Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-151/2024 15.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktların ləğv edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-i tərəfindən R282421 saylı xx.xx.2023-cü il tarixli və R299091 saylı xx.xx.2023-cü il tarixli aktlar və həmin aktlara əsasən hesablanmış 1073 manat məbləğində cərimənin silinməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi bina 33, mənzil 32-də ailəsi ilə yaşayır. Ona verilən enerjinin haqqını vaxtı-vaxtında ödəyir. Həmin evi o, 24 yanvar 2022-ci il tarixdə Rəfail Nəsirovdan almış və adına sənədləşdirmişdir. Kommunal sahələrini adına sənədləşdirməmişdir. Belə ki, yaşadığı mənzilin elektrik enerjisinin sayğacı onun evinin çölündədir. Şirvan şəhəri “Regional” Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən 04 yanvar 2023-cü il tarixdə RNo 282421 sayılı akt tərtib edərək bildirmişlər ki, guya o, sayğacın sxemini dəyişərək kənar xətt gətirib qoşmuş və elektrik enerfisindən istifadə etmişdir. O, elektrik sayğacına müdaxilə etməmişdir, onun elektrik sayğacından başı çıxmır. Heç bir vaxt sayğaca müdaxilə etməmişdir. Özü elektrik enerjisindən qorxan adamdır. Şirvan şəhər “Regional” Elekrtik şəbəkəsinin əməkdaşları tərfindən tərtib edilmiş işıq sayğacına dair RNo282421 sayılı, 04 yanvar 2023-cü il tarixli aktın mövcudluğunu bilməmişdir. 04 yanvar 2023-cü il tarixdə akt yazılıb həmin aktı ona verməmişlər. Akt yazılan vaxt o, iştirak etməmişdir. Sayğaca müdaxilə edilməsi barədə akt yazılan vaxt hal şahidləri iştirak etməyib, foto şəkillər çəkilməyib, akta o, imza etməmişdir. Bundan bir neçə ay sonra 15 may 2023-cü il tarixdə yenidən Şirvan şəhər “Regional” Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Re299091 saylı akt tərtib edərək bildirmişlər ki, guya o, sayğacın giriş-çıxış yuvasını birləşdirərək sayğacdan kənar X1 etmişdir. Ölçü aparan zaman yük yox idi, o, yenə göstərir ki, elektrik sayğacına müdaxilə etməmiş, onun elektrik enerjisindən başı çıxmır. Şirvan şəhər "xxxx" Elektrik şəbəkəsinin əməkdaşları tərfindən tərtib edilmiş işıq sayğacına dair RNo299091 sayılı 15 may 2023-cü il tarixli aktın mövcudluğunu bilməmişdir. 15 may 2023-cü il tarixli akt yazılıb həmin akt ona verilməyib, akt yazılan vaxt o, iştirak etməmişdir. Sayğaca müdaxilə edilməsi barədə akt yazılan vaxt hal şahidləri iştirak etməyiblər. Həmin vaxt foto şəkillər çəkilməyib. Akta o, imza etməmişdir. Şəbəkənin işçiləri gəlib onun elektrik enerjisini kəsiblər. O, həmişə işlətdiyi elektrik eneriisinin pulunu vaxtı vaxtında ödəmiş, borcu olmamışdır. Hesab edir ki cavabdehlər tərəfindən onun iştirakı olmadan tərtib edilmiş akt tam olaraq əsassızdır. Belə ki onun tərəfindən hər hansı formada sayğacda dəyişiklik və kənar müdaxilə olmamışdır. Əsassız tərtib olunmuş akt onun hüquqlarını pozur, ona ziyan vurur. Ona görə hesab edir ki, tərtib olunmuş akt etibarsız hesab edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (EEİQ) tələblərinə əsasən Şirvan şəhər ərazisində yerləşən iddiaçıya məxsus mənzilin blokunda quraşdırılan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın sxemini dəyişərək kənar xətt götürməsi aşkar edilmişdir. Komissiya tərəfindən xx.xx.2023-cü il tarixli, 282421 saylı akta əsasən hesabat aparılmışdır. Daha sonra Şirvan şəhər ərazisində yerləşən iddiaçıya məxsus mənzilin blokunda quraşdırılan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş-çıxış yuvasını birləşdirərək sayğacdan kənar X1 etməsi aşkar edilmişdir. Komissiya tərəfindən xx.xx.2023-cü il tarixli, 299091 saylı akta əsasən hesabat aparılmışdır. İddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Daha sonrakı məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 X3 Təchizatı və Satışı İdarəsindən məktub təqdim edərək abonentin borcu üzrə yaranmış 1023 manat 69 qəpik pul məbləğinin 317 manat 17 qəpik 282421 saylı akt üzrə, 706 manat 52 qəpik isə 299091 saylı akt üzrə yarandığını,iddiaçı İ. Baxşiyevin yaşadığı mənzilin EEİQ-nin pozulması barədə tərtib olunmuş aktlar üzrə hesablanmış məbləğin ümumilikdə dəyəri 1023 manat 69 qəpik təşkil etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Şirvan EŞ-i İdarəsinin xx.xx.2023-cü il tarixli, 282421 nömrəli aktdan görünür ki, abonentin (abonentin kodu **********93063) sayğacın sxemini dəyişərək kənar xətt götürməsi aşkar edilmişdir. Şirvan EŞ-i İdarəsinin xx.xx.2023-cü il tarixli, 299091 nömrəli aktdan görünür ki, abonentin (abonentin kodu **********93063) sayğacın sxemini dəyişərək kənar xətt götürməsi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, abonent sayğacdan kənar xətdən istifadə edir. 2,78A x 0,22 x 0,7 x 24 saat x 365 gün = 3750 kVts, 2433 (0,08) 194 manat 64 qəpik, 1217 (0,09) 109 manat 53 qəpik, 100 (0,13) 13 manat. xx.xx.2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, abonent sayğacdan kənar xətdən istifadə edir. 5A x 0,22 x 0,7 x 24 saat x 365 gün = 6745 kVts, 2433 (0,08) 194 manat 64 qəpik, 1217 (0,09) 109 manat 53 qəpik, 3095 (0,13) 402 manat 35 qəpik . Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 33 saylı evin 32 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-1-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-2-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən yaşadığı tərəfindən Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 33 saylı evin 32 nömrəli mənzilində X1də pozuntuya yol verilməsi barədə R282421 saylı xx.xx.2023-cü il tarixli və R299091 saylı xx.xx.2023-cü il tarixli aktlar abonentin iştirakı ilə tərtib edilmədiyindən və onun tərəfindən imzalanmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə olan halda isə İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz.Bu baxımdan məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-i tərəfindən İddiaçı barəsində tərtib edilmiş X1də pozuntuya yol verilməsinə görə R282421 saylı xx.xx.2023-cü il tarixli və R299091 saylı xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış cərimə silinməli, iddia bu hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 282421 nömrəli akta əsasən abonentin sayğacın sxemini dəyişərək kənar xətt götürməsi və xx.xx.2023-cü il tarixli, 299091 nömrəli akta əsasən sayğacın sxemini dəyişərək kənar xətt götürməsi aşkar edilmişdir. Sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız edilməsi hissəsində rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-i tərəfindən Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 33 saylı evin 32 nömrəli mənzilində X1 qaydalarının pozulması ilə əlaqədar tərtib edilmiş R282421 saylı xx.xx.2023-cü il tarixli və R299091 saylı xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış 1023 manat 69 qəpik məbləğində borc abonent kodu **********93063 olan abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumu hesabına 30 manat 23 qəpik məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-151/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-151/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver