Məhkəmə qərarları › İş №2(032)-148/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-148/2025

10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-148/2025 10.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı aktının ləğv edilərək hesablanmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 11A saylı evdə yerləşən 9 saylı mənzil ona məxsusdur. Fərdi yaşayış evinin hər ay bütün kommunal xərclərini, o cümlədə qaz sərfiyyatı pulunu vaxtlı-vaxtında ödəyir. xx.xx.2021ci il tarixində Cavabdeh İB Salyan RQİİ-nin əməkdaşları tərəfindən evin qaz sayğacı yeni sayğacla əvəz edilərək əvvəlki sayğac aparılmışdır. Bir müddətdən sonra Cavabdeh İB Salyan RQİİ-nin əməkdaşları yaşadığı mənzilə gələrək ona məxsus fərdi yaşayış evində quraşdırılmış özləri ilə apardıqları əvvəlki qaz sayğacına kənar müdaxilə olunduğunu, sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyini və yapışqan maddə ilə yenidən yerinə bərpa olunduğunu bildirmiş, bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edərək 570.19 manat məbləğində cərimə əməkdaşları tərəfindən tərtib edilmiş yazmışlar. Hesab edir ki, Cavabdeh İB Salyan RQİİ-nin xx.xx.2021-ci il tarixli, ******* saylı akt qeyri-qanuni yazılmış aktı tərtib edərkən qaz təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Məhkəmə iclasında İddiaçı ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh İB-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehin işə mahiyyəti üzrə baxılmasına dair vəsatəti daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın . Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar