Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1786/2025 26.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri şəhərlərin X3 Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin abonentlərlə iş şöbəsinin rəisi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X3 Xidməti” X4rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “İri şəhərlərin X3 Xidməti” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Şirvan şəhəri, Z.Hacıyev küçəsi, 42 nömrəli fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 544,37 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri şəhərlərin X3 Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin abonentlərlə iş şöbəsinin rəisi X2 izahatında işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığı bildirdi. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak edərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “İri şəhərlərin X3 Xidməti” X4rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1786/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1786/2025
26.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver