Məhkəmə qərarları › İş №2(032)-163/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-163/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-163/2023 14.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə və həmin evin yerləşdiyi torpaq sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş evin və həmin evin yerləşdiyi torpaq sahəsinin bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdiyi Şirvan şəhər Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər, birgə nikahdan Şahanə, Xəyalə, Asıf, Vasif adlı 4 uşaqları anadan olmuşdur. Uşaqların hamısı yetkinlik yaşına çatmışlar. O uzun müddət Rusiya Federasiyasına yaşamışdır. Ailəni doladırmaq üçün işləyib pul qazanaraq onların dolanışığı üçün poçt vasitəsi ilə pul göndərmişdir. Dəfələrlə külli miqdarda pulu cavabdehə poçt vasitəsi ilə göndərmişdir. Göndərdiyi pulların poçt qəbzləri ondadır, məhkəmə baxışında təqdim edəcəkdir. Sonradan o Azərbaycan Respublikasına qayıtdıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək nikahın pozulmasını xahış etmişdir. Məhkəmə onun iddiasını təmin etmiş, aralarında olan nikah pozulmuşdur. Bu barədə xx.xx.20086-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh onunla birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakda yaşamağa qoymur, hətta geyim əşyalarını evdən yığışdıraraq ayaqyolunun qarşısına yığmışdır. Ona “bura sənin yaşayış yerindir” demişdir. O uzun müddət Rusiya Federasında işləmişdir. Mübahisəli evin tikintisi üçün dəfələrlə Rusiya Federasıyasından Azərbaycana gəlmişdir. Bu illər ərzində o onu arvadı bilərək göstərdiyi kimi Rusiya Federasiyasından ona çoxlu məbləğdə pullar göndərmiş, o isə ondan xəbərsız boşanaraq göndərdiyi pullardan yararlanmışdır. Bu hərəkəti ilə ona qarşı dələduzluq etmişdir. İndi də onu evdən çölə atır. Hal-hazırda məhkəməyə müraciət edərək birgə nikah dövründə tikdirdikləri Şirvan şəhəri Natəvan küçəsində ki 0,06 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin cavabdehlə onun arasında bərabər surətdə bölünməsinı istəyir. Sonradan İddiaçı iddia tələbində dəqiqləşdirmə barədə ərizə təqdim edərək Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi Şirvan şəhər Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, 2008-ci il tarixdə o İddiaçı ilə olan nikah pozulmuşdur. O İddiaçı birgə nikah dövründə əldə edilmiş Şirvan şəhər Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinə köçürülməsinə etiraz etmir. Hal-hazırda həmin ünvanda yaşayır. İddiaçıya evdə yaşamasına heç bir maneəçilik törətmir. O dövlət orqanlarına əsasız tələblərlə daima müraciət edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əli Bayramlı şəhər Məhkəməsinin 15 aprel 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Əli Bayramlı şəhər VVADQ şöbəsi tərəfindən bağlanmış 27 iyun 1987-ci il tarixli 292 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarında olan AZ-1 № 083885 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2008-ci ilin iyun ayının 10-cu günündə 45 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Eyniyev, qadına Eyniyeva soyadı verilmişdir. İş materiallarında olan 28 avqust 1989-cu il tarixli, 14 nömrəli Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin İclas Protokolundan çıxarışdan görünür ki, Kommunist küçəsi 36 nömrəli evdə yaşayan, iki nəfər ailə üzvü olan İddiaçı 1984-cü ildən mənzil növbəsində dayandığından ona 5 sot torpaq sahəsi Natəvan küçəsi 3 nömrəli sahədə ayrılmış və o mənzil növbəsindən çıxarılmışdır. Həmin sahədə yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m eyvan hissəsi 18 kv.m olan fərdi yaşayış evi tikmək haqqında icazə verilmişdir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla bağlı mübahisəli evin mülkiyyət formasını müəyyən edərək qərara gəlir ki,mübahisəli ev Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə müəyyən edilmiş mülkiyyət formalarından hər hansı bir növünə aid olmasa da,mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsi İddiaçı adına sənədləşdirilməsi barədə qərar verdiyindən mübahisəli ev özbaşına tikili hesab edilmir. Lakin mübahisəli ev tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmədiyindən, bununla da mübahisəli ev xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmədiyindən, habelə mübahisəli evin yerləşdiyi torpaq sahəsi bələdiyyənin deyil, məhz fərdi yaşayış evinin İddiaçı adına sənədləşdirilməsi üçün qərarı müvafiq icra hakimiyyəti orqanı verdiyindən dövlət mülkiyyətində olduğundan, mübahisəli evə dair mövcud mübahisə Azərbaycan Respublikası Mülki qanunvericiliyinin ümumi prinsiplərinə əsasən həll edilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Görünüdüyü kimi sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: - hüquq mənasında sahibliyin müdafiəsi; - fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən hər cür maneələr törədilərək İddiaçı özünə mənsub olan torpaq üzərində tikilmiş Şirvan şəhəri Vidadi küçəsi 85a saylı evdən sərbəst surətdə istifadə edə bilmir və evdə yaşaya bilmir. Beləliklə,məhkəmə hesab edir ki, İddiaçı Şirvan şəhər Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə köçürülməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat alınaraq İddiaçı verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Şirvan şəhər Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə köçürülsün. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar