Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1574/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1nə qarşı aktın ləvğ edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1nə qarşı aktın ləvğ edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 20 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 061142 saylı aktın ləğv edilməsi, hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixli 061142 saylı aktın ləğv edilməsi, hesablanmış cərimənin silinməsi tələbini iddia ərizəsində göstərmiş, lakin silinməsini tələb etdiyi cərimənin məbləğinin konkret nə qədər olmasını göstərməmiş, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları, sübutları ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır . Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçının silinməsini tələb etdiyi cərimənin məbləğinin göstərilməməsi tələbin tam, aydın göstərilməməsi kimi qiymətləndirilməli, eyni zamanda öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları, sübutları ərizəyə əlavə edilməməsi nəzərə alınaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ərazi aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 152, 263, 264-cü və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1nə qarşı aktın ləvğ edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1574/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1574/2024
25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver