Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1644/2023 04.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X1 atasının Cavabdeh olmasının müəyyən edilməsi, 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Faktiki nikahdan 04 yanvar 2014-cü ildə X3 və 20 dekabr 2017-ci ildə X5 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə faktiki nikahdan doğulmuş xx.xx.2017-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 münasibətdə atalıq faktı müəyyən edilməmiş, o səbəbdən də X3 və X2 verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında Elnur adı qeyd olunsada, soyad qrafasında “Azayev” deyil, onun soyadı olaraq “Nəcəfbəyli” qeyd edilmişdir. X3 və X5 Cavabdeh ilə faktiki nikahdan doğulmuşdur. Bununla bağlı şahidləri və digər sübutları vardır ki, onları da məhkəmə iclasında təqdim edəcəkdir. Ailə münasibətləri pozulduğundan cavabdehlə 2020-ci ildən ayrılmış və hər iki övladı onun himayəsində yaşayır. Cavabdehə faktiki nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 münasibətdə atalıq faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Lakin o müxtəlif bəhanələrlə qeyd olunmuş faktın etirafından yayınmışdır. Bugünkü gündə uşaqlarını saxlamaqda maddi çətinlik çəkir. Belə ki, heç bir yerdə işləmir, cavabdeh isə uşaqların saxlanılmasında maddi köməklik göstərmir. Buna görə də Cavabdeh ilə faktiki nikahdan doğulmuş İsmayıl və Tuncay adlı uşaqlarına münasibətdə atalıq faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Bu səbəbdən də Cavabdeh ilə faktiki nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 münasibətdə atalıq faktının müəyyən edilməsi və alimentin təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizəsi göndərmişdir. Ərizəsinə görə o iddianı etiraf edir. Belə ki 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X1 atası olması faktını qəbul edir. Habelə 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi hər iki uşağa cəmi 300 manat məbləğində sabit pul məbləğində aliment ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X1 atası qrafasında X4, anası İddiaçıdır. İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş foto şəkillərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgəərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi iləəlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinəəsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə Cavabdeh atalığı etiraf etməsini nəzərə alıb hesab edir ki, İddiaçı 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X2 münasibətdə Cavabdeh atalığın müəyyən olunması tələbi təmin olunmalı, akt qeydləri kitabında 04 yanvar 2014-cü il təvəllüdlü X3 və 20 dekabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqların ata qrafasında ata adı Cavabdeh kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm,dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa,habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını nəzərə alıb, hesab edir ki, Cavabdeh 04 yanvar 2014-cü ildə anadan olmuş X3 və 20 dekabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 50 manat məbləğində pul ödəmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci təvəlüdlü X5 adlı uşaqların atasının xx.xx.1986-cı il tarixdə Şirvan şəhərində doğulmuş Cavabdeh olduğu müəyyən olunsun, akt qeydləri kitabında xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci təvəlüdlü X5 adlı uşaqların ata qrafasında ata adı Cavabdeh kimi qeyd edilsin. Cavabdeh 26 oktyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci təvəlüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1644/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1644/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver