Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1359/2025 10.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə nikahları Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 03 iyul 2017-ci il tarixdə 212 nömrəli qeyd ilə qeydə alınmışdır. Birgə nikahlarından 17 fevral 2018-ci il tarixdə X3 adlı bir övladları anadan olmuşdur. Övladı hazırda onun himayəsindədir. Cavabdehlə ailə həyatı qurduqdan sonra xeyli müddət mehriban yaşamışlar. Cavabdehlə aralarında olan nikah münasibətləri formal xarakter daşıyır, aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuş və bundan sonra da onların barışıb bir ailədə yaşamaqları qeyri-mümkün olduğundan, cavabdehdən boşanmaq qərarına gəlmişdir. Hazırda cavabdehlə barışmaq, gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan, cavabdeh nikahın pozulması iddia qaldırmışdı. Məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatında tərəflər arasında xx.xx.2025-ci il tarixdə MŞS/MT-045/2025/00093 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Ərizəçi Maraqlı şəxs ilə 03 iyul 2017-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 212 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahlarını pozulmasına razılığını, bunun üçün müvafiq icra orqanlarında rəsmi razılıq verəcəyini öhdəsinə götürməyini, birgə nikahlarından doğulmuş xx.xx.2019cu il təvəllüdlü X3 adlı övladının onun himayəsində qalmasına, övladının onun himayəsində qaldığı müddət ərzində onun saxlanılması üçün Maraqlı şəxs hər ay 200 (iki yüz) manat aliment ödəməsinə, alimentin xx.xx.2025-ci il tarixdən hesablanmasına və övladlarının onun himayəsində qaldığı müddət ərzində atası Maraqlı şəxs hər həftənin şənbə günü saat 11:00-dan günorta saat 14.00-a kimi ünsiyyətdə olmasına, bunun üçün lazımi şərait yaradacağını öhdəsinə götürməyinə razılığını bildirmişdir. Cavabdeh Maraqlı şəxs barışıq sazişinə əsasən Ərizəçi ilə 03 iyul 2017ci il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən 212 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahlarının pozulmasına razılığını, bunun üçün müvafiq icra orqanlarında rəsmi razılıq verəcəyini öhdəsinə götürməsi, birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalmasına razılığını bildirmiş, övladları anasının himayəsində olduğu müddətdə anası Ərizəçi azyaşlının saxlanılması üçün hər ay 200 (iki yüz) manat aliment ödəyəcəyini öhdəliyinə götürmüşdür. Alimentin xx.xx.2025-ci il tarixdən hesablanmasına razılığını bildirmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-797/2025 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 03 iyul 2017-ci il tarixli, 212 saylı akt qeydin əsasən qeydiyyatada alınmış nikah pozulması qət edilmişdir. Lakin barışıq sazişi üzrə öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2025-ci il tarixdən rəsmi üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü surətdə icra edilməmişdir. Hazırda barışıq sazişinin icra müddəti ərzində cavabdeh tərəf icra etmədiyindən məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-797/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 03 iyul 2017-ci il tarixli, 212 saylı akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə MŞS/MT-045/2025/00093 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə mediasiya sessiyasında nikahın pozulması, uşağın ananın himayəsində qalması, Maraqlı şəxs tərəfindən X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 24 fevral 2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixdə MŞS/MT-045/2025/00093 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1359/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1359/2025
10.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver