Məhkəmə qərarları › İş №2(032)-1730/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1730/2025

26.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1730/2025 26.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-045/2025- 00428 saylı barışıq sazişinin alimentin tutulması hissəsində barışıq sazişinin bağlandığı gündən təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırda tələbi üzrə işə mahiyyəti üzrə baxılmadan ərizənin baxılmamış saxlanılmasını, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizəçinin mövcud ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı ərizəçi İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (Əməliyyat İD:**********, qəbzin nömrəsi: 11742, terminal nömrəsi: ADM000030, xx.xx.2025-ci il tarixli) ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar