Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1607/2024 17.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X7 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X7 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2016-cı il tarixdən 2019-cu il tarixə kimi 293.20 manat məbləğində əsassız yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il tarixdən 2019-cu il tarixə kimi ona məxsus olan Şirvan şəhəri, Energetik küçəsi dalan 3, ev 11-də yerləşən fərdi yaşayış evinə 293 manat borc gəlmişdir. Vaxtlı-vaxtında ödənişlərini ödəyir, heç bir borcu yoxdur. Tərəfindən istehlak edilmiş su dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azərbaycan Dövlət Su X7 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X15 İdarəsinin əməkdaşları ilə müvafiq araşdırma aparılmışdır. 2016-cı ildə müqaviləsiz istifadəyə görə sudan dəymiş ziyanla İmran Bünyatovun adına kod açılmış, 2018-ci ildən Əzizov Mursəl mülkiyyətçi olduğundan 2022-ci ildə sudan istifadəyə görə sayğac quraşdırılmışdır. 2016-cı ildən 2021-ci ilə kimi ailə tərkibinə görə hesabat getmişdir. Arayış təqdim olunmadığından 4 nəfərə görə hesabat getmişdir. Hal-hazırda 332 manat borc yaranmışdır. İddiaçının 45 manat borcu, 280 manat isə İmran Bünyatovun borcu var. Sudan istifadə qaydalarına görə mülkiyyətin istifadəçisi dəyişəndə köhnə mülkiyyətçi borcu ödəyib yeni mülkiyyətçiyə təqdim edib və yeni mülkiyyətçi su kanal idarəsinə yaxınlaşıb müqavilə bağlamalı və borcun olmaması haqqında arayış almalı idi. Hal-hazırda borc olduğundan iddiaçının adına müqavilə keçirilə bilməz. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ”Azərsu” ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd edilmişdir ki, “X15 idarəsinə ünvanlanmış müraciətə əsasən ünvana baxış keçirilmiş, araşdırılma zamanı məlum oldu ki, Siz üzərində yarım tikili olan torpaq sahəsini Gülnarə Bünyatovadan almısınız. X15 idarəsində bu ünvan 2016-ci ildən İmran Bünyatovun adına qeydiyyatdan keçmiş və müqavilə bağlanmışdır. Abonent 2016-cı il 46 manat odəniş etmişdir. Alqı-satqı olunan dövrə qədər ünvanın 285.40 manat debitor borc yaranmışdır. Ünvanda alqı-satqı gedərkən təmizlik haqqında arayış alınmadığına görə abonentin borcu Sizin üzərinizə keçmişdir. Debitor borcun ödənilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ünvana su sayğacı quraşdırılmış və podratçı təşkilat tərəfindən yeni su şəbəkəsi çəkilmişdir. Sayğaca qədər Energetik küşəsində köhnə şəbəkə olub və həmin ünvanda tikinti işləri görülərkən su xidmətindən istifadə olunub, 2020-ci ildə idarəyə İddiaçı adına müqavilə bağlanması üçün müraciət etmisiniz. X1 adına müqaviləsi olduğu üçün X5 adına bağlanan müqavilə etibarsız sayılır. Ünvanın mövcud kodu və debitor borcu olduğu üçün borcun Sizin tərəfdən hissəli ödənişə cəlb edilməsinə köməklik göstərə bilərik”. İş materiallarında Azərbaycan Respublikası Su Hetiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-16/2-Ə-39-42/947/2024 nömrəli müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bu zaman ailə tərkibinin dəqiq müəyyənləşdirilməsi üçün istehlakçılar tərəfindən müvafiq hüquq təsdiqedici sənəd (yaşayış yeri üzrə qeydiyyatda olanların ailə tərkibi haqqında arayışı) ən geci 7 (yeddi) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) təqdim edilməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparır. ünvan 4 ünvanında yerləşən ferdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2016-cı il tarixində 34426755 nömrəli müqavilə bağlanaraq **********030 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən aparılmışdır. Müraciətlə bağlı bildiririk ki, sözügedən ünvanda yaşayışın olmadığını təsdiq etmək məqsədi ilə tərəfinizdən təqdim edilmiş elektrik xidmətindən istifadəyə dair məlumatda (sərfiyyat blankı) xx.xx.2020-ci il tarixində bağlanmış müqaviləyə əsasən bəzi aylar üzrə sərfiyyatın olmadığı müəyyən edilmiş, lakin işıq sərfiyyatı olmayan dövr ərzində ünvanda su sayğacı mövcud olduğundan hesabat saygacın göstəricisinə uyğun olaraq aparılmışdır. Su təchizatından istifadəyə dair abonent kodu xx.xx.2016-cı il tarixində açıldığından, təqdim etdilən sənəddə isə işıq sərfiyyatı xx.xx.2020-ci il tarixindən qeydə alındığından, həmin dövlər üzrə yaşayışın olub-olmamasını aydınlaşdırmaq mümkun olmamışdır. Bu səbəbdən su təchizatı xidmətindən istifadəyə dair hesabatda müvafiq düzəlişin edilməsi imkan xaricindədir. Hazırda sayğacın göstəricisi 46 m3 olmaqla su təchizatı xidmətindən istrfadəyə görə ünvanın hesabında 312.4 manat məbləğində borc yaranmışdır. Qeyd edilən borc normativə uyğun olaraq və sayğacın göstəricisinə əsasən hesablanmışdır. Həmçinin “Elektron su” portalında (www.esu.az) qeydiyyatdan keçərək abonent hesabınızda yaranmış qalıq borcunuzu öyrənə və ödəyə, hesab fakturalarınıza və ödənişlərinə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Eyni zamanda “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq Sizə göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) Su təchizatı və kanalizasiya müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün X10 yaxınlaşıb razılıq protokolu imzalamağınız tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Energetik 11 küçəsi 3-cü dalanda yerləşən 0,0371 ha. torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Şirvan şəhər Notariat Ofisində bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, X2 şəhəri, Energetik 11 küçəsi,3-cü dalan saylı ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.0371 ha olan torpaq sahəsini İddiaçı 13000 manata satmışdır. İş materiallarında olan “Şirvan Sukanal” idarəsi tərəfindən verilmiş abonent kartından çıxarışdan görünür ki, abonentin sudan istifadəyə görə borcu 332.20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 23 noyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-808 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2 şəhəri, Energetik 11 küçəsi, 3-cü dalan ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.0371 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Əmlakın satılması ilə bağlı tərəflər arasında bağlanmış olan alğı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilənin 10-cu bəndinə əsasən alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcı üzərinə öhdəlik götürmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 6 ünvanına abonent İmran Bünyatovun adına qeydiyyatdan keçmiş və su sərfiyyatına görə "xxxx" MMC Şirvan Sukanal idarəsinə 2016-cı il tarixdən 2019-cu il tarixə qədər 293.20 manat borcu yaranmışdır. Lakin əmlak satılarkən su sərfiyyatı ilə bağlı ödənişlər satıcı tərəfindən ödənilməmiş və nəticə etibarı ilə əmlakın su sərfiyyatına görə borc məbləği üzrə ödənilməmiş borc məbləği sonuncu mülkiyyətçiyə keçmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, mübahisəli mülkün alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən həmin əmlak ödənilməli olan borcla yüklü olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi, Sudan istifadə Qaydalarının tələblərinə əsasən mülkiyyətçi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Həmin Qaydalarda əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Lakin hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan əmlakı satın almışdır. Bu isə hazırkı mülki iş üzrə iddiaçının alınmış olduğu əmlakın mövcud olan öhdəliklər üzrə qəbul etməsi kimi qiymət verilməsinə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublukası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirHəmin azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X7 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2016-cı il tarixdən 2019-cu il tarixə kimi 293.20 manat məbləğində əsassız yazılmış borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1607/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1607/2024
17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver