Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1379/2024 26.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış 18 dekabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girmişdir. Maraqlı şəxslə birgə rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X11 adlı 6 övladı anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. O, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-02970 nömrəli barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtlərinə görə maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmasından ötrü hər ay hər bir uşağa görə mənə 50 (əlli) manat, ümumilikdə isə 300 (üç yüz) manat sabit pul məbləğində aliment verməyinə dair öhdəlik götürmüşdür. Sazişin şərtinə görə maraqlı şəxs alimenti ödəməyi sazişin bağlanıldığı gündən ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin vaxtdan hal-hazıradək Maraqlı şəxs sazişin şərtinə əməl etməyərək alimenti ödəmir. Ərizəçi sonradan ərizə verərək barışıq sazişinin təsdiq edilməsi barədə ərizədə iddiaçı və cavabdehin müvafiq olaraq ərizəçi və maraqlı şəxs kimi tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Maraqlı şəxs sazişə əməl etməkdən imtina edərək razılaşdırılmış alimenti ona ödəmədiyini bildirmiş və mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-293/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Şirvan şəhər qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 mart 2016-cı il tarixdə 88 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X9, xx.xx.2016-cı ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X12, xx.xx.2018-ci ildə anadan olmuş X14, xx.xx.2020-ci ildə anadan olmuş X13 və xx.xx.2022ci ildə anadan olmuş X15 iddiaçının (anasının) - Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. AZ-İ № 488454 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi nikahı Şirvan şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 29 may 2024-cü il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra Mütəllimov, qadına Mütəllimova soyadı verilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı 18 dekabr 2023-cü il tarixdə MŞS/MT- 023/2023-02970 saylı barışıq sazişindən görünür ki, tərəflər 18 dekabr 2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən :
1. Mən Ərizəçi : Maraqlı şəxs ilə Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən 2016-cı il 4 mart tarixli 88 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam. 1.1. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2013 cü il təvəllüdlü X9, xx.xx.2026cı il təvəllüdlü X5, xx.xx.2017ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2020ci il təvəllüdlü X7, xx.xx.2022ci il təvəllüdlü X11 adlı övladlarımız mənim himayəmdə qalmasına razıyam. 1.2. Övladlarımın saxlanılması üçün Maraqlı şəxs hər uşağa hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz ) manat aliment ödəməsinə razıyam. 1.3. Övladlarımla atası Maraqlı şəxs istənilən vaxt ünsiyyətdə ola bilər. 1.4. Başqa heç bir iddiam və tələblərim yoxdur. Mən Maraqlı şəxs: Ərizəçi ilə Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən 2016-cı il 4 mart tarixli 88 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam. 2.1. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2013 cü il təvəllüdlü X9, xx.xx.2026cı il təvəllüdlü X5, xx.xx.2017ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2020ci il təvəllüdlü X7, xx.xx.2022ci il təvəllüdlü X11 adlı övladlarımız anaları Ərizəçi himayəsində qalmasına razıyam. 2.2. Övladlarımın saxlanılması üçün Ərizəçi hər uşağa hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz ) manat aliment ödəyəcəyimi öhdəmə götürürəm. 2.3. Övladlarımla onlar üçün uyğun vaxtlarda ünsiyyətdə olacağımı öhdəmə götürürəm. 2.4. Başqa heç bir iddiam və tələblərim yoxdur. Sazişin 5-ci bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi dövlət rüsumu üçün 100 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli MŞS/MT-023/2023- 02970 saylı barışıq sazişi icra olunmayan hissədə yəni qismən ( “X1 “1.2 övladlarımın saxlanılması üçün Maraqlı şəxs Təbrizxan oğlu hər uşağa hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməsinə razıyam.” “Mən Maraqlı şəxs, “2.2 övladlarımın saxlanılması üçün Ərizəçi hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəyəcəyimi öhdəmə götürürəm.”) təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir . Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə qismən təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli MŞS/MT-023/2023-02970 saylı barışıq sazişinin 1.2-ci və 2.2-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: “X1 “1.2 övladlarımın saxlanılması üçün Maraqlı şəxs Təbrizxan oğlu hər uşağa hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməsinə razıyam.” “Mən Maraqlı şəxs, “2.2 övladlarımın saxlanılması üçün Ərizəçi hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəyəcəyimi öhdəmə götürürəm.” Qalan hisədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aydan Məmmədli