Məhkəmə qərarları › İş №2(032)-1466/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1466/2023

04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1466/2023 04.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X3 cəlb edilməsi ilə hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X3 cəlb edilməsi ilə hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. xx.xx.1981-ci ildə "xxxx" Trestinin X1 kombinatına 2-ci dərəcəli betonçu peşəsinə işə qəbul edilmişdir. İşə qəbul edilərkən "xxxx" Trestinin X1 kombinatı tərəfindən ona İT-İ ******* nömrəli əmək kitabçası açılmışdır. Əmək kitabçasında təvəllüdü səhvən qeydə alınaraq doğum günü xx.xx.1960-cı il qeyd edilmiş, sonradan doğum gününə düzəliş edilərək 07 rəqəmi 20 rəqəmi kimi düzəldilmişdir. O, xx.xx.1994-cü ilədək həmin müəssisədə işləmişdir. 1994-cü ildən Ukrayna Respublikasında yaşamış və əmək fəaliyyəti göstərmişdir. Pensiyaya çıxmaq üçün müraciət etmişdir, lakin əmək kitabçasında doğum günündə olan düzəliş onun pensiyaya çıxmağına maneçilik yaradır. "xxxx" Trestinin X1 kombinatı ləğv olunub. Qeyd olunan idarədə işləməyini təsdiq edən sənədləri əldə etmək üçün Şirvan Arxiv İdarəsinə müraciət etsədə onlar sənədlərin təqdim olunmadığını bildirdilər. Ərizəçi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X5 məhkəməyə məktub təqdim edərək bildirmişlər ki, iddiaya etirazları yoxdur. Lakin bu məsələdə maraqlı şəxs deyillər və vətəndaşın əmək kitabçasında göstərilən tarixlərdə qeyd olunan əmək fəaliyyəti ARDA Şirvan filialında mühafizə olunan X6 Zavodunun 1981-1988-ci illər işçi heyyətə aid sənədlərində də öz əksini tapmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə qədər "xxxx" Trestinin X1 kombinatında işləmişdir. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-522/2023 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan “Dəmir-beton Konusturuksiya zavod”-nun 1981-1988-ci illər işçi heyyətə məxsus sənədlərində xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi, əmək fəaliyyəti aşkar olunub. May 1981-ci il tarixdən dekabr 1988-ci il tarixədək işləməyi və əmək haqqı alması qeyd olunub. Azərbaycan Respublikası Dövlət X4 “Dəmir-beton Konusturuksiya zavod”-nun 1981-1988ci illər işçi heyyətə məxsus sənədlərinə məhkəmə iclasında baxış keçirilmiş və əmək haqqı cədvəllərində 1960-cı il təvəllüdlü Ərizəçi aid məlumatlar əks olunmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. 307.2.11-ci maddəsinin tələbinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüququi əhəmiyyəti olan digər faktları müəyyən edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi həqiqətən də xx.xx.1981-ci ildən "xxxx" Trestinin X1 Kombinatında müxtəlif vəzifələrdə işləmişdir, onun təvəllüdü İT-İ ******* nömrəli əmək kitabçasında texniki səhv olaraq xx.xx.1960-cı il əvəzinə xx.xx.1960-cı il kimi göstərilmişdir. Bu səbəbdən də ərizə təmin edilməli və "xxxx" Trestinin X1 Kombinatı tərəfindən verilmiş İT-İ ******* nömrəli əmək kitabçasının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı məddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. "xxxx" Trestinin X1 Kombinatı tərəfindən verilmiş İT-İ ******* nömrəli əmək kitabçasının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar