Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1490/2025 07.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-02483 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahları Sabirabad rayon Şıxsalahlı kənd İcra Nümayəndəliyində xx.xx.2013-cü ildə 18 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması, uşağın yaşayış yerinin müəyyənləşdirilməsi, alimentin tutulması tələbi ilə mediasiya şurasına müraciət etmiş maraqlı tərəf prosesdə iştirak edərək və aralarında Sabirabad 1 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024- 02483 nömrəli mediasiya prosesində barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdırılmış alimenti ona ödəmir. Bu isə ona uşağın saxlanılmasında çox böyük çətinliklərə səbəb olur. Maraqlı şəxsə alimentin ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirməklə alimenti ödəməkdən açıq-aşkar boyun qaçırır. Maraqlı şəxs ilə olan nikahları Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-282/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi hazırda yaşadığı ünvan Sabirabad rayonu, Osmanlı kəndidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İş materiasllarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ərizəçinin qeydiyyat yeri Sabirabad rayonu, Osmanlı kəndidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud ərizəsi geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizənin verilməsi ilə bağlı Ərizəçi tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Qərardadda göstərilən nöqsanların aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (mədaxil qəbzin nömrəsi **********31, xx.xx.2025-ci il tarixli) Ərizəçi geri qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1490/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1490/2025
07.08.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver