Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-141/2025 07.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X1 adına tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 432 manat borcun onun adına qeydə alınmış **********00480 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Qeyd olunan mənzili 2 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində 01 may 2024-cü il tarixində AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi” əsasında almışdır. Qeyd olunan mənzilin qaz hesabı Cavabdeh İB-də X2 adına qeydiyyatda olmuşdur. ünvan 1 ünvanın ondan əvvəlki mülkiyyətçisi X3 Cavabdeh İB-nin Şirvan Qaz İdarəsi tərəfindən 30 noyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 432 (dörd yüz otuz iki) manat məbləgində cərimə hesablanmışdır. Mənzil alğısatqı olunarkən mənzilin qaz borcu olduğundan xəbərsiz olmuşdur. Mənzili təmir etdirdikdən sonra iki azyaşlı uşaqları ilə mənzilə köçmüş və kəsilmiş qaz xəttinin bərpa edilməsi üçün müraciət etmişdir. Həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədləri Cavabdeh İB-nin Salyan RQİİ-yə təqdim edərək mənzilin qaz hesabının adına qeydə alınmasını xahiş etmişdir. Salyan RQİİ tərəfindən qeyd olunan mənzilin qaz hesabı onun adına qeydə alınmışdır. Mənzil adına qeydə alınarkən mənzilin qaz pulu borcu olmaması bildirilmşdir. Şirvan Qaz İdarəsində ona şifahi izahat verilərək xx.xx.2021-ci il tarixdə X2 adına təbii qazdan istifadə qaydalarının pozulması haqqında yazılmış akt əsasında 432 manat cərimə hesablandığını bildirdilər. Onlara etirazını bildirsə də, heç bir nəticəsi olmadı. 2024-cü ilin oktyabr ayında Şirvan qaz İdarəsinin nəzarətçisi tərəfindən ona bildiriş verimiş, bildirişdə 435 manat 98 qəpik qaz pulu borcu olması qeyd olunmuşdur. Bildirişdə qeyd olunan borcun ona aid olmadığı üçün adından, yaşadığı ünvan üzrə mənzildən silinməsi, saygacın onun adına qeydiyyata alınması və qaz borcu barədə bildirişlərin onun adına yazılması barədə X6 İdarəsinə yazılı şəkildə müraciət etmiş, lakin bu günədək həmin idarə onun yazılı muraciətinə cavab verməmişdir. O mübahisənin qarşılıqlı razılaşma əsasında həll olunmasının mümkünsüz olduğunu başa düşdüyü üçün cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. 432 manat cərimə hal-hazılrda onun adına olan abonent koduna aid olduğundan və ondan tələb edildiyindən, hazırki iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malikdir. Akt 2021-ci ilin noyabr ayında yazılmış və cərimə hesablanmışdır. Həmin mənzili 01 may 2024-cü il tarixdə almışdır. Aktın yazılmasından və cərimənin hesablanmasında 3 ilədək müddət keçməsinə baxmayaraq, cavabdeh həmin cərimənin ödənilməsi istiqamətində heç bir tədbir görməmiş həmin cərimənin ona aidiyyati olmadığı halda hesabına əlavə etmiş və ödənilməsini qanunsuz olaraq ondan tələb edirlər. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 3yir və həmin tarixdə bütün gün ərzində dərsi olduğu üçün məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməcəkdir. Məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, İddiaçınun yaşadığı mənzilə quraşdırılmış sayğac istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin İTRİ-nin xx.xx.2021ci il tarixli MSK 29/1710-04821-1 saylı rəyinə əsasən çıxarılan ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X3 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 4320 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2021-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan Şirvan şəhər Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Məmiyeva Seyid xanım Miri qızı ünvan 4 ünvanında yerləşən mülkiyyətində olan mənzili İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Nəriman Nərimanov küçəsi ev 11, 48 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Məmiyeva Seyid xanım Miri qızı ünvan 5 ünvanda yerləşən mənzili xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Hazırda sonunun həmin əmlakın mülkiyyətçisidir. Həmçinin iş materialları ilə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, ünvan 5 mənzili üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilməsi aktlarla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı, onun ailə üzvləri və ya əvvəlki mükiyyətçi tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Bu baxımdan məhkəmə belə bir qənaətə gəlir ki, Cavabdeh tərəfindən ünvan 5 mənzilə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt və həmin akt əsasında dəymiş zərərin hesablanmasına dair aparılmış hesabat ləğv edilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış cərimə məbləği (abunə kodu **********00480) saylı abonent hesabından silinsin. 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-141/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-141/2025
07.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver