadəyə görə iki qat hesablanmış 21.67 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 mart 2025-ci il tarixində axşam saatlarında ona məxsus olan, çöldə yerləşən elektrik sayğacı avtomobil tərəfindən vurularaq yararsız hala düşmüşdür. Hadisə baş verdikdən dərhal sonra “Şəbəkə”yə məlumat vermiş və hadisə yerinə iki nəfər elektrik gəlmişdir. Onlar sayğacı yerində yoxladılar, avtomobilin təsiri ilə sıradan çıxdığını təsdiqlədilər və mərkəzə bu barədə məlumat verdilər. Daha sonra həmin əməkdaşlar evinin elektrik xəttini, birbaşa qoşaraq elektrik enerjisini bərpa etdilər və hadisə yerindən ayrıldılar. Hadisənin həm axşamı, həm də ertəsi gün gündüz saatlarında “Şəbəkə”dən onunla əlaqə saxlanıldı və bildirildi ki, sıradan çıxmış sayğacı və işıq kartını mərkəzə təhvil verməlidir. 17 mart 2025-ci il tarixində, səhər saat 10:00-11:00 arası sayğacı və işıq kartını “Şəbəkə”yə təqdim etmişdir. Bu zaman ondan ərizə də alınmış və baş vermiş hadisəni yazılı şəkildə təsvir etmişdir. Həmçinin ona bildirildi ki, yeni sayğac quraşdırılacaq və bu aralıq dövrdə istifadə etdiyi elektrik enerjisi əvvəlki aylıq sərfiyyat göstəriciləri əsasında hesablanacaq. 26 mart 2025-ci il tarixində ona zəng vuruldu və yeni sayğacın quraşdırılacağı bildirildi. Qeyd olundu ki, sayğac idarə tərəfindən quraşdırılsa da, avtomat və sayğac qutusu üçün vəsaiti istehlakçı olaraq ödəməlidir. O razılaşdı və onlar da gəlib quraşdırdılar. Bu səbəbdən 30 manat qutuya, 15 manat isə avtomata görə ümumilikdə 45 manat ödəniş etmişdir. Sayğac quraşdırıldıqdan sonra ona sadəcə bir vərəq sənəd təqdim olunmuşdur. Aktın şəkili tərəfindən telefonla çəkilmişdir. Lakin bir neçə gün sonra, saygaca işıq yükləmək məqsədilə milliön aparatına yaxınlaşdığında balansında 120 manat məbləğində borc qeyd olunduğunu görmüşdür. Bu barədə ona əvvəlcədən heç bir məlumat verilməmişdir. Həmin gün və sonrakı bir necə gün tətil olduğuna görə məsələni aydınlaşdıra bilməmişdir. İş günü başlayandan sonra məsələni araşdırmaq üçün “Şəbəkə”yə müraciət etmişdir. Amma ondan öncə enerji yükləmək üçün məcburiyyət qarşısında qalaraq borcun bir hissəsini ödəmişdir. Qaydalara əsasən, ödənilən məbləğin yalnız 20 %-i balansına enerji kimi əlavə edilirdi, 80 %-i isə borc kimi tutulurdu. Müraciəti zamanı ona bildirildi ki, bu 120 manat yeni sayğacın rüsumudur. Bu izaha inandı və borcun hamısını (120 manat) tam şəkildə ödəmişdir. Lakin bunu yalan olduğunu təxminən 10 gün sonra ona yenə əlavə olaraq 21 manat 67 qəpik məbləğində borc yazılanda öyrənmişdir. Bu dəfə məsələ ilə bağlı "xxxx" ASC-nin Şirvan Regional idarəsinə müraciət etmiş və bildirdilər ki, bu borc onun 10 gün ərzində sayğacsız birbaşa enerji istifadə etdiyinə görə yazılıb. Halbuki əvvəldən ona deyilmişdi ki, bu müddət ərzindəki enerji sərfiyyatı əvvəlki aylıq orta sərfiyyat əsasında hesablanacaq. Onun orta aylıq sərfiyyatı 30 manat civarındadır və bu göstəriciyə əsaslansa, 10 gün üçün maksimum 10 manat ödəniş olmalı idi, 21,67 manat yox. Daha sonra bildirdi ki, bundan öncə də ona 120 manat borc yazılıb. Buna cavab bildirdilər ki, guya sayğacı vaxtında təhvil verməmişdir deyə bu məbləğ ona borc kımi yazılıb. Sayğacı hadisədən bir gün sonra, yəni 17 mart tarixində təhvil vermişdir. Məsələnin araşdırılması nəticəsində onun dedikləri təsdiq olundu və idarə əməkdaşları səhv protokol tərtib edildiyini etiraf etdilər. Onlar bildirdilər ki, bu protokol ləğv olunacaq, yenisi tərtib ediləcək və 120 manat məbləğ balansına geri qaytarılacaq. Hətta elektriklə də həmin anda məsələ ilə bağlı əlaqə saxlanıldı və bildirildi ki, protokol dəyişdiriləcək. Lakin növbəti gün heç bir dəyişiklik olmadı və məbləğ balansına geri qayıtmadı. Yenidən idarəyə getmiş və onlardan tələb etmişdir ki, “siz mənə dünən söz verdiniz ki, bir gün ərzində məsələ həll olunacaq və məbləğ sənin balansına qaytarılacaq. Onlar dedilər ki, yox, biz o borcu sənə qaytarmayacayıq, biz o protokolu ləğv edib, başqa protokol yazılacaq, həmin o 120 manatı yeni sayğacın rusumu kimi yönləndirəcəyik”. Yəni, o 120 manatı yeni sayğacın rüsumu kimi hesablanacaq. Bir saata yaxın onlarla söhbət etsə də nəticə olmadı. Bütün bu hadisələr ona maddi zərər verməklə yanaşı, eyni zamanda psıxoloji narahatlıq da yaradıb. İdarə əməkdaşları vəzifə səlahiyyətlərindən və onun məlumatsızlığından sui-istifadə edərək onu aldatmış və nəticədə borclu olmadığı bir məbləği ödəməyə məcbur olmuşdur. Bütün bu hallar nəzərə alınaraq, tələb edir. Qutuya görə ödədiyi 30 manatın geri qaytarılmasını, 120 manatlıq əsassız borc ödənişinin geri qaytarılması, sayğacsız istifadə muddətinə görə hesablanmış 21 manat 67 qəpik borcun yenidən düzgün əsasla hesablanması və məbləğin artıq hissəsinin ona qaytarılmalıdır. Qeyd etdiyi tələblərlə bağlı onun əsaslı dəlilləri var. Birinci əsas — 30 manatla bağlıdır. Həmin şəxs ondan 30 manatı alarkən ona heç bir rəsmi sənəd nə protokol, nə də pulun alınmasına dair heç bir qəbz təqdim etməyib. Bu prosesin rəsmi olmasını göstərən heç bir sənəd ona verilməyib. Ümumiyyətlə, onunla şirkət arasında müqavilə bağlanmalı idi, lakin belə bir müqavilə bağlanmayıb və ona təqdim də olunmayıb. Bu, onun birinci əsaslı arqumentidir. İkinci əsas 120 manatla bağlıdır. Əvvəla, sayğacı təhvil verdiyi halda, bu məbləğdə cərimə yazılması qanunsuzdur. Çünki artıq sayğac təhvil verilib. Əgər iddia olunur ki, sayğacı təhvil verməmiş, bu halda protokol tərtib olunmalı idi. Əvvəlcədən xəbərdarlıq edilməli, protokolla tanış edilməli və bu sənəd əsasında ondan ödəniş tələb olunmalı idi. Amma heç bir xəbərdarlıq, heç bir protokol tərtib olunmadan birbaşa bu məbləğ onun balansına əlavə olunub. Bu da qanunsuzdur. İkincisi, hətta əgər belə bir borc yaranıbsa, bu xüsusi borc hesab olunur və buna gorə də ayrıca bir protokol tərtib olunmalı idi. Bu protokolda səbəblər göstərilməli, bu sənədlə tanış edilməli və yalnız ondan sonra ondan ödəniş tələb olunmalı idi. Amma bütün bu mərhələlər pozulub və heç bir sənəd təqdim edilmədən borc birbaşa balansına yazılıb. Üçüncü əsas onlar bu 120 manatı cərimə olaraq deyil, sərfiyyat kimi onun balansına daxil ediblər. Sanki guya 120 manatlıq elektrik enerjisi istifadə etmişdir. Halbuki bu, düzgun deyil. Əgər bu məbləğ doğrudan da cərimə idisə, bu barədə protokol tərtib olunmalı, izah verilməli və bu şəkildə borc qeyd olunmalı idi. Amma bu edilməyib və cərimə, guya sərf olunmuş enerji kimi balansına əlavə olunub ki, bu da hüquqi cəhətdən yanlışdır. Dördüncü əsas yeni sayğacla bağlı 120 manatın rüsum kimi təqdim edilməsi, həmin 120 manat yeni sayğacın rusumu kimi qeyd ediləcək və yeni protokol tərtb olunacaq bu yanaşma da əsassızdır. Əgər doğrudan da yeni sayğacın quraşdırılması üçün ödəniş tələb olunurdusa, sayğac quraşdırılmazdan əvvəl bu barədə rəsmi protokol tərtib edilməli və ona təqdim olunmalı idi. Aradan iki ay keçdikdən sonra bu məqsədlə protokol tərtib etmək qanuni qüvvəyə malik ola bilməz. Protokol yalnız vaxtında tərtb edilməlidir. Beşinci əsas 10 günlük sərfiyyata görə yazılmış artıq borc ona 10 günlük sərfiyyat üçün əlavə borc yazılıb. Halbuki, mövcud qaydalara əsasən, belə hallarda borc, orta aylıq sərfiyyatın uyğun hissəsinə əsasən hesablanmalı idi. Onun aylıq sərfiyyatının maksimum 30 manat oldugunu nəzərə alsa, 10 günlük sərfiyyat üçün maksimum 10 manat düşməli olduğu halda, onun 2 qatının yazılması hüquqa ziddir və əsassız borc hesab olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmərəyək izahatında bildirmişdir ki, sayğacın yararsız hala düşməsi ilə bağlı "xxxx" ASC tərəfindən müvafiq akt tərtib edilmiş, daha sonra sayğac yenisi ilə əvəz edilmişdir. Həmçinin sayğac üçün qutuya görə 30 manat pul tələb olunduğunu iddiaçı iddia etsə də, hesab edir ki, bu hal əsassızdır, çünki buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 16 mart 2025-ci il tarixdə Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində Ford markalı yük maşınını idarə edərkən maşının bort hissəsi həmin küçədə olan elektrik xəttinə ilişmişdir. O bundan məlumatsız olduğundan hərəkətini davam etdirmiş, həmin vaxt bir nəfər şəxsin onun maşının kabinasını ıil ilə döyərək ona maşının saxlamasını demişdir. O da avtomobili saxlamış və sonradan adını bildiyi Nahid adlı şəxs ona evinə məxsus elektrik sayğacının zədələdiyini bildirmişdir. Sonradan baş vermiş nasazlıqla əlaqədar olaraq "xxxx" ASC-yə müraciət etmişdir. Sonradan sayğaca dəymiş ziyanın əvəzi olaraq Nahid ondan 120 manat pul istəmiş, o da həmin pulu Nahidə vermişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin, şahidin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin Sayğac Quraşdırma və uçota nəzarət idarəsinin Məişət istehlakçılarında sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokolunda qeyd edilmişdir ki, 370238 saylı akta əsasən avtonəqliyyat tərəfindən vuruluaraq yarasız hala düşən sayğac yenisi ilə əvəz olunana kimi abonent müvəqqəti olaraq elektrik enerjisi ilə təmin olunmuşdur. "xxxx" ASC-nin 11 mart 2025-ci il tarixli, R 370238 nömrəli aktında qeyd olunmuşdur ki, EEİQ-na əsasən sayğaca baxış keçirən zaman müəyyən olunmuşdur ki, sayğac avtonəqliyyat vasitəsi tərəfindən vurularaq yararsız hala düşmüşdür. Abonent yeni sayğac quraşdırılana qədər müvəqqəti elektrik enerjisi ilə təmin edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, xx.xx.2025-ci il tarixli AKT R370238 saylı akt və ******* nömrəli protokol üzrə abonentə orta aylıq sərfiyyat 185 kVts müəyyən olunmuşdur. "xxxx" ASC-nin X10 Təchizatı və Satışı idarəsi X8 tərəfindən Şirvan RETSİ-nin rəisinə ünvanlanmış 18 mart 2025-ci il tarixli, 18-1/197 nömrəli məktubundan görünür ki, Şirvan EŞ-nin xidməti ərazisində aşağıda adı göstərilən əhali abonentinə EEİQ-na uyğun akt tərtib edilmişdir. Qüsurların aradan qaldırılmasına, abonentə elektrik sayğacının quraşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Əli Bayramlı şəhəri, H.Z.Tağıyev küçəsi ev 33A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrə ilə reyestr kitabında 128 nömrəli vərəqində qeydyyata alınmışdır. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli kitabında 630 nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-13/2-2/07-Q- 6163-5/2025 nömrəli məktubundan görünür ki, zədələnmiş elektrik sayğacına görə sayğac quraşdırılma bədələnin hesablanması ilə bağlı (xx.xx.2025-ci il tarixli, 13-13/2-2/07-Q- 6163-5/2025 nömrəli) müraciətə "xxxx" ASC-də baxılmış, elektrik sayğacı quraşdırılan zaman zədələnmiş elektrik sayğacının yerində aşkar edilməməsi səbəbindən sayğac quraşdırma bədəli abunə hesabına daxil edilmiş və sayğac təhvil verildikdən sonra sayğac bədəli abunə hesabından silinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahid adlı şəxsin idarə etdiyi Ford markalı yük maşınını hərəkətdə olarkən ünvan 3 ünvanında yerləşən abonentə məxsus olan elektrik sayğacını zədələmiş və nəticədə elektrik sayağacı istifadəyə yararsız hala düşmüşdür. Bunun nəticəsi olaraq abonentə yeni elektrik sayğacı quraşdırılmış və sayğac quraşıdırılacaq müddət ərzində abonentə elektrik enerjisi orta aylıq sərfiyyat nəzərə alınmaqla hesablanmışdır. Hazırda iddiaçı fərdi yaşayış evinin X5si barəsində artıq hesablanmış 120 manat borcun, sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat pulu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sayğacsız istifadəyə görə hesablanmış 21.67 manat pulun cavabdehdən tutulmalı olduğunu iddia edir. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının iddia tələbinin fərdi yaşayış evinin X5si ilə bağlı hesablanmış olduğu iddia edilən 120 manat borc və sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat pulun cavabdehdən alınması hissəsinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonentə məxsus olan sayğaca avtonəqliyyat vasitəsi tərəfindən vurularaq yararsız hala düşmüş və bunla bağlı olaraq "xxxx" ASC-nin 11 mart 2025-ci il tarixli, R 370238 nömrəli akt tərtib edilmiş və sayğacın yenisi ilə əvəz edilməsi ilə bağlı 120 manat borc hesablanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca dəymiş zərərin əvəzi olaraq 120 manat pul vəsait "xxxx" ASC-nin hesabına ödənilmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı tərəfin və şahid qismində dindirilmiş Şahid vermiş olduqları izahatlarından müəyyən edilmişdir ki, həmin vəsait sonuncu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X3ydaları»nın 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacın zədələnməsi ilə əlaqədar onun yenisi ilə əvəz edilməsi ilə bağlı cavabdeh "xxxx" ASC tərəfindən sayğacın dəyərinin tələb edilməsi əsaslıdır. İddiaçının iddia tələbinin sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı mülki iş üzrə iddiaçı tərəfindən sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat xərc çəkmiş olduğu bildirilsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddia tələbinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sayğacsız istifadəyə görə hesablanmış 21.67 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X3ydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X5 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X5yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X5yə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X5 edildiyi nəzərə alınmaqla hesabat aparılır. İşin faktiki hallarından göründüyü kimi abonentə məxsus olan elektrik sayğacı istifadəyə yararsız hala düşməsi ilə əlaqədar olaraq abonentə elektrik enerjisinin verilməsi məqsədi ilə bir başa olaraq şəbəkəyə qoşulmuş və sayğacsız olan dövrə, yəni 10 günə münasibətdə orta sərfiyyat hesabat aparılmaqla 185 kVts elektrik enerjisi hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş olan hesabatdan da görünür ki, 185 kVts = (67kVts 0,084 qəpik, 33 kVts 0,10 qəpik, 85 kVts 12,75 qəpik) hesabı ilə aparılmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanında olan fərdi yaşayış evinin X5si barəsində artıq hesablanmış 120 manat borcun, sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat pulun, xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək sayğacsız istifadəyə görə iki qat hesablanmış 21.67 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1347/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1347/2025
16.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver