Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-137/2025 27.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, vəkili Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil , Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 061142 saylı və xx.xx.2024-cü il tarixli qüsur aktının ləğv edilməsini və hesablanmış 1827 manat borcun silinməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən 48 saylı fərdi evi onun mülkiyyətindədir.Fərdi yaşayış evinin hər ay bütün kommunal xərclərini, o cümlədən elektrik enerijisinin pulunu vaxtlı-vaxtında ödəyir. xx.xx.2024-cü il tarixində Cavabdeh1 əməkdaşları yaşadığı mənzilə gələrək xx.xx.2024-cü il tarixli, 001142 saylı Akt tərtib edərək 1800 manat məbləğində cərimə yazmışlar. Akta əsasən guya baxış zamanı məlum olmuşdur ki, yaşadığı mənzilin sayğacına kənar müdaxilə olunmuş, sayğacın giriş yuvalarından kənar xətt götürülməklə evinin sayğacdan kənar enerji ilə qidalandırıldığı aşkarlanmışdır. Hesab edir ki, Cavabdeh1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 061142 saylı akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Akt tərtib olunarkən onun iştirakı olmadan sayğaca baxış keçirilmiş məlumatı və iştirakı olmadan akt tərtib olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (“EEİQ”) 7.11ci bəndində göstərilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə eneril təchizatı müəssisəsi cavabdehlik daşıyır. Digər tərəfdən, “X2 Qaydaları”-nın 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerii təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsi məişət abonentinə təqdim edilir, Akt eneril təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nələr hal şahidinin iştirakı ilə imzalanmalıdır. Yuxarıda qeyd etdiyi kimi, eneril təchizatı müəssisəsinin nümayəndələri onun və hal şahidlərinin iştirakını təmin etmədən “EFİQ”-nın göstərilən tələblərini kobud surətdə pozaraq, akt tərtib etmişlər. Bundan başqa, qeyd etmək lazımdır ki, akt tərtib olunarkən faktiki işlədilən enerjinin hesabatı da düzgün aparılmamışdır. Çünki, “X3 Qaydaları”-nın 6.32-ci bəndinə əsasən məişət abonenti tərəfindən pozuntulara yol verildiyi aşkar edildikdə, enerli təchizatı müəssisəsi hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması larixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsinda nözərdə tutulmuş iddia müddəti daxilində elektrik eneriisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hesablanmış 1700 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, sayğacda kənar xəttin olması həqiqətə uyğun deyil. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan və sayğaca onun tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədiyindən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən aktlar tam qanuni əsaslarla tərtib olunmuşdur. Bu səbəbdən də iddia rədd olunmalıdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, vəkilini çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, S.Mehmandarov küçəsi 48 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır . xx.xx.2024-cü il tarixli, 061142 akt əsasında əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonentin sayğacdan kənar xətdən istifadə etməsi aşkarlanmışdır. (10.62 kvt - 0.47 kvt) x12 saat x150 gün=18270 kvts (0.10) 1827.00 Şirvan EŞ-i İdarəsinin xx.xx.2024-cü il tarixli, 061142 nömrəli aktdan görünür ki, (abonentin kodu **********2) sayğaca baxış keçirən zaman abonentin sayğaca əlavə “0” verməklə s-c sxemdən kənarlaşdırılıb, sayğacın qeyd etdiyi yük 0,47 kvt , kənar xəttdən axan yük Jor=19A. Naqilin en kəsiyi 4x16 mm2 . Akt abonent tərfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-1-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-2-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən yaşadığı Şirvan şəhəri S.Mehmandarov küçəsində yerləşən 48 nömrəli fərdi yaşayış evinin elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi barədə xx.xx.2024-cü il tarixli, AKT № 061142 saylı akt abonentin iştirakı ilə tərtib edilmədiyindən və onun tərəfindən imzalanmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə olan halda isə İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Bu baxımdan məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-i tərəfindən İddiaçı barəsində tərtib edilmiş elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsinə görə xx.xx.2024-cü il tarixli, AKT № 061142 saylı akt əsasında hesablanmış cərimə silinməli, iddia bu hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, AKT № 061142 saylı akta əsasən abonentin sayğaca əlavə “0” verməklə s-c sxemdən kənarlaşdırılması aşkar edilmişdir. Sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız edilməsi hissəsində rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 37 (otuz yeddi) manat rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-İ tərəfindən İddiaçı Şirvan şəhəri Mehmandarov küçəsi 48 saylı fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 061142 nömrəli akt əsasında hesablanmış 1700 manat məbləğində borc abonent kodu **********2 olan abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumu hesabına 37 (otuz yeddi) manat manat məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-137/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-137/2025
27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver