Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-155/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın etibarsız hesab olunması və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB- qarşı “aktın etibarsız hesab olunması və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X3 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və akta əsasən hesablanmış cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 oktyabr 2022-ci il tarixdə X11 əməkdaşları mərhum həyat yoldaşı X5 məxsus olan ünvan 2-də yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən bildirmişlər ki, “çıxış plastmas borusu deşilib”. Qaz idarəsinin əməkdaşları onun yanında sayağacı çıxardıb heç bir müdaxilənin olmadığını bildirib, yenisi ilə əvəz etmişlər. Bir müddət keçdikdən sonra onun evinə akt və cərimə gəlmişdir. O, vaxtı-vaxtında ödənişlərini ödəyir, heç bir borcu yoxdur. Qeyd etmək istəyirəm ki, qaz sayğacı həyat yoldaşı X5 məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. O, bu barədə qaz istismar sahəsinin əməkdaşlarına bildirdikdə onlar ona bildirmişlər ki, sayğaca cavabdeh şəxs odur və onun təqsiri ucbatından sayğac sıradan çıxmışdır, halbuki, heç vaxt o qaz sayğacına müdaxilə etməmişdir. Komisiyya üzvləri tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli aktla sayğacın nasaz olması və dəymiş ziyanın onun tərəfindən ödənilməsi qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, X1 bildirmişlər ki, yeni sayğac quraşdırılmalıdır və həmin sayğacın dəyəri onun tərəfindən ödənilməlidir. Ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç vaxt heç bir müdaxilə edilməmiş, çünki bir daha qeyd etmək istəyir ki, qaz sayğacı ona məxsus həyətyanı sahədən kənarda quraşdırılmışdır. Əlavə olaraq bildirmək istəyir ki, tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X13 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və 1036 manat 80 qəpik məbləğində əsassız yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 nikahı 22 avqust 1981-ci ildə Əli-Bayramlı şəhər Nikahın qeydə alınması evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, X8 31 may 1992-ci ildə Şirvan şəhərində ölmüşdür. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində dövlət yoxlamasından gələn yararlı sayğac qurulmuşdur. İş materiallarında olan “təbii X6nın pozulması haqqında” 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 31 oktyabr 2022-ci il tarixli 29/1710-03995-1 saylı rəyinə əsasən çıxarılan **********1-li qaz sayğacının giriş plastmas borusu deşilib. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X9 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 8640 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 31 oktyabr 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G4T Smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il oktyabr ayı üçün 1036 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının giriş plastmas borusu deşilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X6”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 1036 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktda qaz sayğacının giriş plastmas borusu deşilmişdir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 31 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1036 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın etibarsız hesab olunmasına dair hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-155/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-155/2023
30.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver