Məhkəmə qərarları › İş №2(032)-1427/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1427/2024

05.09.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1427/2024 05.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi oğlunun, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 aprel 2013-cü il tarixdə 188 nömrəli qeyd ilə qeydə alınmışdır. Birgə nikahdan 26 yanvar 2014-cü il tarixdə X5 və 04 iyul 2017-ci il tarixdə X4 adlı iki övladları anadan olmuşdur. Övladlar hazırda onun himayəsindədir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamışlar. Cavabdehlə aralarında olan nikah münasibətləri formal xarakter daşıyır. Aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuş və bundan sonra da onların barışıb bir ailədə yaşamaqları qeyrimümkün olduğundan, cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatlarını və ailənin qorunub saxlanması mümkün olmadığı üçün cavabdehlə aralarında olan formal xarakter daşıyan nikahın pozulmasına razıdır. Ayrıldıqları müddət ərzindən cavabdeh uşaqların saxlanması üçün maddi köməklik göstərməmişdir. Cavabdeh ilə nikah münasibətləri üzrə mediasiya prosesində MŞS/MT023/2024-01224 saylı barışıq sazişi tərtib edilmişdir. Barışıq sazişinə əsasən tərəflər 26 yanvar 2014-cü il təvəllüdlü X5 və 04 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 150 manat, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməyi, alimenti 01 iyul 2024-cü il tarixdən hesablanmasını öhdəliyinə götürülməsi barədə razılığa gəlmişlər. Lakin barışıq sazişi üzrə öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Cavabdeh tərəfindən könüllü surətdə icra edilməmişdir. Hazırda barışıq sazişinin icra müddəti ərzində cavabdeh tərəf icra etmədiyindən məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barışıq sazişi üzrə aliment məbləğinin ilk bir ayın ödəmiş, lakin iki uşağa görə ümumilikdə 300 manat alimentin ödənilməsi ilə razı olmadığı üçün əmək haqqısına uyğun şəkildə müəyyən edilməsini istəyir, həmçinin Ərizəçi qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ilə aralarında bağlanmış olan barışıq sazişin təsdiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 04 aprel 2013-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 188 nömrə ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01224 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Cavabdeh ilə mediasiya sessiyasında nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və hər ay bir uşağın saxlanılması üçün 150 manat, iki uşağa görə 300 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat, iki uşağa görə ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh faktiki nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər bir uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 12 iyun 2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024cü il tarixdə MŞS/MT-023/2024-01224 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar