Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1647/2023 21.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyi tərəfindən hesablanmış 172 manat 80 qəpik cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 ilə 1978-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17 D ünvanı üzrə fərdi yaşayış evinin qaz təminatı ilə əlaqədar X1 ilə qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. X1 xx.xx.2005-ci il tarixdə xərçəng intoksikasiyası səbəbindən vəfat etmişdir. Ünvan üzrə quraşdırılmış ön ödənişli qaz sayğacına kart vasitəsi ilə yüklənən pulun sayğaca yüklənməməsi səbəbindən X8 sahəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib edilməklə G4 markalı, 1502AZ**********44 nömrəli ön ödənişli qaz sayğacı pulun yüklənməməsi səbəbindən dəyişdirilmiş, zavod nömrəsi 12574595, plomb nömrəsi 12433361 olan mexaniki qaz sayğacı quraşdırılmışdır. Sonradan ünvan üzrə istehlakçının 1440 m3 itirilmiş qazın bərpası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Aktı qanunsuz və əsassız olaraq tərtib etmişlər. Onun iştirakı olmadan tərtib edilmiş aktda qeyd edilən qaz sayğacı F-116 rejimində olmaqla, elektron yaddaşı nasaz olması, klapanın bağlı olması, sayğac hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi, yivli birləşmədən ştuser açılmaması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Əlavə olaraq, istehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5- Q004 nömrəli aktına əsasən, G-4 markalı 1502AZ**********44 nömrəli sayğaca ümumi baxış keçirilmiş, qaz sayğacı F-116 rejimində olmaqla, elektron yaddaşı nasaz olması, klapanın bağlı olması, sayğac hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi, yivli birləşmədən ştuser açılmaması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Qaz F-116 rejimində olmaqla, elektron yaddaşı nasaz olması, klapanın bağlı olması, sayğac hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi, yivli birləşmədən ştuser açılmaması və sayğacın istismara yararsız olması barədə heç bir məlumatım olmamışdır. Belə ki, sayğac çıxarlan zaman kənar müdaxilə və ya zavod plomblarının qırılması qeyd edilməmişdir. Qeyd edilən nasazlıqlar istehlakçı tərəfindən yetirilməsi qeyri-mümkündür. Bundan əlavə, hər ay cavabdeh təşkilatın nümayəndələri tərəfindən qaz sərfiyyatı üzrə sayğac üzərindən oxunma aparılır. Bu səbəbdən ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmuşdur. Nəticə etibarı ilə qaz sayğacı F-116 rejimində olmaqla, elektron yaddaşı nasaz olması, klapanın bağlı olması, sayğac hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi, yivli birləşmədən ştuser açılmaması və sayğacın istismara yararsız olması səbəbindən barəsində 172 manat 80 qəpik məbləğində borc hesablanmışdır. Bundan əlavə ünvan üzrə istifadədə olan qaz sayğacına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt X2 adına tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş,məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Fərdi yaşayış fonunda daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17 D ünvanı X2 adına tərtib edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı nikahı 22 noyabr 1978-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 392 nömrə ilə qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 185128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xərçəng intoksikasiyası səbəbindən xx.xx.2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 149 nömrə ilə qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, X2 yaşadığı ünvanda- ünvan 1aynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 7495/Q004 saylı rəyinə əsasən çıxarılan 1502AZ**********44 №-li qaz sayğacına baxış keçirilmişdir. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, abonent X3 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. Abonentin saldosu sənədindən görünür ki, X2 ünvan 2 ünvanında quraşdırılmış Elster G-4T Diafrqama tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023-cü il sentyabr ayı üçün 172 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu ünvan 2 ünvanında quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsini iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi - sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Belə ki, Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığında cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, 2023-cü il sentyabr ayı üçün hesablanmış 172 manat 80 qəpik borc iddiaçının abunə hesabından (abonent kodu: **********00700) silinməli, bununla da iddia tələbi təmin edilməlidir . Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin olunsun. 29 sentyabr 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 172 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı (**********00700) saylı abunə hesabından silinsin. Cavabdeh Azəriqaz İB-dən dövlət rüsumu hesabına 30 manat məbləğində alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti verəilə bilər Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1647/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1647/2023
21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver