Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1465/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında bağlanılmış 25 avqust 2023-cü il tarixdə, MŞS/MT-023/2023-01751 tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2018-ci ilin iyun ayının 23-də faktiki nikaha daxil olmuşdur. Maraqlı şəxs ilə nikahları xx.xx.2018-ci ildə 1984 nömrəli qeydlə rəmiləşdirilmiş və bu barədə AZ-İİ 277172 saylı “X7” verilmişdir. Maraqlı şəxslə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-cı il təvəllüdlü X13 dünyaya gəlmişdir. Nikahın pozulması, uşağın yaşayış yerinin müyyənləşdirilməsi, alimentin tutulması tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Maraqlı tərəf prosesdə iştirak etmiş və onların aralarında 25 avqust 2023-cü il tarixdə MŞS/MT-023/2023-01751 nömrəli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdırılmış alimenti xx.xx.2023-cü ildən ona ödəmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır. Sadəcə alimentlə bağlı barışıq sazişinin icra müddətini yanlış anladığından alimenti ödəməmişdir. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 277172 saylı X7nin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1984 nömrə ilə qeyd edilmişdir. Arvada Günəşova soyadı verilmişdir. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 561107 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Şirvan şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 683727 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021ci il təvəllüdlü X8 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan MŞS/MT-023/2023-01751 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, “Ərizəçi Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən 1984 saylı akt qeydi ilə rəsmiləşdirlimiş nikahın pozulmasına razıdır, nikahları pozulduqdan sonra birgə nikah dövründə anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X8 onun himayəsində qalmasına razıdır, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər uşağa hər ay 175 ( bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat aliment ödəməsinə razıdır. xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X13 ataları Maraqlı şəxs ilə uşaqlar üçün münasib olan günlərdə istənilən vaxt ünsiyyətdə olmağına razıdır, uşaqlar ataları ilə atalarının yaşadığı ünvanda gecələridə bir yerdə qalmaqlarına razıdır, bunun üçün lazımi şərait yaradacağını öhdəsinə götürür, Maraqlı şəxs başqa heç bir əmlak, qızılziynət və digər tələbləri yoxdur. Maraqlı şəxs Ərizəçi ilə xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən 1984 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasına razıdır, nikahları pozulduqdan sonra birgə nikah dövründə anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X8 anaları Günəşova (Əliyeva) Zibeydə Tapdıq qızının himayəsində qalmasına razıdır, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Günəşova (Əliyeva) Zibeydə Tapdıq qızına hər uşağa hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat aliment ödəyəcəyini öhdəsinə götürür. Alimentin tutulması 01 avqust 2023-cü ildən hesablanır, alimenti Günəşova (Əliyeva) Zibeydə Tapdıq qızının bank kartına ödəyəcəyini öhdəsinə götürür, övladları ilə münasib olan vaxtlarda mütəmadi olaraq ünsiyyətdə olacağını öhdəsinə götürür, azyaşlı övladlarının təhsil xərcini, səhhətləri ilə bağlı olan xərcləri, gündəlik ərzaq xərcləri və geyim xərclərini alimentdən əlavə olaraq qarşılayacağını öhdəmə götürür. Əgər bu xərcləri qarşılamasa Günəşova (Əlyeva) Zibeydə Tapqdı qızı alimentin artırması ilə bağlı iddia qalırdığı təqdirdə alimentin artırılması ilə bağlı iddia qaldırdığı təqdirdə alimentin artırılmasına razı olacağını öhdəsinə götürür.” “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2018-cı il təvəllüdlü X3 və xx.xx.2021-cı il təvəllüdlü X8 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs faktiki nikahdan doğulmuş xx.xx.2018-cı il təvəllüdlü X3 və xx.xx.2021-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər bir uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 29 dekabr 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 25 avqust 2023-cü il tarixdə, MŞS/MT- 023/2023-01751 nömrəli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2018-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 25 avqust 2023-cü il tarixdə, MŞS/MT-023/2023-01751 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2018-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1465/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1465/2023
06.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver