Məhkəmə qərarları › İş №2(032)-1595/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1595/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1595/2023 17.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi X1, Ərizəçi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: Ərizəçi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədi araşdıraraq hesab edir ki, ərizəsi geri qaytarılmalıdır. Ərizədən görünür ki, Ərizəçi 2 dekabr 1987-ci il tarixdə 1677 № ilə qeyd edilmiş 3 dekabr 1987-ci il tarixdə anadan olmuş X3 03 sentyabr 1988-ci il tarixdə 182 № ilə qeyd edilmiş, xx xxxxx 1988-ci il tarixdə anadan olmuş Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Ərizədə Ərizəçi ünvanı ünvan 1əcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi qanunun tələbinə görə Ərizəçi ərizəni Salyan rayon Məhkəməsinə ərizə verməli olduğu halda, Şirvan şəhər Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, işə ərazi aidiyyatı üzrə Şirvan şəhər Məhkəməsində baxılmalı olmadığından ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Ərizəçi ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalı, habelə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərazi aidiyyatı üzrə Salyan rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar